Ersad Huseynov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərşad Hüsü oğlu Hüseynov (7 avqust 1968, Mayis, Laçın rayonu) — Digesta hüquq firmasının direktoru.
Ərşad Hüseynov | |
---|---|
Ərşad Hüsü oğlu Hüseynov | |
Doğum tarixi | 7 avqust 1968 (56 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas |
Həyatı
redaktəƏrşad Hüseynov 7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olmuşdur. 1987-ci ildə Mişni kənd orta məktəbini gümüş medalla bitirmiş və Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutun avtomobil fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Daha sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində dərs də keçmişdir. 1998-ci ildə "Digesta" hüquq firmasını təsis etmişdir. Bu firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olur. 2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından çıxaraq bütün əmək fəaliyyətini "Digesta" hüquq firmasına bağlamışdır və bu gün də həmin firmanın direktoru vəzifəsində çalışır.
Hazırda Abşeron rayonunun Masazır kəndində yaşayır. Ailəlidir. İki qızı, bir oğlu var.
Qarabağ müharibəsində iştirakı
redaktəBDU-nun hüquq fakültəsinin əyani şöbəsində təhsil alsa da, Dağlıq Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir.
Fəaliyyəti
redaktəƏrşad Hüseynov hüququn müxtəlif sahələrinə dair çoxlu sayda kitabların, elmi və publisistik məqalələrin müəllifidir. Elmi-publisistik yazılar nəzərə alınmasa, onun hüquq sahəsində ilk sanballı işi 2000-ci ildə V. Y. Çirkinin "Xarici ölkələrin konstitusiya hüququ" dərsliyini rus dilindən tərcümə edərək çap etdirməsi olmuşdur. Daha sonra onun digər müəlliflərlə birgə əməyinin məhsulu olan "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası" (2001), "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası" (2003), "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası" (2010) kitabları işıq üzü görmüşdür. Bu kitablar Azərbaycan Respublikasının tarixində həmin məcəllələrə verilən ilk kommentariyalar olmuş və müxtəlif sahələrdə çalışan hüquqşünasların ən geniş istifadə etdiyi elmi-praktiki kitablardandır.
Ərşad Hüseynovun son illərdə əsas diqqət yetirdiyi sahə yol hərəkəti ilə bağlı qanunvericiliyin araşdırılması və şərhi olmuşdur. Bu sahədə onun iki kitabı işıq üzü görmüşdür: "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası" (2008) və "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə qaydalarının icmal şərhi" (2011). Bu kitablar da ölkəmizin tarixində həmin mövzuda yazılan ilk və hələ ki, yeganə kitablardır. Hazırda o, cəmiyyət üçün geniş maraq doğuracaq bir kitab – "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun kommentariyası" kitabı üzərində işləri yekunlaşdırmaq üzrədir. Bu kitab Azərbaycan Respublikasında yol hərəkəti qaydalarına verilmiş ilk elmi-praktiki şərh olacaqdır.