Endelus Tarixi - Wikipedia
Əndəlüs — İslam hakimiyyətindəki İspaniya torpaqları.
Etimologiyası
redaktəƏrəblər tərəfindən İspaniya torpaqları üçün istifadə edilən və onların ölkədən qovulmasından sonra ispan dilinə "Andalucia" olaraq keçən Əndəlüs kəliməsinin etimologiyası tam olaraq dəqiq deyil. İlk dəfə bu ada hicrətin 98-ci ilində (miladi 716) kəsilən bir sikkə üzərində rast gəlinir. Bir digər versiyaya görə isə, bu kəlimənin kökü V əsrdə şimali Afrikaya keçmədən öncə 18 il bu bölgədə yaşamış olan vandalların adıyla bağlıdır.[1] Ərəblər ilk olaraq cənubi Fransadakı Septimaniya bölgəsi də daxil olmaq üzrə, İspaniyada idarə etdikləri bütün torpaqları Əndəlüs adlandırsalar da, 718-ci ildə başlayan və təxminən 8 əsr boyunca davam edən rekonkista illərində ərəblərin idarə etdiyi bölgənin daralması səbəbilə bu toponim də özünün əvvəlki mənasını itirmiş, nəticədə Əndəlüs adı yalnızca Nasiri əmirliyinin idarəsindəki torpaqlara şamil edilmişdir. "Andalucia" toponimi günümüzdə İspaniyada hələ də istifadə edilir və Almeriya, Qranada, Xaen, Kordova, Sevilya, Xuelva, Malaqa və Kadis vilayətlərini özündə birləşdirən geniş bir ərazini ifadə edir.
Siyasi tarixi
redaktəFəth və valilər dönəmi (711–755)
redaktəİlk İslam fəthlərinin son mərhələsini Əndəlüsün fəthi təşkil edir. Bu hərəkatla bağlı o dönəmin yazılı mənbələrində məlumat olmadığı üçün sonrakı illərə istinad edilir, bu səbəblə bu hərəkatla bağlı bəzi tarixi və xronoloji uyğunsuzluqlar mövcuddur. İspaniyada ilk fəth hərəkatının başlanğıc tarixi haqqında 2 güclü rəvayət var: bunlardan ilkinə görə, bu tarix Xəlifə Osmanın əmriylə Abdullah ibn Nəfinin idarə etdiyi ordunun donanmayla bölgəyə gəldiyi 647-ci il; ikinci rəvayətə görə isə Tariq ibn Ziyadın idarəsindəki ordunun bölgəyə səfərə çıxdığı 711-ci ildir. Bunlardan ilkinin tutarsız olduğu bəllidir çünki 647-ci ildə ərəblər nə Tunis bölgəsindən qərbə keçə bilmiş, nə də dənizlərdə yetərli güc qazanmamışdı.
710-cu ilədək bir neçə şəhər və qala istisna olmaqla, ərəblər şimali Afrikanı tamamilə ələ keçirmişdi. Şimali Afrika valisi Musa ibn Nüseyr Əməvi xəlifəsi I Vəlidin icazəsiylə Tarif ibn Malik idarəsindəki 500 nəfərlik hərbi birliyi 710-cu ilin yazında kəşfiyyat məqsədilə İspaniyanın cənub sahillərinə yolladı. Bu birliyin bol qənimətlə dönməsinin ardından Musa ibn Nüseyr İspaniyanın fəthi üçün hazırlığa başladı və 711-ci ilin yazında bərbər əsilli Tariq ibn Ziyad idarəsindəki 7 min nəfərlik ordunu, daha sonra isə 5 min nəfərlik dəstək birliyini bölgəyə göndərdi. O əsnada İspaniyada hökm sürən Vestqot krallığı taxt mübarizəsi, cəmiyyət daxilindəki iğtişaşlar və yəhudilərə qarşı aparılan sərt dini siyasətin səbəb olduğu müxtəlif problemlərlə üz-üzə idi. Ərəblərin bölgəyə rahatlıqla daxil olmasında əsas meyarlardan biri isə vestqotlarla münasibəti pis olan Seuta hakiminin onlara göstərdiyi hərbi dəstək oldu. Tariq ibn Ziyad cənubi İspaniyadakı Cəbəllütariq dağında qərargah quraraq ətraf bölgələri nəzarəti altına aldı və Barbata çayı sahilində Vestqot kralı Rodriqonun rəhbərlik etdiyi ordunu 3 gün və ya bir həftə davam edən müharibənin ardından məğlub etdi[2]. Bu qələbə ərəblərə yarımadanın qapılarını açdı. Müharibənin ardından Tariq ibn Ziyadın təyin etdiyi komandirlər qısa zamanda Malaqa və Kordovanı ələ keçirərkən özü isə vestqotların paytaxtı Toledonu fəth etdi. Bu əsnada vestqotların idarəsindən məmnun olmayan əhali, xüsusilə də dini zorakılığa məruz qalan yəhudilər bir çox şəhər və qalanın qapılarını ərəblərə açıb təslim etdilər. 712-ci ildə fəthin tamamlanmasına yardım etmək məqsədilə Musa ibn Nüseyr əsasən ərəblərdən təşkil edilmiş 18 min nəfərlik orduyla İspaniyaya gəldi və bir çox ətraf bölgəni ələ keçirərək Toledoda Tariq ibn Ziyadla görüşdü. Hər iki komandirin rəhbərliyi ilə ordu fəth hərəkatını 2 ayrı istiqamətdə davam etdirdi və ertəsi il Leon, Qalisiya, Barselona və Saraqosa şəhərləri ələ keçirildi. Hətta bəzi rəvayətlərə görə, ərəblər Pireney dağlarını aşaraq Frank krallığının torpaqlarına daxil oldular.
714-cü ildə xəlifə I Vəlidin əmriylə Musa ibn Nüseyr Əndəlüsün hakimiyyətini oğlu Əbdüləzizə təslim etdi və Tariq ibn Ziyadla birlikdə xeyli qənimət toplayıb Dəməşqə qayıtdı. Beləliklə, Əndəlüsdə Valilər dönəmi (asrü’l-vülât) adı verilən mərhələyə qədəm qoyuldu. 756-cı ildə I Əbdürrəhmanın Əndəlüs Əməvi dövlətini elan etməsinə qədər davam edən bu dönəmdə 21 vali bölgəni idarə etdi. Bunlardan bəziləri birbaşa Dəməşqdəki xəlifə və ya xəlifənin şimali Afrikadakı valisi tərəfindən təyin edilsə də, bəziləri Əndəlüsdəki əsgərlər tərəfindən seçildi. Valilər dönəmindəki mühüm siyasi fəaliyyətlərdən biri fəth hərəkatının Avropanın daxilinə qədər davam etdirmə cəhdləri oldu. Əbdüləziz ibn Musanın Teodomiro şəhərini ələ keçirməsinin ardından, ondan sonra təyin edilən bir çox vali Pireney dağlarını aşaraq Frank krallığının torpaqlarına səfərlər təşkil etdilər. Bu cəhdlərin nəticəsində ərəblər Fransanın cənubundakı Septimaniya və Narbon bölgələrini ələ keçirərək indiki Paris şəhəri yaxınlığına gəlib çatdılar. Müsəlmanların 732-ci ildə Tur və Puatye şəhərləri arasındakı bölgədə Frank ordusuna məğlub olması ilə bu hərəkat dayandı. Bu tarixdən etibarən bölgədəki ordu komandirləri fəthdən daha çox öz aralarında çıxan iğtişaşlarla məşğul oldular.
İlk daxili çəkişmələr ərəblərlə bərbərlər arasında meydana gəldi. Belə ki, idarəçilər tərəfindən layiqli dəyəri görmədiklərini və dağlıq bölgədə məskunlaşmağa məcbur edildiklərini bəhanə edən bərbərlər, şimali Afrikadakı soydaşlarının üsyanından cəsarətlənərək 741-ci ildə ayaqlandılar. Hər iki tərəfdən xeyli sayda insanın ölümüylə nəticələnən bu ayaqlanma, ertəsi il Suriyadan gələn Bəlc ibn Bəşr idarəsindəki Əməvi ordusunun müdaxiləsiylə yatırıldı. Bu hadisədən qısa müddət sonra, Əndəlüslü ərəblər öz torpaqlarına şərik olmalarından qorxduqları Əməvi əsgərlərinin bölgədə möhkəmlənmələrinə etiraz etdilər və bu dəfə yerli ərəblərlə sonradan bölgəyə gələn Əməvi əsgərləri arasında silahlı çatışmalar başladı. Bu iğtişaşlar yeni vali Əbül-Xəttar tərəfindən yerli xristianların orduya alınmasıyla həll olunsa da, onun Yəmənlilərin lehinə ayrı-seçkilik etməsi Qeysli-Yəmənli qruplar arasında yeni çaxnaşmalara səbəb oldu. Nəticədə Əndəlüsün bu 2 qəbilə tərəfindən sırayla idarə edilməsinə qərar verilərək sülh təmin edildi. Bu sülhə əsasən Qeyslilər adına Yusif ibn Əbdülrəhman əl-Fixri 747-ci ildə vali oldu. Ertəsi il bu vəzifəni Yəmənli birinə təhvil verməli olsa da, bu baş tutmadı və nəticədə tərəflər arasındakı mübarizə yenidən alovlandı. Digər yandan fəth hərəkatı zamanı İspaniyanın şimalındakı Asturiya bölgəsinə qaçan xristianlar güclənərək Əndəlüs mülklərinə hücum etməyə başlamışdılar.
Əndəlüsdə bunlar baş tutarkən Abbasilər Dəməşqdə çevriliş edərək hakimiyyəti ələ keçirmiş, Əməvi sülaləsinin bütün mənsublarını təqib edərək öldürməyə başlamışdılar. Bu qətliamdan qaça bilən azsaylı insanlardan biri də xəlifə Hişam ibn Əbdülməlikin nəvələrindən Əbdürrəhman ibn Müaviyə idi. Öncəliklə Fələstin və Misirə gedən Əbdürrəhman burada da təqib edildiyini anladı və 755-ci ildə Əndəlüsə qaçdı. Buraya gəlməkdə məqsədi sadəcə canını xilas etmək deyil, bölgədəki Əməvi tərəfdarlarını ətrafında toplayaraq mənsub olduğu sülalənin hakimiyyətini yenidən bərpa etmək idi. Bu məqsədlə Əndəlüsə ayaq basdığı andan etibarən bu istiqamətdə fəaliyyətə başladı və qısa zamanda, vali Yusif əl-Fixrinin qarşı çıxmasına baxmayaraq Yəmənlilərin və bərbərlərin dəstəyini alaraq Kordovanı ələ keçirərək özünü müstəqil əmir elan etdi (756).
Əndəlüs Əməviləri dönəmi (756–1031)
redaktəƏmirlik dönəmi (756–929)
redaktəMüstəqil Əndəlüs Əməvi dövlətinin qurucusu və ilk əmiri olan I Əbdürrəhmanın qarşılaşdığı ilk problem, şübhəsiz ki, daxili çəkişmələr oldu. Belə ki, son vali Yusif əl-Fixri məğlub olmasına baxmayaraq onu əmir olaraq tanımaqdan boyun qaçırırdı. Digər yandan Yəmənlilər və bərbərlər də etdikləri dəstəyin qarşılığını tələb edirdilər. Ancaq I Əbdürrəhman ona dəstək verən Yəmənlilər və bərbərlər də daxil olmaq üzrə, bütün siyasi qrupları zəiflədərək mərkəzi hakimiyyətə tabe etdi. Tayfalar arasında ixtilaf yaradaraq onları öz tərəfinə çəkməyə çalışdı. Ərəblər arasındakı mübarizənin dövlət idarəsini zəiflətməsi səbəbilə, şimali Afrikadan pulla və hərbi əsirlərdən orduya əsgər toplamağa başladı. Bununla yanaşı I Əbdürrəhman daxili çəkişmələrlə birlikdə, 778-ci ildə şimali-şərq bölgəsindən hücuma keçən Franklarla da mübarizə apardı. Ancaq öz ölkələrində yaranan iğtişaşlar səbəbilə Franklar geri çəkilməyə məcbur oldular və geri çəkilərkən məruz qaldıqları basqınlarla xeyli itki verdilər. I Əbdürrəhman sonrakı illərdə xristianların əlinə düşən bəzi şəhərləri geri almağa çalışsa da, bunda müvəffəq ola bilmədi. Buna baxmayaraq 788-ci ildəki vəfatıyla, oğlu Hişama Abbasi və Bizanslılar tərəfindən belə tanınan bir dövlət miras qoydu.
Dindar xasiyyəti ilə seçilən I Hişam (788–796) taxta çıxdığı ilk illərdə qardaşlarının müxalifəti istisna olmaqla, heç bir daxili çəkişməylə üzləşmədi. Bundan istifadə edərək İspaniyanın şimalındakı xristian krallıqlarına qarşı səfərlər təyin etdi və Septimaniya bölgəsi, qısa müddətliyinə də olsa, yenidən ələ keçirildi. I Hişam dönəmində Malikilik Əndəlüsün rəsmi dini məzhəbi halına gəldi. Üləmaya göstərdiyi yaxın münasibət bu zümrənin dövlət idarəsində söz sahibi olmasıyla nəticələndi. Ancaq onun vəfatıyla yerinə keçən oğlu I Hakəm dönəmində (796–822) daxili çəkişmələr yenidən alovlandı. Diqqət çəkən məsələ isə budəfəki üsyanlarda ərəb və bərbərlərdən başqa üləma zümrəsinin də iştirak etməsi oldu. Bunda səbəb isə yeni əmirin israfçı olması və atasının əksinə dini vəzifələrini tam şəkildə yerinə yetirməməsi idi. Ancaq I Hakəm aldığı sərt hərbi tədbirlər və hiylə yoluyla bu üsyanları böyük ölçüdə azaltdı. Bu dönəmdəki üsyanlardan ən çox faydalanan isə 801-ci ildə Əndəlüsün ən mühüm sərhəd şəhəri olan Barselonanı ələ keçirən Franklar oldu.
I Hakəmdən sonra taxta çıxan oğlu II Əbdürrəhmanın səltənəti (822–852) əmirliyin ən parlaq dönəmi hesab olunur. Sona çatan daxili çəkişmələr nəticəsində yaranan əmin-amanlıq bölgənin iqtisadi həyatını canlandırdı və dövlətin strukturu yenidən formalaşdırıldı. Bu dönəmdə Bizans imperiyası ilə diplomatik əlaqələr quruldu. 844-cü ildə dəniz yoluyla hücum edən vikinqlər geri püskürdüldü.
II Əbdürrəhmanın oğlu və xələfi olan I Məhəmməd dönəminin (852–886) ilk illərində öncəki uğurlar davam etdirildi. Kordovada başlayan xristian fədailəri hərəkatı adlı üsyan nəzarət altına alındı və şimaldakı xristian krallıqlarına qarşı səfərlər tərtib edildi. Ancaq səltənətinin son 15 ilində hakimiyyət gənc və təcrübəsiz dövlət adamlarının əlində oyuncağa çevrildi. Nəhayət üləma zümrəsi başda olmaqla, ərəblər və bərbərlər müxtəlif şəhər və qalalarda mərkəzi hakimiyyətə qarşı ayaqlandılar. Bu üsyanlar I Münzir (886–888) və qardaşı Abdullah (888–912) dönəmlərində daha da şiddətləndi. Hətta mərkəzi hakimiyyət o qədər zəifləmişdi ki, sadəcə paytaxt Kordova üsyançılardan qorunub saxlanmışdı. Yaranan siyasi və sosial parçalanma səbəbilə ölkə ərazisində mərkəzi hakimiyyətə formal olaraq tabe olan və ya tamamilə müstəqilliyini elan edən iyirmiyə yaxın kiçik dövlət yarandı.
Əndəlüsü içinə düşdüyü bu vəziyyətdən Abdullahın yerinə taxta çıxan 21 yaşlı nəvəsi III Əbdürrəhman (912–961) xilas etdi. Mərkəzi idarəni gücləndirdikdən sonra xilas etdiyi bölgələrdən vergi toplanmasını təmin edən III Əbdürrəhman sırayla əmirliyin bütün bölgələrini azad etdi. Ölkədə əmin-amanlığı təmin etməsinin ardından həm qurulan siyasi birliyi davam etdirmək, həm də şimali Afrikada sürətlə güclənən şiə Fatimiləriylə mübarizə apara bilmək üçün 929-cu ildə özünü Nasir-lidinnal ünvanıyla xəlifə elan etdi. Beləcə Əndəlüs Əməvi əmirliyi Əndəlüs Əməvi xilafətinə çevrildi.
Xəlifəlik dönəmi (929–1031)
redaktəIII Əbdürrəhman ölkə daxilində birliyi və əmin-amanlığı təmin etdikdən sonra Fatimilərə və şimaldakı xristian krallıqlarına qarşı sərt hərbi əməliyyatlara başladı. Nəticədə Leon və Navarra krallıqları vergi ödəməyi qəbul etdilər. Fatimilərlə mübarizədə şimali Afrikadakı bəzi böyük bərbər tayfalarıyla ittifaq quruldu. Bu nailiyyətləri xəlifənin nüfuzunu daha da artırdı. Bizans və Roma imperatorları ilə diplomatik əlaqələr quruldu. Xilafətdə təhsil sistemi təkmilləşdirildi. Dövlət gəlirləri daha öncə görülməmiş şəkildə artırıldı. Şübhəsiz ki, Əndəlüs tarixinin ən böyük hökmdarı hesab edilən III Əbdürrəhman 961-ci ildə vəfat etdi və yerinə alimliyi ilə tanınan 50 yaşındakı oğlu II Hakəm taxta çıxdı. Onun xəlifəliyi dövründə (961–976) daxili əmin-amanlıq və xristian krallıqlarına qarşı qazanılan üstünlük qorunub saxlandı. Elm və incəsənət sahələrində əldə olunan inkişaf səbəbilə Əndəlüs İslam mədəniyyətinin ən fəal mərkəzi halına çevrildi.
II Hakəmin ölümündən sonra 10 yaşlı oğlu II Hişamın uşaq yaşlarında taxta çıxmasından istifadə edən Əl-Mənsur ibn Amirlə oğulları Əbdülməlik və Əbdürrəhman iqtidarı ələ keçirdi və öz adlarıyla anılan Amirilər dönəmini açdılar. İbn Amirin ulduzu əslində II Hakəm dönəmində parlamağa başlamışdı. Zəkası və xəlifənin bask əsilli kənizi (eyni zamanda Hişamın anası) Sübhlə olan yaxşı münasibəti sayəsində bəzi mühüm vəzifələrə təyin edildi və bu vasitəylə sarayı yaxından tanıma şansı qazandı. Hakəmin ölümündən sonra xəlifənin qardaşını taxta çıxarmaq istəyən siyasi qruplara qarşı mübarizə apardı və onun azyaşlı oğlu Hişamın taxta çıxmasına nail oldu. Daha sonra mərkəzi hakimiyyəti ələ alaraq özünə rəqib gördüyü bütün dövlət adamlarını aradan qaldırdı. Ərəblərin və yerli xristianların müqavimətini qırmaq üçün bərbər tayfalarından orduya pulla əsgər topladı. Beləcə həm siyasi iqtidarı, həm də ordu üzərindəki nəzarəti ələ aldı. İbn Amirin naibliklə yanaşı "Mənsur" ünvanı alması, öz adına sikkə kəsdirib xütbə oxutması və rəsmi fərmanları şəxsən özünün imzalaması onun faktiki olaraq hakimiyyəti əlində tutduğunu göstərir. Bu dönəmdə xilafət daxilində yaranan güclü mərkəzi hakimiyyətlə yanaşı şimaldakı xristian krallıqları üzərində də tez-tez səfərlər təşkil edildi. Onun ardından 1002-ci ildə naibliyi ələ alan böyük oğlu Əbdülməlik də bu vəzifəni layiqincə yerinə yetirdi. Ancaq cəmi 6 il sonra Kastiliya üzərində çıxdığı səfər əsnasında vəfat edən Əbdülməlik bu vəzifəni kiçik qardaşı Əbdürrəhmana vəsiyyət etdi. 1008-ci ildə naibliyi ələ alan Əbdürrəhmanın dönəmində uzun illərdir ölkədə davam edən əmin-amanlıq pozuldu. Yeni naibin var-dövlət hərisliyi və şöhrətpərəst xarakteri onun fəlakətinə səbəb oldu. Dövlət idarəsindəki özbaşınalığıyla yanaşı, özünü xəlifənin vəliəhdi elan etməsi əhalini ayaqlandırdı. Bu ayaqlanmada əsas ünsürlərdən biri də ordu üçün xilafət torpaqlarına köç edən bərbər tayfalarının yerli əhaliyə zülm etməsi oldu. Amirilər və onlara bağlı dövlət adamlarının mülklərinə hücum edildi. Naib Əbdürrəhman öldürüldü. Xəlifə Hişam isə ölkədən qaçdı. Bu üsyandan sonra Əndəlüs və paytaxt Kordovada qanlı iğtişaşlar başladı. Kordovanın yerli əhalisi və Əməvi tərəfdarları bu ailənin davamı üçün II Məhəmməd, Süleyman ibn Hakəm və IV Əbdürrəhmanı taxta çıxarsalar da, bunlardan heç biri bu iğtişaşlara son qoya bilmədi.
1016-cı ildə Həzrəti Əlinin nəslindən olduğunu iddia edən şiə məzhəbli Həmmidilər, Əməvi sülaləsinin zəifləməsindən istifadə edərək Kordovanı və ardından taxtı ələ keçirdilər. Ancaq başlanğıcda görülən sükunətə baxmayaraq onlar da bu iğtişaşlara son qoya bilmədilər və 1022-ci ildə əhali tərəfindən Kordovadan qovuldular. Növbəti 7 il boyunca isə Əməvilər sülaləsinə mənsub şəxslər xilafət uğrunda taxt mübarizəsinə girişdi. Bütün bu iğtişaş və taxt çevrilişlərindən bezə əhalixilafəti ləğv edərək bölgənin idarəsini dövlət şurasının himayəsinə verdi. Beləcə 756-cı ildə müstəqil əmirlik olaraq yaradılan Əndəlüs Əməvi dövləti süqut etdi (1031).
Əndəlüs Əməvi hökmdarları
redaktəƏndəlüs valiləri
redaktəNo | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | Musa ibn Nüseyr | 712 — sentyabr 714 |
2 | Əbdüləziz ibn Musa | sentyabr 714 — mart 716 |
3 | Əyyub ibn Həbib əl-Leysi | mart — avqust 716 |
4 | Əl-Hür ibn Əbdürrəhman əl-Taqafi | avqust 716 — mart 719 |
5 | Əl-Sam ibn Malik əl Qəvlani | mart 719 — iyun 721 |
6 | Əbdürrəhman ibn Abdullah əl-Qafiqi | iyun — iyul 721 |
7 | Ənbasa ibn Süheym əl-Kəlbi | iyul 721 — yanvar 726 |
8 | Üzra ibn Abdullah əl-Fixri | yanvar — mart 726 |
9 | Yəhya ibn Salama əl-Kəlbi | mart 726 — iyun 728 |
10 | Xudayfa ibn Əhvas əl Qeysi | iyun — dekabr 728 |
11 | Osman ibn Əbinisa əl-Hətəmi | dekabr 728 — aprel 729 |
12 | Əl-Hətəm ibn Übeyd əl-Gilabi | aprel 729 — fevral 730 |
13 | Məhəmməd ibn Abdullah əl-Əscai | fevral — mart 730 |
- | Əbdürrəhman ibn Abdullah əl-Qafiqi | mart 730 — oktyabr 732 |
14 | Əbdülmalik ibn Kətan əl-Fixri | oktyabr 732 — noyabr 734 |
15 | Uqba ibn əl-Həccac | noyabr 734 — dekabr 740 |
- | Əbdülmalik ibn Kətan əl-Fixri | dekabr 740 — mart 742 |
16 | Bəlş ibn Bişr əl-Quşeyr | mart — avqust 742 |
17 | Tələbə ibn Salama əl-Amili | avqust 742 — may 743 |
18 | Əbülxəttar əl-Hüsam ibn Darar əl-Kəlbi | may 743 — avqust 745 |
19 | Duşaba ibn Salama əl-Qudami | avqust 745 — oktyabr 746 |
20 | Əbdürrəhman ibn Qasir əl-Ləhmi | oktyabr 746 — yanvar 747 |
21 | Yusif ibn Əbdürrəhman əl-Fixri | yanvar 747 — may 756 |
Əndəlüs əmirləri
redaktəNo | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | I Əbdürrəhman | 15 may 756–30 sentyabr 788 |
2 | I Hişam | 7 oktyabr 788–17 aprel 796 |
3 | I Hakəm | 17 aprel 796–21 may 822 |
4 | II Əbdürrəhman | 22 may 822–22 sentyabr 852 |
5 | I Məhəmməd | 22 sentyabr 852–5 avqust 886 |
6 | I Münzir | 8 avqust 886–29 iyun 888 |
7 | I Abdullah | 29 iyun 888–16 oktyabr 912 |
8 | III Əbdürrəhman | 16 oktyabr 912–16 yanvar 929 |
Əndəlüs xəlifələri
redaktəNo | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | III Əbdürrəhman | 16 yanvar 929–15 oktyabr 961 |
2 | II Hakəm | 16 oktyabr 961–1 oktyabr 976 |
3 | II Hişam | 2 oktyabr 976–17 yanvar 1009 |
4 | II Məhəmməd | 17 yanvar 1009–8 noyabr 1009 |
5 | I Süleyman | 8 noyabr 1009–1 iyun 1010 |
- | II Məhəmməd | 1 iyun 1010–23 iyul 1010 |
- | II Hişam | 23 iyul 1010–19 aprel 1013 |
- | I Süleyman | 19 aprel 1013 — iyul 1016 |
6 | I Əli | iyul 1016–22 mart 1018 |
7 | IV Əbdürrəhman | 29 aprel 1018–1018 |
8 | I Qasım | 1018–5 avqust 1021 |
9 | I Yəhya | 5 avqust 1021–1023 |
- | I Qasım | 1023–29 noyabr 1023 |
10 | V Əbdürrəhman | 29 noyabr 1023–18 yanvar 1024 |
11 | III Məhəmməd | 18 yanvar 1024–1025 |
- | I Yəhya | 1025–1026 |
12 | III Hişam | 4 iyun 1027–6 dekabr 1031 |
Mənbə
redaktə- İbn Habîb, Naṣ (nşr. Mahmûd Ali Mekkî, Maʿhedü’d-dirâsâti’l-İslâmiyye, V içinde), Madrid 1957.
- İbn Abdülhakem, Fütûḥu İfrîḳıyye ve’l-Endelüs (nşr. Abdullah Enîs et-Tabbâ‘), Beyrut 1964, s. 70 vd.
- Belâzürî, Fütûh (Fayda), s. 324, 330–331, 336.
- İbn Abdürabbih, el-ʿİḳdü’l-ferîd (nşr. Ahmed Emîn), I–VII, Kahire 1948–53.
- Muhammed b. Hâris el-Huşenî, Ḳuḍâtü Ḳurṭuba, Kahire 1966.
- İbnü’l-Kūtıyye, Târîḫu iftitâḥi’l-Endelüs (nşr. İbrâhim el-Ebyârî), Beyrut 1402/1982.
- Ebû Bekir ez-Zübeydî, Ṭabaḳātü’n-naḥviyyîn ve’l-luġaviyyîn (nşr. M. Ebû Fazl), Kahire 1954
- İbn Cülcül, Ṭabaḳātü’l-eṭıbbaʾ ve’l-ḥukemâʾ (nşr. Fuad Seyyid), Kahire 1955.
- Una crónica anónima de Abd al-Rahman III al-Nāsır (nşr. ve trc. E. Lévi-Provençal – E. G. Gómez), Madrid-Granada 1950.
- Abdurrahman b. Abdullah ez-Zeccâlî, Ems̱âlü’l-ʿavâm fi’l-Endelüs (Muhammed b. Sarîfe), Fas 1971.
- İbnü’l-Faradî, Târîḫu ʿulemâʾi’l-Endelüs, Kahire 1966, I–II.
- Aḫbâr mecmûʿa (nşr. İbrâhim el-Ebyârî), Kahire 1981, s. 15–16.
- İbn Şüheyd el-Eşcâî, Risâletü’t-tevâbiʿ ve’z-zevâbiʿ (nşr. Butrus el-Bustânî), Beyrut 1951.
- Yahyâ b. Ömer, Aḥkâmü’s-sûḳ (nşr. Mahmûd Ali Mekkî, Mecelletü’l-Maʿhedi’l-Mıṣrî içinde), Madrid 1957, s. 59–148.
- İbn Hazm, Naḳṭü’l-ʿarûs (nşr. Şevkī Dayf, Mecelletü Külliyyeti’l-âdâb, sy. 13 içinde), Kahire 1951, s. 41–89.
- İbn Hayyân, el-Muḳtebes, tür.yer.
- Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 38 vd.
- İbn Hazm, Ṭavḳu’l-ḥamâme (nşr. Tâhir Ahmed Mekkî), Kahire 1980.
- Ahmed b. Ömer el-Uzrî, Nuṣûṣ ʿani’l-Endelüs (nşr. Abdülazîz el-Ehvânî), Madrid 1965.
- İbn Ebû Rendeka et-Turtûşî, Sirâcü’l-mülûk, Kahire 1287.
- İbn Abdûn, Risâle fi’l-ḳaḍâʾ ve’l-ḥisbe (nşr. E. Lévi-Provençal), Kahire 1955, s. 3–65.
- İbn Abdürraûf, Risâle fî âdâbi’l-ḥisbe ve’l-muḥtesib (nşr. E. Lévi-Provençal), Kahire 1955, s. 69–116.
- Ömer b. Osmân el-Cersîfî, Risâle fi’l-ḥisbe (nşr. E. Lévi-Provençal), Kahire 1955, s. 120–128.
- İbn Bessâm eş-Şenterînî, eẕ-Ẕaḫîre fî meḥâsini ehli’l-Cezîre, Kahire 1939–42.
- İbn Galib el-Endelüsî, Ferḥatü’l-enfüs (nşr. Lutfî Abdülbedî‘), Kahire 1956.
- İbn Beşküvâl, eṣ-Ṣıla, Kahire 1966, I–II.
- İbn Sâhibüssalât, el-Mennü bi’l-imâme (nşr. Abdülhâdî et-Tâzî), Bağdad 1979.
- Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 45 vd.
- İbnü’l-Esîr, el-Kâmil, bk. İndeks.
- Abdülvâhid el-Merrâküşî, el-Muʿcib fî telḫîṣi aḫbâri’l-Maġrib (nşr. M. Saîd el-Uryân – Muhammed el-Arabî), Dârülbeyzâ 1978.
- Emîr Abdullah, et-Tibyân (nşr. E. Lévi-Provençal), Kahire 1955.
- Abdülmelik b. Kerdebûs, Kitâbü’l-İktifâʾ fî aḫbâri’l-ḫulefâʾ (nşr. A. M. el-Abbâdî, Revista del Instituto egibcio de estudios Islámicos, XIII içinde), Madrid 1965–66, s. 41–126.
- Ẕikru bilâdi’l-Endelüs (nşr. L. Molina), Madrid 1983, s. 9 vd.
- Nübẕetü’l-ʿaṣr fî inḳıdâʾi devleti Benî Naṣr (nşr. Muhammed ed-Dâye), Dımaşk 1984.
- İbnü’l-Ebbâr, el-Ḥulletü’s-siyerâ (nşr. Hüseyin Mûnis), Kahire 1963, I–II.
- a.mlf., et-Tekmile li-Kitâbi’ṣ-Ṣıla (nşr. İ. el-Hüseynî), Kahire 1955.
- İsmâil b. Muhammed eş-Şekündî, Elogio del Islam españyol: Risāla fī faḍl al-Andalus (trc. E. G. Gómez), Madrid 1934.
- İbn Saîd el-Mağribî, el-Muġrib, I–II, tür.yer.
- İbn Bassâl, Kitâbü’l-Ḳaṣd ve’l-beyân (nşr. ve trc. J. M. Vallicrosa – Muhammed Azîmân), Tıtvân 1955.
- İbnü’z-Zübeyr, Ṣılatü’ṣ-Ṣıla (nşr. E. Lévi-Provençal), Rabat 1938.
- Nüveyrî, Târîḫu’l-maġribi’l-İslâmî fi’l-ʿaṣri’l-vasîṭ min Kitâbi Nihâyeti’l-ereb (nşr. M. Ebû Dîf), Fas, ts.
- İbn Ebû Zer‘, el-Enîsü’l-muṭrib (nşr. ve trc. C. J. Tornberg), Uppsala 1843–46, I–II.
- el-Ḥulelü’l-mevşiyye fî ẕikri’l-aḫbâri’l-Merrâküşiyye (nşr. I. S. A. Allouche), Rabat 1936.
- İbnü’l-Hatîb, Aʿmâlü’l-aʿlâm (nşr. E. Lévi-Provençal), Beyrut 1956.
- a.mlf., el-İḥâṭa, tür.yer.
- a.mlf., el-Ketîbetü’l-kâmine (nşr. İhsan Abbas), Beyrut 1963.
- a.mlf., el-Lemḥatü’l-bedriyye fi’d-devleti’n-Naṣriyye, Beyrut 1980.
- Nübâhî, Târîḫu ḳuḍâti’l-Endelüs (nşr. E. Lévi-Provençal), Kahire 1948.
- İbn Ferhûn, ed-Dîbâcü’l-müẕheb, Kahire 1351.
- İbn Haldûn, el-ʿİber, IV, 116–165.
- Feridun Bey, Münşeât, II, 550–552.
- J. Bleda, Crónica de los moros de España, Valencia 1618.
- Makkarî, Nefḥu’ṭ-ṭîb (nşr. Muhyiddin Abdülhamîd), Kahire 1949, I, 214 vd.
- T. Bourke, A Concise History of the Moors in Spain, London 1811.
- G. J. Adler, The Poetry of the Arabs of Spain, New York 1867.
- L. Eguilaz, Reseña histórica de la conquista del reino de Granada, Granada 1894.
- J. Ribera y Tarrago, Bibliofilos y bibliotecas en la España musulmana, Zaragoza 1896.
- a.mlf., Historia de conquista de España, Madrid 1926.
- F. Codera, Decandencia y desaparición de los Almoravides en España, Zaragoza 1899.
- S. P. Scott, History of the Moorish Empire in Europe, Philadelphia 1904, I–III.
- J. Brunches, L’Irrigation dans la péninsula Ibérique et dans l’Afrique du nord, Paris 1904.
- M. G. Remiro, Historia de Murcia musulmana, Zaragoza 1905.
- B. Wishaw, Arabic Spain, London 1912.
- M. L. Alcantara, Historia de Granada, Paris 1913–15.
- P. Longas, Vida religiosa de los moriscos, Madrid 1915.
- Abdurrahman el-Berkūkī, Ḥaḍâretü’l-ʿArab fi’l-Endelüs, Kahire 1923.
- Dayf, Belâġatü’l-ʿArab fi’l-Endelüs, Kahire 1924.
- O. J. Tallgren, Los nombres árabes de las estrellas y la transcripción alfonsina, Madrid 1925.
- Prieto y Vives, Los Reyes de Taīfas, Madrid 1926.
- D. Campbell, Arabian Medicine and Its Influence on the Middle Ages, London 1926, I–II.
- M. Asin Palacios, Aben Házm de Córdova y su historia crítica de las ideas religiosas, Madrid 1927–32, I–V.
- a.mlf., Huellas del Islam, Madrid 1941.
- a.mlf., La Escatalogía musulmana en la Divina Comedia, Madrid 1961.
- R. Dozy, Historie des musulmans d’Espagne, Leiden 1932, I–III.
- a.mlf., Recherches, I, 301–303.
- J. Maccabe, Splendour of Moorish Spain, London 1935.
- Aziz Samih İlter, Şimali Afrikada Türkler, İstanbul 1936, s. 52.
- Emîr Şekîb Arslan, el-Ḥulelü’s-sündüsiyye, Kahire 1936–39, I–III.
- J. F. Torres, La Vida en Islam español, Leipzig 1936.
- R. M. Pidal, Poesía árabe y poesía europea, Madrid 1941.
- Uzunçarşılı, Osmanlı Tarihi, II, 199–201.
- J. M. M. Vallicrosa, Nuevas aportaciones para el estudio de la transmición de la ciencia a Europa a través de Espana, Barcelona 1943.
- et-Tûd, Abbâd bi-İşbiliyye, Tıtvân 1947.
- G. Palencia, Historia de la España musulmana, Barcelona 1951.
- a.mlf., Târîḫu’l-fikri’l-Endelüsî (trc. Hüseyin Mûnis), Kahire 1955.
- a.mlf., "Cervantes y los moriscos", Boletín de la Real Academia Española, sy. 27, Madrid 1947–48, s. 107–122.
- G. C. Miles, The Coinage of the Umayyads in Spain, New York 1950.
- a.mlf., Coins of the Spanish Mulūk al-Tawāif, New York 1954.
- E. G. Gómez, Poesía arábigo-andaluza, Madrid 1952.
- a.mlf., "La Lirica Hispano-árabe y la aparición de la lirica románica", al-Andalus, XXI, Madrid 1956, s. 303–338.
- J. B. Vila, el-Oriente árabe en el desarrollo de la Marca Superior, Madrid 1954.
- L. Bertrand, England and Arabic Learning: The History of Spain, London 1956.
- H. Miranda, Historia política del imperio almohade, Tetuán 1956–57.
- J. C. Baroja, Los Moriscos del Reino de Granada, Madrid 1957.
- S. Lane-Poole, Ḳıṣṣatü’l-ʿArab fî İsbânyâ (trc. Ali Cârim), Kahire 1957.
- Ali M. Hammûde, Târîḫu’l-Endelüs, Kahire 1957.
- J. Vernet Ginés, Los Musulmanes españoles, Barcelona 1961.
- a.mlf., La Cultura Hispano-árabe en Oriente y Occidente, Barcelona 1978.
- M. de Luna, The History of the Conquest of Spain by the Moors, London 1963.
- S. M. Imamuddin, The Economic History of Muslim Spain, Dacca 1963.
- a.mlf., Some Aspects of the Socio-Economic and Cultural History of Muslim Spain, Leiden 1965.
- a.mlf., Muslim Spain: 711–1492, Leiden 1981.
- a.mlf., Endülüs Siyasi Tarihi (trc. Yusuf Yazar), Ankara 1990.
- E. Sordo, Moorish Spain (trc. I. Michael), London 1963.
- Ahmad Badr, Los Banū Nasr, Madrid 1964.
- a.mlf., Târîḫu’l-Endelüs: Düvelü’ṭ-ṭavâʾif, Dımaşk 1983, s. 42–214.
- W. M. Watt, A History of Islamic Spain, Edinburgh 1965.
- Salâh Hâlis, İşbîliyye fi’l-ḳarni’l-ḫâmis, Beyrut 1965, s. 19–25, 80–185.
- M. Abdullah İnân, ʿAṣrü’l-Murâbıṭîn ve’l-Muvaḥḥidîn fi’l-Maġrib ve’l-Endelüs, Kahire 1965, I–II.
- a.mlf., Nihâyetü’l-Endelüs, Kahire 1965.
- a.mlf., Devletü’l-İslâm fi’l-Endelüs, Kahire 1969, I–II.
- a.mlf., Düvelü’ṭ-ṭavâʾif, Kahire 1970.
- Cevdet er-Rikābî, Fi’l-Edebi’l-Endelüsî, Kahire 1966.
- Albîr Mutlak, el-Ḥareketü’l-luġaviyye fi’l-Endelüs, Beyrut 1967.
- Muhammed ed-Dâye, Târîḫu’n-naḳdi’l-edebî fi’l-Endelüs, Beyrut 1968.
- Lea, The Moriscos of Spain, London 1968.
- Mahmud Ali Makki, Ensayo sobre las aportaciones orientales en la España musulmana, Madrid 1968.
- Abdurrahman Ali el-Haccî, el-Ḥaḍâretü’l-İslâmiyye fi’l-Endelüs, Bağdad 1969.
- M. A. Ladero Quesada, Granada: Historia de un país Islámico (1232–1571), Madrid 1969.
- R. Haines, Christianity and Islam in Spain: A.D. 756–1031, New York 1969.
- J. Vallvé, La División territorial de la España musulmana, Madrid 1970, s. 17–33.
- J. T. Monroe, The Shuʿūbiyya in al-Andalus, Berkeley-Los Angeles 1970.
- a.mlf., Islam and the Arabs in Spanish Scholarship, Leiden 1970.
- a.mlf., "A Curious Morisco Appeal to the Ottoman Empire", al-Andalus, XXXI, Madrid 1966, s. 116–173.
- R. M. Allende, Averroes: Un andaluz para Europa, Madrid 1971.
- P. C. Gendron, El-‘Senor del Zoco’ en España, Madrid 1973.
- R. Arié, L’Espagne musulmane au temps des Naṣrides (1232–1492), Paris 1973.
- J. Regla, Estudios sobre los moriscos, Barcelona 1974.
- Anwar G. Chejne, Muslim Spain, Minnesota 1974.
- a.mlf., "Islamization and Arabization in al-Andalus", Islam and Cultural Change, Wiesbaden 1975.
- a.mlf., Islam and The West: The Moriscos, Albany 1983, s. 1–30.
- L. S. de Lucena, La Granada nazarí del XV, Granada 1975.
- M. G. Arenal, Los Moriscos, Madrid 1975.
- P. Guichard, al-Andalus, Barcelona 1976.
- D. Ortizy – B. Vincent, Historia de los moriscos, Madrid 1978.
- a.mlf., España musulmana, Madrid 1987, IV, 45, 171.
- Hitti, İslâm Tarihi, III, 775–937.
- M. Abduh Hatâmile, et-Tenṣîrü’l-ḳaṣrî li-müslimi’l-Endelüs fî ʿahdi’l-melikîne’l-Kâs̱ûlîkîn, Amman 1410/1980.
- Tâhir Ahmed Mekkî, Dirâsât Endelüsiyye, Kahire 1980, s. 9–34.
- M. Abdülhamîd Îsâ, Târîḫu’t-taʿlîm fi’l-Endelüs, Kahire 1982.
- Abdülvâhid Zennûn Tâhâ, el-Fetḥ ve’l-istiḳrârü’l-ʿArabiyyi’l-İslâmî fî Şimâli İfrîḳıyye ve’l-Endelüs, Bağdad 1982, s. 203–444.
- L. Cardaillac, el-ʿAlâḳātü’l-cedeliyye beyne’l-Mesîḥiyyîn ve’l-Muriskiyyîn (trc. Abdülcelîl Temîmî), Tunis 1982.
- Muhammed b. Abbûd, et-Târîḫu’s-siyâsî ve’l-ictimâʿî li-İşbîliyye, Tıtvân 1983, s. 217–271.
- a.mlf., Cevânib mine’l-vâḳıʿi’l-Endelüsî fi’l-ḳarni’l-ḫâmisi’l-hicrî, Tıtvân 1987.
- Mitre, La España medieval, Madrid 1984, s. 61–326.
- Hüseyin Mûnis, Fecrü’l-Endelüs, Cidde 1985.
- a.mlf., "Esne’l-metâcir", Maʿhedü’d-dirâsâti’l-İslâmiyye, V/1–2, Madrid 1957, s. 129–191.
- a.mlf., "La División político-adminis-trativa de la España Musulmana", Revista del Instituto egipcio de estudies Islámicos, V, Madrid 1957, s. 79–135.
- a.mlf., "Los Almoravides", a.e., XIV (1967), s. 49–102.
- Seyyid Abdülazîz Sâlim, Târîḫu’l-müslimîn ve âs̱âruhum fi’l-Endelüs, İskenderiye 1985.
- D. Wasserstein, The Rise and Fall of the Party-Kings, New Jersey 1985.
- Âdil Saîd Biştâvî, el-Endelüsiyyûn, Dımaşk 1985.
- T. Burckhardt, La civilización hispano-árabe, Madrid 1985.
- İhsan Abbas, Târîḫu’l-edebi’l-Endelüsî, Beyrut 1985, I–II.
- Ahmed Heykel, el-Edebü’l-Endelüsî, Kahire 1985.
- Abdülbedî‘ el-Hûlî, el-Fikrü’t-terbevî fi’l-Endelüs, Kahire 1985.
- J. V. Bermejo, La División Territorial de la España musulmana, Madrid 1986.
- Sanchez-Albornoz, La España musulmana, Madrid 1986, I–II.
- Mehmet Özdemir, Endülüs’de Muvelledûn Hareketleri (doktora tezi, 1989), AÜ Sosyal Bilimler Enstitüsü.
- Şekip [Chakib] Benafri, Endülüs’te Son Müslüman Kalıntısı Morisko’ların Cezayir’e Göçü ve Osmanlı Yardımı: 1492–1614 (yüksek lisans tezi, 1989), Ankara Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü.
- L. P. Harvey, Islamic Spain 1250 to 1500, Chicago 1992.
- Mahmoud Makki, "The Political History of al-Andalus (92/711–897/1492)", The Legacy of Muslim Spain (ed. Salma Khadra Jayyusi), Leiden 1992, s. 3–87.
- Pierre Cachia, "Andalusī Belles Lettres", a.e., s. 307–316.
- Salma Khadra Jayyusi, "Andalusī Poetey: The Golden Period", a.e., s. 317–366.
- Pierre Guichard, "The Social History of Muslim Spain From the Conquest to the End of the Almohad Régime", a.e., s. 679–708.
- Miquel Cruz Hernández, "Islamic Thought in the Iberian Peninsula", a.e., s. 777–803.
- Margarita López Gómez, "Islamic Civilisation in al-Andalus: A Final Assessment", a.e., s. 1059–1062.
- Goldziher, "Die Su’ūbiyya unter den Muhammedanern in Spanien", ZDMG, LIII (1889), s. 601–620.
- Efdaleddin [Tekiner], "Bir Vesîka-i Müellim", TOEM, I/4 (1326), s. 201–210.
- de las Cagigas, "Al-Andalus", Al-Andalus, IV, Madrid 1939, s. 205–214.
- Ehvani, "Acerca de la invención de la muwashsha", a.e., XIII (1948), s. 28–31.
- M. Dunlop, "A Christian Mission to Muslim Spain in the 11th Century", a.e., XVII (1952), s. 259–310.
- H. A. R. Gibb, "The Influence of Islamic Culture in Medieval Europe", Bulletin of the John Rylands Library, XXXVIII/1, Manchester 1955, s. 82–98.
- Terés Sabada, "Linajes árabes en Al-Andalus", Al-Andalus, XXII, Madrid 1957, s. 51–112, 337–376.
- R. P. Gómez Nogales, "Ibn Arabi eslabon cultural", Revista del Instituto eqipüo de estudios Islámicos, XIII, Madrid 1965–66, s. 25–42.
- Hess, "The Moriscos: An Ottoman Fifth Column in Sixteenth Century Spain", The American Historical Review, LXXIV/1, New York 1968.
- N. C. Hill, "Lyrical Traditions in Andalusian Muwashshas", Comparative Literature, XXI/3, London 1969, s. 213–231.
- L. Sabbağ, "S̱evretü müslîmî Ġırnâṭa ve’d-devletü’l-ʿOs̱mâniyye", Mecelletü’l-Asala, sy. 27, Cezayir 1975, s. 281–300.
- Abd al-Calil Temimi, "Le Gouvernement ottoman face au probleme morisque", RHM, sy. 23–24 (1981).
- R. Carrasco, "Péril ottoman et solidarité morisque", a.e., sy. 32 (1982).
- M. de Epalza, "Les Ottomans et l’insertion au Maghreb des Andalous Expulsées d’Espagne au 17eme", a.e., sy. 28–29 (1983).
- M. Barcelo, "Fiscalidad Andalusī", Actas, sy. 5–6 (1984–85), s. 45–72.
- F. Seybold, "Endülüs", İA, IV, 270.
- J. D. Latham v.dğr., "al-Andalus", EI2 (İng.), I, 486–503.