Emtee Yaglari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir.
Tətbiq sahəsi
redaktəƏmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür:
Sürtkü yağları:
redaktə- Motor yağları
- Transmissiya yağları
- İndustrial yağlar
- Aviasiya yağları
- Energetik yağlar
Qeyri sürtkü yağları:
redaktə- Texnoloji yağlar
- Tibbi yağlar
- Parfumeriya yağları
- Elektroizolyasiya yağları
- Plastifikatorlar
Əmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir.
Əmtəə sürtkü yağları
redaktəƏmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn,
- Motor yağları "M" hərfi ilə;
- İndustrial yağlar – "İ" hərfi ilə;
- Transmissiya yağları – "T" hərfi ilə və s.
Mənbə
redaktə- В. М. Капустин. Б. П. Тонконогов, И. Г. Фукс. "Технология переработки нефти". Часть3. Производство нефтяных смазочных материалов.// "Химия". РГУ нефти и газа им. И. М. Губкина.//Москва 2014. С.323.