Emrekar - Wikipedia
Əmrəkar - Haqqında Məlumat
Əmrəkar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd.
kənd | |
Əmrəkar | |
---|---|
Əmrah daşı | |
39°12′14″ şm. e. 46°32′50″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indiki Meğri rayonunda kənd. Rayon mərkəzindən 9–10 km şimal-qərbdə yerləşirdi.
Kənddə 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 67 nəfər yalnız azərbaycanlı yaşamışdır[1]. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Əmir şəxs adı ilə türk dilində «sıldırım», «qaya», «sıldırımlı qaya» mənasında işlənən kayır //kair[2], «sıldırım qaya» mənasında işlənən kar[3] sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[4]
Əhalisi
redaktə- İsrafil Məmmədov (tarixçi) bu kənddə doğulmuşdur.
İstinadlar
redaktə- ↑ (erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.66-67, 142-143
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.241
- ↑ Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана, АлмаАта, «Наука», 1974. s.107
- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-09-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-07-17.