Emir Qemereddin Duqlat - Wikipedia
Əmir_Qəmərəddin_Duqlat - Haqqında Məlumat
Əmir Qəmərəddin Duqlat(fars. قمر الدین) — Moğolustanın hakimi.
Əmir Qəmərəddin Duqlat | |
---|---|
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1192 |
Həyatı
redaktəƏmir Qəmərəddin Moğolustanda məşhur olan Duqlat tayfasındandır. 1364-cü ildə təsirli nüfuza malik olmuşdu. 1366-cı ildə Şərqi Cığatay hakimi, Tuğluqteymurlu sülaləsindən İlyas xocanı devirib, öldürdü. 1375-ci ildə Əmir Teymurla vuruşub, Əndicanın ətrafını taladı.
Nə Əmir Qəmərəddin Duqlat Əmir Teymur Barlası, nə də Əmir Teymur Əmir Qəmərəddini darmadağın edə bilirdi. Əmir Qəmərəddin onun sonuna çıxmaq üçün Qızıl Orda hakimi Toxtamışla əlaqəyə girmişdi.
Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı. Həmin çağdan onun haqqında bir tarixi məlumat yoxdur.