Emenulla Mirze Qovanli Qacar - Wikipedia
Əmənulla Mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (8 yanvar 1857, Şuşa – 1937, Tehran) — Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü, İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri.[1]
Əmənulla Mirzə Qovanlı-Qacar | |
---|---|
Əmənulla Mirzə Bəhmən Mirzə oğlu Qovanlı-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | Tehran |
Vətəndaşlığı |
Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan SSR İran |
Milliyyəti | Azərbaycanlı |
Atası | Bəhmən Mirzə Qacar |
Anası | Çiçək Xanım |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperator Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu İran ordusu |
Qoşun növü | Piyada |
Xidmət illəri | 1879-1920 |
Rütbəsi | General-mayor |
Döyüşlər | |
Təltifləri |
Qacarlar sülaləsinə mənsub şahzadə olmuşdur.
Həyatının erkən dövrü
redaktəƏmənulla mirzə Bəhmən mirzə oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. O, Cənubi Azərbaycanın hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə Çiçək xanımın evliliyindən dünyaya gəlmiş və ailənin XVII oğlan övladı olmuşdur.
General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir.
Hərbi fəaliyyəti
redaktəRusiya imperator Ordusunda
redaktəSankt-Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında poruçik rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən 164-cü piyada alayında xidmətə başlamış, 1883-cü ildə baş leytenant rütbəsinə yüksəlmişdir. 20 noyabr 1886-cı ildə o, Kuban Kazaklarının II taboruna transfer edilmiş və sonradan həmin taborun komandiri olmuşdur. 1900-cü il mayın 6-da nizami kazak batalyonundakı nümunəvi xidmətinə görə Əmənulla Mirzə Bəhmən mirzə oğluna yesaul (mayor) rütbəsi verilmişdir. 1909-cu ildə isə IX Kuban plastun taborunda ordu yesaulu rütbəsinə yüksəlmişdir. 1915-ci ildə üçüncü Kuban kazak-piyada divizionuna komandirlik edən Əmənulla mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilmişdir. Güclü döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla mirzə arxa cəbhəyə göndərilsə də hərbi fəaliyyətini dayandırmamışdı. Kuban kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə Əmənulla mirzə Qacar 1917-ci ildə general-mayor rütbəsi almışdır.[2]
Birinci Dünya müharibəsində iştirakı
redaktəBirinci Dünya müharibəsi zamanı Əmənulla xan Avstriya-Macarıstana qarşı olan cənub-qərb cəbhəsində döyüşmüşdür. 25 aprel 1915-ci ildə o, polkovnik rütbəsinə yüksəlmiş, bir qədər sonra ayağından ağır şəkildə yaralandığına görə müalicə almaq üçün arxa cəbhəyə göndərilmişdir. 1916-cı ildə bu yaralardan sağalmış və yenidən cəbhəyə geri dönmüşdür. Özünün komandanlıq etdiyi taboru ilə birlikdə Avstriya-Macarıstan ordusu ilə savaşarkən Marhonovka kəndi yaxınlığında düşmən səngərlərini ələ keçirmiş və düşmən ordusunun atəş gücünə ağır zərbələr vurmuşdur. 1916-cı ilin 5 noyabr əməliyyatı zamanı göstərdiyi igidliyə görə Müqəddəs Georgi Qılıncı ilə mükafatlandırılmışdır. Kuban kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə Əmənulla mirzə Qacar 1917-ci ildə general-mayor rütbəsi almışdır. Fevral inqilabından sonra vətəninə geri dönmüş, Tiflis və Şuşada yaşamışdır.[2]
Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda
redaktə1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu zaman Şuşada yaşayan Əmənulla xan 1 dekabr 1918-ci ildə yeni yaradılmış dövlətin müdafiə nazirliyinə rəsmi şəkildə müraciət edərək onun ordu sıralarına qəbul edilməsini istədi. Ordu sıralarında xidmətdən başqa, AXC ondan diplomatik məqsədlər üçün də istifadə etmişdir. Beləki Əmənullah xan İsmayıl xan Ziyadxanovun rəhbərliyində Qacar imperiyasına göndərilmiş rəsmi nümayəndəliyin bir parçası olmuşdur. O, bu diplomatik nümayəndə heyətində hərbi qrupun rəhbəri hesab edilirdi. Azərbaycana geri döndükdən sonra o, Azərbaycan Xalq Cüumhuriyyətinin Milli Ordusunun I Piyada Diviziyasının komandanının müavini təyin edildi. Bu diviziyanın qərərgahı Xankəndi və Şuşada yerləşirdi.[3] O, 22 – 23 mart tarixlərində erməni silahlı dəstələrinin Azərbaycan ordusuna qarşı təşkil etdiyi hücuma qarşı vuruşmuş və erməni üsyanının yatırılmasında iştirak etmişdir.[4][5]
Pəhləvi İranının ordusunda
redaktə1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti bolşevik qüvvələri tərəfindən işğal edildi. Bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən hiss edən Əmənulla mirzə 1929-cu ildə İrana mühacirət etmişdir. Tehranda yaşayan general-mayor Əmənulla mirzə Qacar hərbi məktəbdə işləmiş, İran nizami ordusunun yaradılmasında yaxından iştirak etmişdir. Bundan başqa, siyasi fəaliyyətlə də məşğul olan Əmənulla xan İran parlamentində vəkil də olmuşdur. Bu çərçivədə İran-Sovet dostluq cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.
Ailəsi
redaktəƏmənulla mirzə Nəvvab bəyim Hacı Hüseynəli bəy qızı ilə yaşam qurmuşdu. Səyəvuş mirzə, Xosrov Mirzə adlı oğulları, Səfiyyə xanım adlı qızı vardı.
Mükafatları
redaktə- — III dərəcəli "Müqəddəs Anna" ordeni
- — III dərəcəli "Müqəddəs Vladimir" ordeni[6]
- — III dərəcəli "Müqəddəs Stanislav" ordeni
- İgidliyə görə Georgi Qılıncı
Həmçinin bax
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008.
- Азербайджанская Демократическая Республика (1918—1920). Внешняя политика. (Документы и материалы). Bakı. 1998.
- Şəmistan Nəzirli. Güllələnmiş Azərbaycan Generalları. Bakı. 2006.
- Mehman Süleymanov. Qafqaz İslam ordusu və Azərbaycan. Bakı. 1999.
- ↑ Çingizoğlu, 2008. səh. 334
- ↑ 1 2 Nəzirli, 2006. səh. 79-80
- ↑ Адрес-календарь Азербайджанской Республики на 1920-й г. — Bakı, 1920, s. 303
- ↑ Азербайджанская Демократическая Республика, 1998. səh. 185
- ↑ Süleymanov, 1999. səh. 154-155
- ↑ "Каспий" 26 fevral 1916-cı il, № 45