Emek - Wikipedia
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti.
Ümumi anlayış
redaktəƏmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır.
Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır.
Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır.
Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır. Bu hal insan zəhmətini canlıların instinktik fəaliyyətindən fərqləndirir. Bu baxımdan filosoflar Karl Marks və Fridrix Engels insanın və cəmiyyətin yaranmasında ilk növbədə "əmək faktoru" görürlər.
Əmək iqtisadi kateqoriya kimi
redaktəƏmək əksər hallarda əmək haqqı hesabına həyata keçirilir. Əmək haqqının artması görülən işin həcminin və cəmiyyətin maddi imkanının artması hesabına arta bilir. Onun artımının müxtəlif səbəbləri olsa da onların hamısı mükəmməl sayılmır. Görülən işi tamamilə nəzərə lan ümumi prinsip indiyə qədər yoxdur. Burada subyektiv faktor və ya əməyin qiymıətləndirilməsində heç də bütün amillərin nəzərə alınmamasıdır.[1]
Emek aletlerinin cemiyyetin inkisafinda rolu haqqinda esse
Xarici keçidlər
redaktə- Об экономике труда Arxivləşdirilib 2007-02-19 at the Wayback Machine
- Жиль Дове, Карл Несич. Пролетарий и работа – история любви? Arxivləşdirilib 2010-12-25 at the Wayback Machine
- С. А. Подолинский. Труд человека и его отношение к распределению энергии. М., 2005, ISBN 5-7619-0194-3
- Ageing workers EU-OSHA
- The Labour Economics Gateway Arxivləşdirilib 2008-02-17 at the Wayback Machine - Collection of Internet sites that are of interest to labour economists
- Labour & Worklife Program at Harvard Law School, Changing Labour Markets Project
- W.E. Upjohn Institute & Anindya N Bakrie for Employment Research Arxivləşdirilib 2010-07-09 at the Wayback Machine
- ILO: Key Indicators of the Labour Market (KILM). 5. ed. Sept. 2007
- LabourFair Resources Arxivləşdirilib 2017-06-30 at the Wayback Machine - Link to Fair Labour Practices
- Labour Research Network Arxivləşdirilib 2013-08-05 at the Wayback Machine - Labour research programme treating various fields
İstinadlar
redaktə- ↑ "İş tapmaq üçün faydalı məsləhətlər". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.