Elisahib Erogul - Wikipedia
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,[1] "Qızıl qələm" mükafatı laureatı.
Əlisahib Əroğul | |
---|---|
Əlisahib İsrafilzadə Qiyas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Dağ Tumas, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1980-ci illərdən hazırkı dövrə qədər |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | nəsr |
alisahib.net/index.html |
Həyatı
redaktə1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir.
1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir.
Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
Əmək və İctimai fəaliyyəti
redaktəƏmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir. Belə ki, 1971-1972-ci illərdə “Neftkimavtomat” ETLI-da elmi işci, 1972-1973-cü illərdə müəllim, 1973-1976-ci illərdə məktəb direktoru, 1976-1980-cı illərdə Cəbrayıl rayon partiya komitəsinin təşkilat şöbəsində təlimatçı, 1980-1989-cu illərdə Cəbrayıl rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1989-92-ci illərdə Cəbrayıl rayon XDS İK-nin katibi, 1992-1993-cü illərdə “Günbəz” tikinti-təmir kooperativinin sədri işləmişdir. Erməni-daşnak faşistləri tərəfindən 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınmışdı. Həmən il Gəncə şəhərində məskunlaşmışdır.
Gəncə şəhərində 1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışmışdır. 1994-2006-cı illərdə ictimai əsaslarla "Ekologiya" nəşriyyatının direktoru olmuşdur. 2006-cı ildən Cəbrayıl rayonu 19 saylı orta məktəbdə müəllim işləmişdir.
2000-ci ildən QHT-də çalışır. Azərbaycan Qaçqın Yazarlar İctimai Birliyinin vitse-prezidentidir.
Yaradıcılığı
redaktəƏlisahib Əroğul 1993-cü ildən AYB-nin üzvüdür. O, bir sıra roman, povest, hekayə və publisistik yazıları ilə respublika mətbuatında çıxış edir. Əroğul bədii yaradıcılığa XX əsrin 80-ci illərindən başlamışdır. "Osmanoğlu" adlı ilk mətbu hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında dərc edilmişdir. 1990-cı ildə "Karvan" jurnalında "Dəli Salatın" povesti, 1991-ci ildə "Ulduz" jurnalında "Ovçu Cəbrayılın tulaları" hekayəsi çap edilmişdir.[1] 1991-ci ildə "Gənclik" nəşriyyatının buraxdığı "Mənim fikrim" kitabında "Göz görür, ağıl kəsirsə" publisist yazısı dərc olunmuşdur. Dövrü mətbuatında publisistik məqalələrlə vaxtaşırı çıxış edir.
1991-1993-cü illərdə "Həqiqət", "And", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq etmişdir.
24 kitab müəllifidir. 2007-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində ("Ufuk Ötesi Yayınları") türk dilində “Kemik dökülen Dere” adlı kitabı işığ üzü görmüşdür.
"Böyük Nazar" romanı Sumqayıt şəhər bələdiyyəsinin, "Erməni-daşnaq-faşizmi və Azərbaycan" kitabı isə VIII Bakı Kitab bayramının mükafatına layiq görülmüşdür.
Əsərləri
redaktə- 1. Əlisahib İsrafilzadə. “At oğrusu” (povest və hekayələr). Bakı, “Gənclik”, 1992-ci il. 88 səh., tirajı 4000;
- 2. Əlisahib İsrafilzadə. “Sızıntıların və sızıltılarım” (bədii publisistika). Bakı, “Ekologiya”, 1996-ci il. 148 səh., tirajı 1000;
- 3. Əlisahib İsrafilzadə. “Leyləklər yuvasına qayıdacaqmı” (Qarabağ hekayələri). Bakı, “Ekologiya”, 1996 –cı il. 128 səh., tirajı 1000;
- 4. Əlisahib İsrafilzadə. “Boğanaq” (povest və hekayələr). Bakı, “Ekologiya”, 1997 –cı il. 151 səh., tirajı 500;
- 5. Əlisahib İsrafilzadə. “Gürzə gözü” (roman). Bakı, “Ekologiya”, 1998-ci il. 232 səh.,tirajı 1000;
- 6. Əlisahib ƏROĞUL. “Torpaq ətirli insan” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 192 səh., tirajı 200;
- 7. Əlisahib ƏROĞUL. “Yəhya Çələbi-haq dünyamızın işiğı” (bədii publisistika). Bakı, “Ekologiya”, 2002-ci il. 164 səh., tirajı 500;
- 8. Əlisahib ƏROĞUL. “Tiqana” (hekayələr toplusu). Bakı, “Ekologiya”, 2002-ci il. 392 səh., tirajı 300;
- 9. Əlisahib ƏROĞUL. “İki gövhər-iki inci” (bədii publisistika). Bakı, “Ekologiya”, 2003-ci il. 488 səh., tirajı 1000;
- 10. Əlisahib ƏROĞUL. “Böyük Nazar” (roman). Bakı, “Ekologiya”, 2005-ci il. 307 səh., tirajı 300;
- 11. Əlisahib ƏROĞUL. “Cəbrayılım-müqəddəs torpaq” (bədii publisistika). Bakı, “Ekologiya”, 2006-ci il. 412 səh., tirajı 300;
- 12. Əlisahib ƏROĞUL. “Erməni-daşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007-ci il. 410 səh., tirajı 500;
- 13. Ali Sahip EROĞUL. “Kemik dökülen Dere” (Karabag hikayeleri). İstanbul, Ufuk Ötesi Yayınları, 2007-ci il. 242 səh., tirajı 1000;
- 14. Əlisahib ƏROĞUL. "Boz Adam" (Seçilmiş əsərlər toplusu). Bakı, "Təknur", 2008-ci il. 535 səh., tiraj 500;
- 15. Əlisahib ƏROĞUL. "Cəbrayıl ziyarətgahları". Bakı, "Təknur", 2009-cu il. 260 səh., tiraj 500;
- 16. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". Bakı, "Təknur", 2009-cu il. 193 səh., tiraj 500;
- 17. Əlisahib ƏROĞUL. "Qazanxan yurdu-Qazanzəmi". Bakı, "Təknur", 2009-cu il. 100 səh., tiraj 500;
- 18. Əlisahib ƏROĞUL. "Əmir Teymurun fəryadı". Bakı, "Təknur", 2009-cu il. 200 səh., tiraj 500;
- 19. Əlisahib ƏROĞUL. "Şeirlər, haqlar, andlar, dua və xitablar". Bakı, “Ekologiya”, 2010-cu il. 140 səh., tirajı 300;
- 20. Əlisahib ƏROĞUL. "Qeyrətin harayı". Bakı, "Təknur", 2010-cu il. 192 səh., tiraj 300;
- 21. Əlisahib ƏROĞUL. "Oğullar ər doğulanda". Bakı, "Təknur", 2010-cu il. 328 səh., tiraj 200;
- 22. Əlisahib ƏROĞUL. "Tumas və tumaslılar". Bakı, "Təknur", 2010-cu il. 340 səh., tiraj 200;
- 22. Əlisahib ƏROĞUL. "Halə". Bakı, "Təknur", 2011-ci il. 208 səh., tiraj 200;
- 23. Əlisahib ƏROĞUL. "Cəbrayılın qadın səlnaməsi", Bakı, "Təknur", 2011-ci il. 304 səh., tiraj 300;
- 24. Əlisahib ƏROĞUL. "Qeri-türk müəlliflər erməniləri ittiham edir", Bakı, "Təknur", 2011-ci il. 320 səh., tiraj 500;
- 25. Əlisahib ƏROĞUL. "Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası". (II buraxılış) Bakı, "Təknur", 2011-cu il. 320 səh., tiraj 500;
- 26. Əlisahib ƏROĞUL. "Halə" (hekayələr). Bakı, "Təknur", 2011-ci il. 608 səh., tiraj 500;
- 27. Əlisahib ƏROĞUL. "İslama gəlin ey insanlar". Bakı, "Təknur", 2012-ci il. 320 səh., tiraj 1000;
- 28. Əlisahib ƏROĞUL. "Aşıq Pəri. Həyatı, mühiti və sənəti . Bakı, "Şərq-Qərb", 2014-cü il. 200 səh., tiraj 500;
- 29. Əlisahib ƏROĞUL. "Müsəlmanın əxlaq kodeksi". Bakı, "Təknur", 2015-ci il. 210 səh., tiraj 2000;
- 30. Əlisahib ƏROĞUL. "Aşıq Pəri". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 200 səh., tiraj 500;
- 31. Əlisahib ƏROĞUL. "Tumas Ata və Tumaslılar". Bakı, "Yeni Poliqraf"MMC, 2016-cı il. 300 səh., tiraj 500;
- 32. Əlisahib ƏROĞUL. "Gəncliyimizin portreti - Famil Balayev. Bakı, "Mütərcim", 2016-cü il. 204 səh., tiraj 100;
- 33. Əlisahib ƏROĞUL. "Şiştəpəli polkovnikin əfsanəsi". Bakı, "Mütərcim", 2017-ci il. 230 səh., tiraj 300;
- 34. Əlisahib ƏROĞUL. "Salam Türkiyə" (şeirlər). Bakı, "Yeni Poliqraf"MMC, 2017-ci il. 200 səh., tiraj 300;
- 35. Əlisahib ƏROĞUL. "Seyid Nigari" (roman). Bakı, "Papirus NP", 2018-ci il. 400 səh., tiraj 1000;
- 36. Əlisahib ƏROĞUL. "ABŞ-da balta əhvalatı". Bakı, "Təknur", 2018-ci il. 350 səh., tiraj 400;
- 37. Əlisahib ƏROĞUL. "Özlü söz -Sözün doğrusu. Müfəssəl Asərbaycan tarixi". Bakı, "Təknur", 2018-ci il. 300 səh., tiraj 500;
- 38. Əlisahib ƏROĞUL. "Asərbaycan tarixi dünya çapında". Bakı, "Adiloğlu", 2019-cu il. 350 səh., tiraj 500;
İstinadlar
redaktə[https://web.archive.org/web/20130811092523/http://alisahib.net/heyati.htm Arxivləşdirilib 2013-08-11 at the Wayback Machine Əlisahib Əroğul (Həyatı)