Eli Ibn Huseyn El Hasimi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əli ibn Hüseyn əl-Haşimi — (ərəb. علي بن حسين لهاشمي; 1 yanvar 1879, Məkkə, Hicaz vilayəti – 14 fevral 1935, Bağdad) — 1924–1925-ci illərdə hakimiyyətdə olmuş Hicaz krallığının ikinci kralı. Haşimilərin Hicazda sonuncu kralı.
Əli ibn Hüseyn əl-Haşimi | |
---|---|
ərəb. علي بن حسين لهاشمي | |
1924 – 1925 | |
Əvvəlki | Hüseyn ibn Əli əl-Haşimi |
Sonrakı | Əbdüləziz ibn Səud əl-Səud |
Şəxsi məlumatlar | |
Doğum adı | علي بن الحسين بن علي العوني العبدلي القتادي الحسني العلوي الهاشمي القُرشي |
Doğum tarixi | 1 yanvar 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1935 (56 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | Regent |
Atası | Hüseyn ibn Əli əl-Haşimi |
Uşaqları |
|
Ailəsi | Haşimilər |
Dini | sünni islam, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli ibn Hüseyn, Hicazın birinci kralı Hüseyn ibn Əlinin böyük oğlu idi və Qalatasaray liseyini bitirmişdi.
Birinci dünya müharibəsində atası Hüseyn ibn Əli ingilisləri dəstəklədi. Müharibədən sonra Ərəbistan yarımadasında müstəqil Hicaz krallığını yaratdı və oğulları Abdulla İordaniya, Feysəl isə Suriya-İraq kralı oldu. Böyük oğlu Əli isə özünün varisi elan etdi.
1924-cü ilin mart ayında Hüseyn ibn Əlinin özünü müsəlmanların xəlifəsi elan etməsi Hicaz krallığı ilə Nəcd əmirliyi arasında münaqişəyə səbəb oldu. Müharibə Hicaz üçün çox uğursuz oldu. 1924-cü ilin oktyabrında Hüseyn ibn Əli taxtdan Əlinin xeyrinə əl çəikdi.
Əli Ciddəyə tərəf çəkildi və nəticədə Nəcd əmirliyi Məkkə və Mədinə şəhərlərini ələ keçirdi. 1925-ci ildə Nəcd əmirliyi ilə Böyük Britaniya arasında müqavilə imzalandı. Bu müqavilə ilə ingilislər Nəcdin Hicazı zəbt etməsini təsdiqləyirdilər. 22 dekabr 1925-ci ildə Ciddə təslim oldu. Hicazın sonuncu Haşimi kralı Əli ailəsi ilə birlikdə İraqa qardaşı Feysəl ibn Hüseynin yanına getdi.[1]
1935-ci ilin fevralın 13-də Bağdadda öldü.
Ailəsi
redaktəƏli ibn Hüseyn, 1906-cı ildə Məkkə şərifi əmir Abdullah ibn Məhəmməd Paşanın qızı Nəfisə xanım ilə evləndi. Bu evlilikdən onun dörd qızı və bir oğlu dünyaya gəlmişdir.
- Xədicə Əbdiyyə (1907–1958)
- Aliyə (1911–1950) — İraq kralı I Qazi ilə evləndi. İraq kralı II Feysəlın anası idi.
- Abdullah (1913–1958) — İraq naibi
- Badiyə (1920–2020) — Hüseyn ibn Əli ilə evləndi və bu evlilikdən Əli ibn Hüseyn adlı oğlu oldu. Əli ibn Hüseyn İraq kralı I Feysəlin vəliəhdi idi.
- Cəlilə (1923–1955) — Şərif Əhməd Hazim ilə evləndi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ IRAQ – Resurgence In The Shiite World – Part 8 – Jordan & The Hashemite Factors Arxivləşdirilib 2012-07-09 at Archive.today IRAQ – Resurgence In The Shiite World – Part 8 – Jordan & The Hashemite Factors