Eli Velioglu - Wikipedia
Əli Vəli oğlu Əlizadə(1 yanvar 1940, Nüvədi, Meğri rayonu) — Şair, publisist, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2004)[1]
Əli Əlizadə | |
---|---|
Əli Vəli oğlu Əlizadə | |
Təxəllüsü | Əli Vəlioğlu |
Doğum tarixi | |
Doğum yeri | Qərbi Azərbaycan, Meğri rayonu, Nüvədi kəndi |
Vətəndaşlığı | Azərbaycan→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1989-2011 |
Mükafatları | "Həsən bəy Zərdabi", "Qızıl qələm" |
Həyatı
redaktəƏli Vəlioğlu 1940-cı ilin yanvarın 1-də Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Yeddiilliyi Nüvədi kəndində, 1958-ci ildə orta məktəbi qonşuluqda olan Aldərə kəndində bitirmişdir. 1958-1961-ci illərdə əmək fəaliyyətinə kolxozda məşğul olmuşdur. 1961-1964-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1968-ci ilədək yenidən Nüvədi kənd kolxozunda işləmişdir. 1965-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil aldıqdan sonra 1968-1989-cu illərdə Nüvədi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edib.
Fəaliyyəti
redaktə1989-cu ildə qaçqınlıq dönəmində Bakıya köçən Vəlioğlu Azərbaycan Qaçqınlar Cəmiyyətində bir il işlədikdən sonra 1991-1992-ci illərdə "Hikmət", "20 Yanvar" qəzetlərində böyük müxbir kimi jurnalistlik fəaliyyətinə başlayıb. 1993-cü ildə "Türk dünyası" jurnalında redaktor müavini, "Kefli İsgəndər" satirik qəzetində baş redaktorun müavini, həm də rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən Bakının 151 saylı orta məktəbində müəllim vəzifəsində işləyən şair 2004-cü ildən Azad Azərbaycan cəmiyyətinin üzvüdür. Ədəbi fəaliyyətə 1965-ci ildən başlayan Əli Vəlioğlunun 1970-ci ildə "Kommunist" qəzetində ilk miniatürləri, 1983-cü ildə "Ədəbi Ermənistan" almanaxında şeirləri, "Didərginlər" kitabında publisist məqalələri dərc olunmuşdur. [2]
Əsərləri
redaktə- "Mənim da ulduzum" (1985)
- "Mənim dünyam" (1993)
- "Qəzəllər"
- "Halal çörək" (povest, 1997)
- "Bu minvalla dünya belə qalammaz" (şeirlər, hekayələr, 1997)
- "Mənim mənalı dünyam" (hikmətli deyimlər, 2001)
- "Vətən boyda dərd göyərtdim, qəm yedim" (şeirlər, 2004)
- "Ağıl dəryasından incilər" (2008)
- "Ömrümüzə işıq düşür" (albom, 2000)
- "Nüvədi və nüvədililərin tayfa şəcərəsi" (2009)
Mükafatları
redaktəJurnalistlik fəaliyyətinə görə 2004-cü ildə "Həsən bəy Zərdabi", 2006-cı ildə isə "Qızıl qələm" media nükafatına layiq görülmüşdür.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mirzəhüseyn segahı - Əli Vəlioğlu". 5 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-10.
- ↑ "Səmimi fikirlərin ləyaqətli müəllifi". Archived from the original on 2019-06-11. İstifadə tarixi: 2019-06-10.
Ədəbiyyat
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011