Eli Quliyev Asiq - Wikipedia
Əli_Quliyev_(aşıq) - Haqqında Məlumat
Aşıq Əli Quliyev (təxəllüsü: Ürfan[1]; 1950, Əlimərdanlı, Tovuz rayonu) — azərbaycanlı aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2008).[2]
Əli Quliyev | |
---|---|
Təxəllüsü | Aşıq Əli |
Doğum tarixi | 1950 |
Doğum yeri | |
Fəaliyyəti | şair, aşıq |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəƏli Abuzər oğlu Quliyev 1950-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub.[3]
1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. Tovuzda Hüseyn Bozalqanlı adına Ozan-aşıq Muzeyinin ilk direktoru olmuşdur[4]
3 mart 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
Kitabları
redaktə- "Sözdən pənah gətirmişəm" (2000)
- "Sazlı-sözlü dünyam" (2004)
- "Tanrı payı telli sazım" (2007)
- "Qəm daşıyan dərviş oldum" (2012)
Təltifləri
redaktə2008-ci ildən Azərbaycanın əməkdar mədəniyyət işçisidir.[5]
5 mart 2023-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.
- ↑ Quliyev, Ə. "Aşıq gərək saza yaraşan adam ola ": [aşıq Əli Quliyevlə müsahibə] /müsahibəni apardı Ormanlı Həmid //Təzadlar.- 2015.- 27 yanvar.- S.15.
- ↑ Quliyev, Ə. "Saz mənim qibləgahımdır": Aşıq Əli Quliyev: "Aşıqlıqdan əl çəkmək ömrümün tamamlanması deməkdir": [aşıqla müsahibə] /müsahibəni apardı Ormanlı Həmid //Təzadlar.- 2015.- 24 yanvar.- S.15.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Aşıq Əli: "Son 10–15 ildə meydana gələn aşıqların böyük əksəriyyəti bəyənilmir, hamı onları əsl aşıq kimi qəbul etmir": [Aşıq Əli ilə müsahibə] /müsahibəni apardı Qələndər Xaçınçaylı //Həftə içi.- 2013.-26 aprel.- S. 8.