Eli Qedirov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əli Qədirov (tam adı: Əli Əşrəf oğlu Qədirov; 25 sentyabr 1958) — kimyaçı alim, AMEA-nın akademik Ə. M. Quliyev adına Aşqarlar kimyası İnstitutunun aparıcı elmi işçisi, dosent.
Əli Qədirov | |
---|---|
Əli Əşrəf oğlu Qədirov | |
Doğum tarixi | |
Doğum yeri | Sərhədabad, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi |
Həyatı
redaktə1958-ci il sentyabrın 25-də Cəlilabad rayonun Sərhədabad kəndində fəhlə ailəsində anadan olub. Orta təhsilini 1975-ci ildə Cəlilabad şəhər 7saylı "Beynəlmiləl" orta məktəbdə başa vurduqdan sonra Bakı şəhərində V. İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "kimya fakültəsinə "qəbul olunub. 1979-cu ildə institutu bitirdikdən sonra isə ixtisası üzrə müəllim işləmişdir. 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Aşqarlar kimyası İnstitutunun(AKİ) üzvi kimya ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. İnstitutun "Motor yağlarına çoxfunksiyalı aşqarlar" laboratoriyasında aspirant olaraq elmi-tədqiqat işlıərinə başlamışdır və bu günə qədər həmin İnstitutda çalışır. 1991-ci ildə "Azometinlər və diarilaminlərin törəmələrinin sintezi və tətbiqi" mövzusu üzrə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək "üzvi kimya " ixtisası üzrə (02.00.03) kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda o, elmi axtarışlarını doktorant kimi həm sintetik , həm də mineral yağlar sahəsində davam etdirir, tərkibində azot-, kükürd- və digər heteroatom, eləcə də müxtəlif funksional qruplar olan maddələr sintez edərək xassələrini öyrənir.
Elmi fəaliyyəti
redaktəƏli Əşrəf oğlu Qədirov öz elmi fəaliyyətinə sintetik sürtkü yağların — pentaeritrit efirinin (ПЭЭ) yüksək temperaturlarda (2250C və daha yuxarı) oksidləşməsinə qarşı effektli inhibitorların — aşqarların axtarışı, sintezi və tədqiqi ilə başlamışdır. O, məqsədyönlü sintez aparmaqla tərkibində azot, fosfor, halogen, metal atomları və müxtəlif funksional qruplar olan üzvi birləşmələrin sərt temperatur şəraitində korroziya və oksidləşməyə qarşı aşqar kimi təsirini tədqiq etmişdir. Müxtəlif funksional təsirə malik yeni sintez etdiyi kompleks aşqarlar və sənaye aşqarlarının tətbiqilə müasir tələblərə cavab verən sürtkü yağı kompozisiyaları işləyib hazırlamışdır. O, 1985 – 1991-ci illərdə Hərbi Sənaye Kompleksi üçün " xüsusi mövzuların" yerinə yetirilməsində sürtkü kompozisiyalarının işlənib hazırlanmasında bilavasitə iştirak etmişdir. Bundan əlavə, Əli Qədirov mineral sürtkü yağları əsasında müxtəlif markalı motor yağları üçün daha effektli və yüksək qələvili alkilfenolyat aşqarlarının da (AKİ-150, AKİ-157, AKİ-162, AKİ-166 və s.) sintezi və tədqiqatı istiqamətində işlər aparmışdır == Elmi əsərləri == Ə. Ə. Qədirov 55 elmi əsərin, o cümədən 6 müəlliflik şəhadətnaməsi(SSRİ), 2 Az.patentin, 19 tezis və 28 məqalənin müəllifidir
Elmi məqalələri
redaktə- Зейналова Г. А.,Кязим-заде А. К., Гадиров А. А. Антиокислительные присадки на основе ароматических аминов.// Журнал "Нефтехимия" № 2,Т.29, 1989 г., стр.279–282.
- Зейналова Г. А.,Кязим-заде А. К., Гадиров А. А. Расулова Э. Б. Ибрагимов Н. Ю. О влиянии 3-окси(алкокси)-4-н-гексил- диариламинов на термоокислительную стабильность синтетических масел.// Журнал "Нефтехимия",Т.33, № 1, 1993 г.,стр.68–75
- Фарзалиев В. М., Исмиев А. И., Кязим-заде А. К., Аллахвердиев М. А., Гадиров А. А. Гидроксизамещенные дибензодиаза -краун эфиры азометинового типа как противоокислительные присадки к синтетическим маслам. //Журнал "Химия и технология топлив и масел", № 1(499), 2000г.,стр.40. * Qədirov Ə. Ə., Kazımzadə Ə. K. (Alkil)ditioqlikol turşusunun diamidləri oksidləşməyə və yeyilməyə qarşı aşqar kimi //Azərbaycan kimya jurnalı, № 2, 2009-cu il, səh.45–48
- Кязим-заде А. К. Гадиров А. А. Синтез производных N-бензиларил — аминов и дифениловых эфиров α-аминометанфос -фоновых кислот и исследование их антиокислительных свойств. //Журнал "Нефтехимия", Т.50,№ 6, 2011г,стр.473–476.
- Кязим-заде А. К., Гадиров А. А. Новые азотсодержащие противоизносные присадки к сложноэфирным малам/ /Журнал "Технологии нефти и газа", № 4(87) С.24–27, 2013
- Кязим-заде А. К., Нагиева Э. А., Гадиров А. А. Модифицированные моющедиспергирующие алкилфенолятные присадки к моторным маслам. //Журнал "Нефтепереработка и нефтехимия", г. Москва, 2013г № 12,стр.37–38. * Фарзалиева В. М Кязим-заде А. К. Нагиевой Э. А. . Гадиров А. А.,Мамедовой Р. А. Модифицированная серосодержащая алкилфенолятная присадка к моторным маслам.// Austrian Journal of the Technical and Natural Sciences , № 11–12, 2014, November – December, Vienna −2014 ,стр. 120–122 * Зейналова Г. А.,Кязим-заде А. К., Гадиров А. А. N-(п-Гексилоксибензил)-α-нафтиламин в качестве антиокислительной присадки к высокотемп-ным синт-ким маслам. // Авторское свидетельство СССР № 1272673, 22 .07.1986г (xidməti istifadə üçün).
Patentləri
redaktə- Qədirov Ə. Ə., Kazımzadə Ə. K. Abdullayev B. İ.α-[(2-Hidroksifenilamino)-3I-nonilorsi- fenilmetan]-turşusunun difenil efiri sintetik sürtkü yağlarina antioksidləşdirici və yeyilməyə qarşı aşqar kimi.// Azərbaycan patenti İ 2012 0038, 11.04.2012. "Sənaye mülkiyyəti", 2012, № 2, səh.12
- Fərzəliyev V. M., Qədirov Ə. Ə., Kazımzadə Ə. K., Nəsirova Sürtkü yağı kompozisiyası //Azərbaycan patenti İ 2016 0037, 11.05.2016.