Eli Meskini - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əliəkbər Meşkini (2 dekabr 1922, Meşginşəhr, Ərdəbil ostanı – 30 iyul 2007, Tehran) — müctəhid, İslam alimi.
Əli Meşkini | |
---|---|
Feyz Alni (Meşkini) Əliəkbər Əli oğlu | |
Digər adı | Əliəkbər Meşkini |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | klirik[d], axund, ilahiyyatçı, siyasətçi |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFeyz Alni (Meşkini) Əliəkbər Əli oğlu 1921-ci ildə Meşkin şəhərinin ətraf kəndlərinin birində anadan olmuşdur. Rəhbərliyin Xübrəqan Məclisinin 1-ci, 2-ci və 3-cü məclislərinin sədri, Qum Elmi Hövzəsinin Müəllimlər birliyinin üzvü, Xuzestan İslam İnqilabı məhkəmələrinin şəri hakimi, Konstitusiyaya yenidən baxan şuranın sədridir. Uşaqlıq illərində Nəcəf şəhərində - atası dini elmləri öyrənmək üçün orada idi – təqribən 4 il ibtidai təhsil alıb. Sonra atası ilə birlikdə doğma vətənə qayıdıb və dini elmlərin müqəddimə dərslərini ondan öyrənib. Atası vəfat etdikdə onun dini elmlər sahəsində təhsili davam etdirmək barədə təkidli tövsiyəsinə əməl etmək üçün Ərdəbil şəhərinə gedib. Orada bir neçə ay ərəb dilinin qrammatikası dərslərini oxuduqdan sonra pəhrizkar bir alimlə görüşü həyatında dəyişilik yaradıb. Bu, Rza xan Pəhləvinin əmri ilə hücuma məruz qalmış Məşhəd şəhərinin Gövhərşad məscidində ölən və yaralanların arasından sağ çıxmış bir şəxs idi. Əliəkbər onunla tanış olduqdan sonra təhsilini davam etdirmək üçün Ərdəbil tələbələri ilə birlikdə Qum şəhərinə getməyi qərara alıb.
Rza xan hakimiyyətinin sonuncu illəri idi. Əliəkbər Qum elmi hövzəsinin digər tələbələri kimi təzyiq və qorxu altında təhsil alırdı. Nəhayət, Rza Pəhləvinin qaranlıq kölgəsi İran xalqının başı üzərindən çəkildi və bir müddət oxumaq üçün münasib şərait yarandı. Bu müddətdə Meşkini mərhum Ayətullah Höccət Kuh Kəmərinin, mərhum Ayətullah Burucerdi və Ayətullah Mühəqqiq Damadın xaric dərslərində iştirak edə bilib. Get-gedə ikinci Pəhləvi Məhəmməd Rzanın diktatorluq dövrü başladı. Məhəmməd Rza şah mərhum Ayətullah Burucerdi sağ olana qədər İslamla aşkar şəkildə mübarizə etmirdi, lakin ərbablarının əmrinə uyğun olaraq İslamın əsasları, onun hökm və qanunlarının aradan aparılması, İran cəmiyyətinin pisliklərə və pozğunluqlara sürüklənməsi yolunda əlindən gələni əsirgəmirdi. Burucerdinin vəfatından sonra Pəhləvi hakimiyyətinin İslamın hökmlərini və ruhaniyyəti yox etmək, İran İslam xalqını ideologiyasız və qərbyönlü bir xalqa çevirmək üçün hövzələrə və ruhaniyyətə həmlələri şiddətli şəkildə aşkar oldu və şah rejiminin qorxunc təhlükəsizlik təşkilatı -SAVAK vasitəsilə məzlum İran xalqında, xüsusilə dindarlar arasında elə bir qorxu və xof yaratdı ki, heç kəs nəfəs ala bilmirdi. Yezidin zülmü hər yeri bürüdüyü belə bir vaxtda zəmanənin Hüseyninin səsi Qumdan qalxdı və şah rejiminə qarşı mübarizələr artdı. Ayətullahül-üzma Xomeyninin (r) sözləri, bəyanatları və qələmi güllə və ox kimi ikinci Pəhləviyə və onun amerikalı ağasına tərəf yağırdı. İmam Xomeyninin təbiri ilə desək, "Qum Elmi hövzəsi tərəfindən heç bir təhlükə gözləməyənlər birdən gördülər ki, ruhaniyyət tərəfindən gözə, qulağa və zehnə nəisə dəyir". Bu dövrdə hövzə tələbələri İmam Xomeyninin başladığı hərəkata qoşularaq şaha qarşı aşkar şəkildə mübarizəyə qalxdılar. Meşkini bu mübarizələrdə dəfələrlə Qum şəhərinin polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. İmam Xomeyninin əmrlərinin necə icra olunmasını müzakirə etmək üçün Qumda təşkil olunan gizli toplantılarda iştirak etdiyinə görə təqiblərə məruz qaldı və dörd aya yaxın Tehranda gizləndi. Tehranda saxta adlarla yaşayır və dostları ilə görüşürdü. Lakin dostlarının çoxu həbs olunub Qəsr və Evin həbsxanalarına salınmışdılar. O zaman həbsxanada olan mərhum Ayətullah Taleqani dəfələrlə Meşkiniyə xəbər göndərdi ki, gizli həyatını buraxıb özünü təslim etsin. Çünki həbsxana onun indiki vəziyyətindən yaxşıdır və orada ən azı sədaqətli dostlarla görüşə bilər. Lakin Əliəkbər mütaliə etməyə və kitab yazmağa böyük həvəs göstərdiyi və həbsxanada lazımi vasitələri tapa bilməyəcəyindən qorxduğu üçün özünü təslim etmirdi. O, bu dövrdə bir neçə kitab yazmağa müvəffəq oldu və nəhayət, dörd aydan sonra İraqa tərəf getdi. Yeddi ay Nəcəfi-Əşrəfdə dövrün bəzi mərcəyi-təqlidlərinin və İmam Xomeyninin dərslərindən bəhrələndi. Bədəninin zəifliyi və Nəcəf şəhərinin isti havası orada yaşamağa imkan vermirdi. Çarəsizlikdən Quma döndü. Elə ilk gündəcə dostlarının onunla görüşə gəldiyi üçün SAVAK tərəfindən çağırıldı. Ondan 48 saata Qumu tərk etmək barədə iltizam alındı. Həmin günün səhəri Məşhəd şəhərinə yollandı və 15 aya qədər Məşhəd elmi hövzəsində tədrislə məşğul oldu. Sonra yenidən Quma qayıtdı. Qumda İmam Xomeyninin əmrlərinin və bəyanatlarının necə yayılması haqqında təşkil olunmuş gizli iclaslarda iştirak edirdi. Bir müddət bu minvalla keçdi. Demək olar ki, Pəhləvi rejimi əleyhinə yayılan hər bir bəyanat və elanda hövzənin digər məsuliyyətli şəxsləri ilə bərabər onun da əməyi olurdu. Bir müddətdən sonra hövzədə bu insanların mövcudluğu rejim üçün təhlükəli sayıldı və SAVAK tərəfindən əsas təhlükə mənbəyi hesab olunan hövzənin 27-ə yaxın müəllimi haqqında sürgün hökmü kəsildi. Meşkimi də 3 il müddətinə sürgünə məhkum olundu. Hökm elan olunan vaxt yay tətillərinə təsadüf etdiyi üçün bir neçə günlük doğma diyara – Meşkinə səfər etdi. Qohumlarını ziyarət etdi. Lakin çox keçmədi ki, təhlükəsizlik əməkdaşları tərəfindən həbs edildi və Qum şəhərinin SAVAK-ına təhvil verildi. Orada onu bir neçə saatlıq polis idarəsinə aparıb bəzi suallar verdikdən sonra rəsmi sürgün hökmünü oxudular və Kerman vilayətinin Mahan məntəqəsinə yolladılar. Bir il orada nəzarət altında qaldı. Mahanda münasib zəmin yarandığını hiss edib Cümə namazını bərpa etdi. Yavaş-yavaş onun ətrafına yığışanların sayı çoxaldı və Kerman SAVAK-ı məsələni mərkəzə çatdırdı. Bir gün axşamçağı onu polis idarəsinə çağırdılar və orada maşına mindirib Kermana və oradan da Gülpayeqan şəhərinə apardılar. Lakin ailəsi Mahanda qaldı. Mahanda qaldığı müddətdə Kermanın və ətraf məntəqələrin möhtərəm ruhanilərinin lütfü və məhəbbəti onun halına şamil olurdu. Həmçinin, Gülpayeqanda da bir il daha şiddətli nəzarət altında yaşamalı oldu. Onu camaat namazı qılmağa qoymurdular. Çarəsizlikdən bir evdə müəllimlər üçün təfsir dərsləri deməli oldu. Bir ildən sonra yenidən onu yerini dəyişməyə məcbur etdilər və qəflətən Kaşmer şəhərinə apardılar. Bir il də orada qabaqkından daha şiddətli nəzarət altında qaldı. Bu dəfə hansı məsciddə camaat namazı qılmağa başlayırdısa, onu tapıb namaz qılmağa qoymurdular. Hətta qaldığı mədrəsədə belə camaat namazı qılmağına mane olurdular. Bəzən mədrəsədə qaranlıqda camaat namazı qılırdı. Dəfələrlə polis idarəsinin rəisi onu hədələyərək aqibətinin daha ağır olacağını deyirdi. Meşkini sürgün müddəti sona çatdıqdan sonra yenidən mübarizə meydanına atıldı və inqilab qələbə çalana qədər İslam yolunun döyüşçüləri ilə birlikdə bacardığı qədər küfrə qarşı mübarizədə iştirak etdi. O vaxta qədər ki, Haqq-Təalanın lütfü iranlılara şamil olana və İmam Xomeyninin peyğəmbərcəsinə rəhbərliyi iranlıları taqutların zillət və əsarətindən qurtarana və inqilab qələbə çalana qədər o, mübarizəsini davam etdirdi.