Eli Esger - Wikipedia
Əli_Əsgər - Haqqında Məlumat
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və Beynəlxalq münasibətlər Fakültəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor.[1]
Əli Əsgər | |
---|---|
türk. Ali Asker | |
Doğum tarixi | 1968 |
Elm sahəsi | Konstitusiya Hüququ |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq (1997) (bakalavr) Mərmərə Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2000), Ankara Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2007) |
Bioqrafiyası
redaktəAiləsi
redaktəProfessor Əli Əsgər 1968-ci ildə Azərbaycanda anadan olub. Ailəlidir, bir övladı var.
Təhsili
redaktə- 1986-cı ildə Azərbaycan Texniki Universitetinin Radiotexnika fakültəsinə qəbul olmuşdur.
- 1987–1989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi İdarəsində hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib.[1]
- 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna yazılıb və Birinci Qarabağ müharibəsində iştirak edib.
- 1993-cü ildə universiteti bitirib və mühəndis dərəcəsi almışdır.
- 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə bu təhsil ocağını yüksək fərqlənmə diplomu ilə bitirmişdir.[2]
- 1997–1998-ci illərdə Ege Universitetində Türk Dünyası Araşdırmaları İnstitutunda təhsil almışdır.
- 1998–2000-ci illərdə Mərmərə Universiteti İctimai Hüquq fakültəsində magistratura pilləsinə başlamış və "Dövlət quruluşu və onun Konstitusiyasında əsas elementlər" mövzusunda dissertasiya müdafiə edərək magistr dərəcəsi almışdır.
- 2007-ci ildə Ankara Universitetində "Keçmiş Sosialist Ölkələrində siyasi rejim dəyişiklikləri" mövzusunda dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Fəaliyyəti
redaktə- Doktoranturadan sonrakı dövrdə Azərbaycanın "Ayna" və "Zerkalo" qəzetlərinin Türkiyə təmsilçisi vəzifəsində çalışıb. Müxtəlif beyin mərkəzlərində Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk Dünyası ilə bağlı bir çox nəşrlərin və tərcümə əsərlərinin müəllifidir.
- Rusiya, Orta Asiya, Qafqaz, demokratikləşmə, rejim dəyişiklikləri və Türk Dünyası araşdırmaları sahələrində ekspertdir. ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi) və 21-ci əsr Türkiyə İnstitutu üçün hesabatlar, məqalələr və təhlillər hazırlamışdır. Onun Rusiya və Avrasiya coğrafiyası ölkələri ilə bağlı regionşünaslıq, hüquq və tarix üzrə çox sayda tədqiqatları var.[1]
- 2011-ci ildə Karabük Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi Siyasi Elm və Dövlət İdarəçiliyi bölməsində müəllim kimi fəaliyyətə başlayıb.
- 2016-cı ildə Regionşünaslıq ixtisası üzrə dosent elmi adını almışdır.
- 2021-ci ildə Beynəlxalq münasibətlər kafedrasının professoru vəzifəsinə təyin edilib. Hazırda həmin fakültənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.[3][1]
Mükafatları
redaktə2019-cu ildə Dünya Konstitusiyalarını türk dilinə tərcümə etdiyinə görə Hukuk ansiklopedisi[4] xüsusi mükafatına layiq görülüb.
Nəşrləri
redaktə- Azerbaycan Milliyetçiliği. İçinde: Milliyetçilik (Editör: Tevfik Erdem), Otorite Yay., İstanbul 2020 (ss. 552–563)
- Mehmet Emin Resulzade. İçinde: Milliyetçilik (Editör: Tevfik Erdem), Otorite Yay., İstanbul 2020 (ss. 749–768)
- Ali Asker, Ahmet Bey Ağaoğlu. İçinde: Milliyetçilik (Editör: Tevfik Erdem), Otorite Yay., İstanbul 2020 (ss. 784–797)
- Ali Bey Hüseyinzade (Turan). İçinde: Milliyetçilik (Editör: Tevfik Erdem), Otorite Yay., İstanbul 2020 (ss. 806–822)
- Azerbaycan’da Milli Kimlik İnşasının Sosyo-Ekonomik ve Fikri Temelleri (19. Yüzyılın Ortaları- 20. Yüzyılın Başları). İçinde: Azerbaycan
- Düşünce Tarihi Evreler, Olaylar ve Şahsiyetler (19. Yüzyılın Ortaları-20. Yüzyıl Başları), (Editör: Ali Asker), Ankara 2020
- Üç Dönem Kesitinde Azerbaycan Tiyatrosu: Aydınlanma, Bağımsızlık ve Sosyalizm Evrelerine Bir Bakış, İçinde: Azerbaycan Düşünce Tarihi Evreler, Olaylar ve Şahsiyetler (19. Yüzyılın Ortaları-20. Yüzyıl Başları), (Editör: Ali Asker), Ankara 2020
- Geleneksel Toplumdan Cumhuriyete Yönetim ve Hukuk Sisteminin Tarihi Gelişimi, İçinde: Azerbaycan Düşünce Tarihi Evreler, Olaylar ve Şahsiyetler (19. Yüzyılın Ortaları-20. Yüzyıl Başları), (Editör: Ali Asker), Ankara 2020
- Azerbaycan Türklerinin Düşünce Hayatında Üzeyir Bey Hacıbeyli’nin Rolü, İçinde: Azerbaycan Düşünce Tarihi Evreler, Olaylar ve Şahsiyetler (19. Yüzyılın Ortaları-20. Yüzyıl Başları), (Editör: Ali Asker), Ankara 2020
- Ahmet Bey Ağaoğlu — Ali Asker[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
- ↑ "Arxivlənmiş surət". 2024-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
- ↑ "Arxivlənmiş surət". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ "Arxivlənmiş surət". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
- ↑ "Arxivlənmiş surət". 2024-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
Xarici keçidlər
redaktə- https://iibf.karabuk.edu.tr/icerikGoster.aspx?K=S&id=27&BA=kamu-yonetimi istifadə tarixi 03.08.2021