Eli Ibadullayev - Wikipedia
Əli Əziz oğlu İbadullayev (11 aprel 1951, Bakı) — Azərbaycan heykəltaraşı və rəngkarı, Azərbaycan Respublikasının xalq rəssamı (2015).
Əli İbadullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi, Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbi |
Stil | abstraksionizm |
Tanınmış işi | |
Mükafatları | |
ali-ibadullayev.net |
Həyatı
redaktəƏli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur.[1] 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil almışdır.[2] 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[3]
Yaradıcılığı
redaktəƏli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləmişdir. Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı), "Neft mühəndisi Pavel Pototskinin abidəsi" (2015, Krakov, Polşa), "Nar abidəsi" (2015, Göyçay) kimi kompozisiyaları vardır.[1][2] Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir.[2]
Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.[2]
2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilişdir. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.[4]
Təltif və mükafatları
redaktə- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 30 dekabr 2015[5]
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006[6]
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin mükafatı — 1996[3]
- "Zirvə" mükafatı — 9 mart 2012[7]
Qalereya
redaktə-
"Simurq". 2008 (kətan, yağlı boya)
-
"Vulkan". 2010 (kətan, yağlı boya)
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycanın mədəniyyət təqvimi (Elektron kataloq). Bakı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019. səh. 151.
- ↑ 1 2 3 4 Алиев, З. "Высокое искусство" (rus). Каспий. 20 февраля 2016: С. 16.
- ↑ 1 2 "Artists — Ali Ibadullayev". galeriebb.de (ingilis). Galerie Berlin-Baku. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ "Ali Ibadullayev — Biography". ali-ibadullayev.net (ingilis). 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 30 dekabr 2015. 14 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020.
- ↑ "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 29 dekabr 2006. 2 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- ↑ "Bakıda "Zirvə" mükafatları təqdim edilmişdir". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 9 mart 2012. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
Xarici keçidlər
redaktə- "В Берлине состоялось открытие памятника «Ходжалы»". 1news.az (rus). 30 мая 2011. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "В Риме отрыт памятник Низами Гянджеви". 1news.az (rus). 20 апреля 2012. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli ucaldılıb". medeniyyet.az. "Mədəniyyət" qəzeti. 12 oktyabr 2016. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- "Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub". trend.az. 22 noyabr 2013. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Polşa-Azərbaycan "Dostluq" abidəsinin açılışı olmuşdur". xalqqazeti.com. "Xalq" qəzeti. 24 aprel 2013. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Dənizçilərin xatirəsinə ucaldılmış abidənin açılışı olub". milli.az. 9 mart 2021. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Azərbaycanın Müdafiə naziri Cümhuriyyət dövrünün hərbi xadimlərinin xatirəsinə Varşavada ucaldılmış abidənin açılışında iştirak edib". mod.gov.az. Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 7 sentyabr 2017. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Göyçayda nara abidə qoyulub". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 10 noyabr 2015. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.
- "Polşanın Lodz şəhərində mühəndis Stefan Skjıvana həsr olunmuş barelyefin açılışı olub". news.day.az. 20 iyun 2014. 13 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2021.