Elaeddin Mescidi - Wikipedia
Əlaəddin məscidi (türk. Alâeddin Camii) — Türkiyənin Konya şəhərində yerləşən qədim tarixi tikili. Məscid Əlaəddin təpəsində yerləşir. Məscid həm də bir çox Konya sultanlarının dəfn yerdir.
islam | |
Əlaəddin məscidi | |
---|---|
türk. Alâeddin Camii | |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Memarlıq | |
İnşa tarixi | 1150 – 1235 |
Tikdirəni |
|
Üslubu | Anadolu memarlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKonyanın Səlcuqlular tərəfindən ələ keçirildikdən sonra Bizans arxitekturasına aid bir çox tikililər məscidə çevrilmişdir. Əlaəddin məscidi də Bizans tikilisi olmuşdur. Bu tikilidə ilk yenilənmə işləri 1150-ci ildə sultan I Maqsudun dönəmində aparılmışdır[1]. Məscidin minbəri ebendən hazırlanmışdı. Bu isə Anadolu türklərinin qədim incəsənət nümünələrindən sayılır. Bu minbər 1155-ci ildə hazırlanmışdır[2]. Kafella bəzədilmiş mehrab və mərkəzi gümbəz də o dönəmə aiddir. Məsciddə bərpa və genişləndirmə işləri 1219-ci ildə I Keykavusun dönəmində yenidən aparılmışdır. Onun dönəmində şəhər və sultanların sarayına baxan monenenal fasad işlənilir. Burada mərmərdən sultanlara aid türbələr inşa edilir. Ancaq Key-Kavusun ölümü işləri yarımçıq qoymuşdur. Bu işlər yenidən I Key Qubadın dönəmində davam etdirilir. 1235-ci ilə əsas zalda 42 kolonna qurulur. Uzun zaman məsciddə təmir işləri aparılmır. 1891-ci ildə burada minarə inşa edilmişdir[3].
Məsciddə dəfn edilmiş Konya sultanları
redaktə- I Maqsud
- II Qılınc Arslan
- Rukəddin Süleyman Şah
- I Key Xosrov
- I Key Qubad
- II Key Xosrov
- IV Qılıç Arslan
- III Keyxosrov
Bununla yanaşı Key Qubadın dönəmində burada bir türbə inşa edilmişdir. Hazırda bu tikili Adsız Türbə kimi tanınır. Burada indidə dəfn olunanların adı dəqiq məlum deyildir.
İstinadlar
redaktə- ↑ Konya, The Grove Encyclopedia of Islamic Art and Architecture, Vol.2, (Oxford University Press, 2009), 391
- ↑ Scott Redford, The Alaeddin Mosque in Konya Reconsidered, Artibus Asiae, Vol. 51, No. 1/2, 1991
- ↑ Architecture, The Grove Encyclopedia of Islamic Art and Architecture, Vol.2, (Oxford University Press, 2009), 117
Mənbə
redaktə- «ArchNet» Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine (ing.)
- Əlaəddin Camisnin 3D-modeli
Qalereya
redaktə-
Mərkəzi zalın kolonları
-
Mərkəzi gümbəz
-
Cənub fasadı