El Hosn Qesri - Wikipedia
Əl Hosn Qəsri, Ağ Qala və ya Köhnə Qala (ərəb. قصر الحصن) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində tarixi abidə və ən qədim daş binadır.[1] Memarı Mohammed Al Bastaki olmuş və 1761-ci ildə inşa edilmişdir.[2] Qəsr Rəşid Bin Səid Əl Maktum küçəsində yerləşir[3] və Əbu-Dabi Mədəniyyət Fondunun bir hissəsidir.[4]
Əl Hosn Qəsri | |
---|---|
ərəb. قصر الحصن | |
| |
24°28′57″ şm. e. 54°21′17″ ş. u.HGYO | |
Ölkə | BƏƏ |
Şəhər | Əbu-Dabi |
Yerləşir | Şeyx Zayed 1 küçəsi |
Tikilmə tarixi | 1761 |
Rəsmi sayt | qasralhosn.ae |
[[Fayl:United Arab Emirates location map.svg |274x400px|frameless]] |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAğ Qala (ilk zamanlar o, ağ deyildi, 1976–1983-cü illərdə təmir zamanı parlaq ağ rəngə boyanıb) və ya Köhnə Qala[5] kimi də tanınan Əl Hosn Qəsri 1761-ci ildə Əbu Dabi adasındakı yeganə şirin su quyusunu qorumaq üçün konusvari gözətçi qülləsi kimi tikilmişdir.[2] Qüllə daha sonra 1793-cü ildə o vaxt Əbu-Dabi hökmdarı Şahbut ibn Dhiyab Əl Nəhayan tərəfindən kiçik bir qalaya çevrildi və hakim Şeyxin daimi iqamətgahı oldu.[2]
Qüllə 1930-cu illərin sonlarında Əbu-Dabidə ilk neft lisenziyasının verilməsi üçün əldə edilən gəlirlər hesabına əsaslı şəkildə genişləndirildikdən sonra indiki şəklini almışdır.[6] 1966-cı ilə qədər əmirin sarayı (buna görə də Qasr əl-Hosn adı, saray qalası mənasını verir) və hökumət iqamətgahı olaraq qaldı.[2] Qala bir neçə dəfə genişləndirilib. Hazırda qala qismən ictimaiyyətə açıqdır.[7][8]
Hazırkı vəziyyəti
redaktəQəsr əl-Hosn hazırda geniş tarixi, arxeoloji və memarlıq tədqiqatlarının obyektidir.[4][9] Qalada ölkənin tarixini əks etdirən eksponatlar və şəkilləri nümayiş etdirən muzey fəaliyyət göstərir.[5] O, həmçinin bölgənin tarixində istifadə edilən bir sıra silahları nümayiş etdirir.[5]
Əl Hosn Qəsri festivalı
redaktəƏl Hosn Qəsri festivalı qala ərazisində təşkil edilən illik 11 günlük mədəni tədbirdir.[10][11] Qala bəzi qadağan olunmuş ərazilər daxil olmaqla,[11] festival zamanı ictimaiyyət üçün açıqdır. Tədbir zamanı BƏƏ-nin mədəni irsini göstərən canlı musiqi və rəqs nümayişləri təqdim edilir.[8]
Qalareya
redaktə-
Əl Hosn Qəsrinin kənardan görünüşü
-
Qəsrin daxili
-
Qəsrin daxili həyətində olan park (hazırda yoxdur)
İstinadlar
redaktə- ↑ "قصر الحصن حارس تاريخ أبوظبي". صحيفة الخليج (ərəb). 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
- ↑ 1 2 3 4 "UAE museum: Qasr Al Hosn in Abu Dhabi". Gulf News. 2 November 2008. 12 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ "QASR AL HOSN – Abu Dhabi Culture". Cultural Foundation. April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2019.
- ↑ 1 2 "National". National. 12 February 2015. 26 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ 1 2 3 "My destination". My destination. 2015. February 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ "Dubaifaqs". Dubaifaqs. 22 April 2014. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ "UAE Interact". UAE Interact. 29 July 2007. 25 February 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ 1 2 "Khaleej Times". Khaleej Times. 12 February 2015. 12 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ "Muntada Qasr Al Hosn serves as key platform". Gulf News. 2 March 2013. 12 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ "Festival home". Qasr al Hosn Festival. 2015. February 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
- ↑ 1 2 "Take a trip down memory lane at Qasr Al Hosn". Gulf News. 11 February 2015. 12 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2015.
Xarici keçidlər
redaktə- Frauke Heard-Bey. From Trucial States to United Arab Emirates. Motivate Publishing. 2004. 540. ISBN 978-1-86063-167-2.
- Reem El Mutwalli. Qasr al Husn, An Architectural Survey. Royal Publishing House. 1995.
- Jayanti Maitra. Qasr al Hosn: The History of the Rulers of Abu Dhabi 1793–1966. National Center for Documentation and Research. 2001. 262. ISBN 978-1-86063-105-4.
- Official Website