Elekciler Kurbe - Wikipedia
“Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir.
“Ələkçilər” | ||
---|---|---|
fr. Les Cribleuses de blé | ||
| ||
Rəssam | Qüstav Kurbe | |
Tarixi | 1853 | |
Üslubu | Realizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 131 sm × 167 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | İncəsənət muzeyi | |
Saytı | wga.hu/html/c/courbet/1/… | |
İnventar nömrəsi | 874 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir.
Süjeti
redaktəKurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir.
Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir.
İstinadlar
redaktə