Ekin - Wikipedia
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul.
Ümumi məlumat
redaktəƏkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir.
Əkin dövriyyəsi
redaktəƏkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur. Yem əkin dövriyyəsində özünəməxsus şərait və aqrotexnika tələb edən bitkilər (tərəvəz, tütün, düyü və s.) becərilir. Su və külək eroziyasına məruz qalmış rayonlarda tarlaqoruyucu əkin dövriyyəsi tətbiq edilir. Kənd təsərrüfatı bitkiləri və herik şumunun nisbətinə görə əkin dövriyyəsi tipləri aşağıdakı növlərə bölünür: taxıl-herik, taxıl-herik-cərgəarası becərilən, taxıl-cərgəarası becərilən, taxıl-ot-cərgəaraları becərilən, ot-cərgəaraları becərilən, sideral. Əkin dövriyyəsində bitkilərin vaxtaşırı dəyişdirilməsi bitkinin rütubət və qida ilə təmin olunmasına şərait yaradır. Torpağın münbitliyini artırmaqda çoxillik paxlalı bitkilər xüsusi rol oynayaraq torpağın fiziki xassələrini yaxşılaşdırır. Çoxillik bitkilərin, taxılın cərgəaraları becərilən bitkilərlə, zolaqlarla becərilməsi eroziya təhlükəsini azaldır.
Əkin dövriyyəsi alaq otları ilə, kənd təsərrüfatı bitkilərinin ziyanvericiləruilə və xəstəlik törədənlərlə mübarizədə mühüm vasitə hesab olunur.
Əkinçilik
redaktə- Kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri
- Aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin ümumi üsullarını öyrənən və torpaqdan səmərəli istifadə etmək, yüksək və sabit məhsul almaq üçün torpağın münbitliyini yüksəltmək üsullarını işləyib hazırlayan bölməsi
Əkinçilik sistemi
redaktəTorpağın münbitliyini artırmaq, ondan səmərəli istifadə etmək məqsədilə, yerli təbii-iqtisadi, torpaq-iqlim şəraitinə uyğun tətbiq olunan texnoloji, meliorativ və təşkilati tədbirlər kompleksi[1]
Xarici keçid
redaktəHəmçinin bax
redaktəİstinad
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. səh. 234