Ekber Ebdi - Wikipedia
Əkbər Əbdi (fars. اکبر عبدی, d. 1960 26 avqust, İran, Tehran) - azərbaycanlı aktyor və komediya ustası. Əkbər Əbdi ilk dəfə uşaqlar üçün TV serialı olan "Mən yenə də məktəbə gecikdim"dən sonra tanınmağa başlamışdır.[1]
Əkbər Əbdi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İran |
Fəaliyyəti | Aktyor |
IMDb | ID0008206 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏkbər Əbdi 1960-cı ilin 26 avqustunda Tehran şəhərində anadan olmuşdur. Tehran şəhərində anadan olmasına baxmayaraq, Əkbər Əbdinin əsli Ərdəbildəndir.[2]
O, 2016-cı ilin iyununda böyrək transplantasiyası əməliyyatı keçirmişdir.[3]
Bir müddət anti-semit çıxışlarına görə tənqid edilmişdir.[4]
Karyerası
redaktəƏkbər Əbdi karyerasına 1981-ci ildə Dariuş Moadebiyan tərəfindən çəkilən "Trafik qonşuluğu" adlı TV serial ilə başlamışdır. 1980-cı illərdəki rollarına görə İran filminin min sifəti olan şəxs ləqəbi verilmişdir. Ona əsas məşhurluq gətirən ekran əsərləri bunlardır:
- Aktyor
- Delshodegan
- Qar adamı
O, həmçinin, "Kirayəçilər" (fars. Ejareh-Nesheenha filmində də rol almışdır.[5]
Filmoqrafiyası
redaktə- Mardi ke Mooş (1985)
- Ejareh-Neshinha (1986)
- Böyük sinema (1989)
- Dozde aroosakha (1990)
- Ey İran (1990)
- Madər (1991)
- Nəsrəddin şah (1992)
- Honarpişeh (1993)
- Del Shodegan (1992)
- Adam barfi (1995)
- Pak bakhteh (1995)
- Tozdakı pəncələr (1997)
- Əli və Danny (2002)
- Noon o Eshgh o Motor 1000 (2003)
- Ekhrajiha (2007)
- Mozafarnameh (2008)
- Ekhrajiha 2 (2008)
- Telefon Hamrahe Rais Jomhour (2009)
- Ekhrajiha 3 (2010)
- Mən yuxuluyam (2010)
- Xab Zadeha (2014)
- Rosvayi (2012)
Mükafatları
redaktəƏkbər Əbdi "Mən yuxuluyam" filmindəki roluna görə Fəcr Beynəlxalq Film Festivalında "Ən Yaxşı Köməkçi Oyunçu" nominasiyasında "Kristal Simurq" mükafatına layiq görülmüşdür.
İran prezidenti tərəfindən verilən və İran İslam Respublikasında ən ali dərəcəli ordenlərdən olan "Mədəniyyət və İncəsənət Ordeni" ilə mükafatlandırılmışdır.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Wright, Robin B. Son möhtəşəm inqilab: İranda gurultu və transformasiya. Alfred A. Knopf. 2000. səh. 117. ISBN 978-0-375-40639-3.
Əkbər Əbdi İranın möhtəşəm aktyorlarındandır
- ↑ farsnews. "اکبر عبدی در زادگاهش تجلیل شد/کلید طلایی شهر در دستان هنرپیشه کشوری" (Fars dili). www.farsnews.com. 2008. İstifadə tarixi: 2018-12-18.[ölü keçid]
- ↑ "Komediya kralı Əkbər Əbdi transplantasiyası əməliyyatı keçirir". Tehran Times. 4 iyul 2016. 2018-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
- ↑ "Aktivistlər anti-semit İran komediyaçısının səfərinə etiraz etməyə başlayır". The Jewish Journal of Greater Los Angeles. 11 mart 2015. 2018-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
- ↑ "IAF to Review Akbar Abdi's Best Films". Financial Tribune. 19 iyun 2017. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-09.
- ↑ tasnimnews. "نشانهای دولتی در روزهای پایانی خاتمی و احمدینژاد به" (Fars dili). www.tasnimnews.com. 2009. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.