Ekerek Karbi - Wikipedia
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1][2],[3]
Kənd | |
Əkərək | |
---|---|
40°18′09″ şm. e. 44°16′44″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | VII əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.350 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 32 nəfər (1931) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 232 |
Poçt indeksi | 378420 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi[4], "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək[5], Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi[6] qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir[7]. XVI[8] və XVIII[5] əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir.
Toponimi
redaktəAntropotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır[9]. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir[7]. Bu da erməni siyasətinin bir formasıdır. 1919-cu ilin əvvələrində kəndin sakinləri ermənilərin tacavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya Türkiyənin Van, Qavaş, Bitlis bölgələrindən 1918–19-cu illərdə köçürülmüşdür[10]. Azərbaycanlılar öz kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilib. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır[11]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.[12]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
İstinadlar
redaktə- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163
- ↑ 1 2 İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.90
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3
- ↑ 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.18
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.163
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23, 106–107
- ↑ O.U.Məliksetyan. Qərbi ermənilərin deportasiyası və xaricdə yaşayan ermənilərin sovet Ermənistanına qaytarılması (1915–1940), İrəvan, 1975, (erməni dilində)
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.23, 107
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Әкәрәк // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ 1 2 3 4 5 6 Հայաստանի բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 6. 184 s.
- ↑ Հակոբյան Թ., Մելիք-Բախշյան Ս., Բարսեղյան Հ. Հայաստանի և հարակից շրջանների տեղանունների բառարան (erm.). Երևանի համալսարանի հրատարակչություն, 1986. C. 5. S. 539. 4696 s.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).