Ehmedli Xetai - Wikipedia
Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır.
Əhmədli | |
---|---|
40°23′02″ şm. e. 49°56′51″ ş. u.HGYO | |
Ölkə | |
Region | Bakı rayonları |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 39 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir.
Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.[2]
Tarixən kənd 9 məhəllədən ibarət olub:[3]
1. İmamqulu
2. Nazarlı
3. Dağlı
4. Novruzlu
5. Cəfərlilər
6. Qart
7. Qacarlı
8. Dağarlı
9.Həsənalı
Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır.
- Birinci mərhələ
11-ci yüzilliyin ortalarında Şirvanşahlar dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar.[4]
Onlar burada yaşayış məskənləti salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilmiş və günümüzdə də fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə kəndin necə adıanması bəlli deyil.[5]
- İkinci mərhələ
16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məşhur qızılbaş tayfalarından olan qacarlardan Əhməd bəy və Mahmud bəy adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar.Əhalisinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur.
Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük qazanan Qacar tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi isə, "Mahmudlu" adlanmağa başlayır. Lakin, çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır.
- Üçüncü mərhələ
Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli qəsəbə statusunu alır.
Sahəsi 108 hektardır.
Əhalisi 22,000 nəfərdir[6]
Memarlıq
redaktəMinarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin “məktəb tiksəydiniz, daha yaxşı olardı” deyir. Daha sonra “məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.[7]
Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıq.
Əhalisi
redaktə300.000 nəfərdir. [8]
Tanınmışları
redaktə- Məmmədkərim Quliyev - elmlər doktoru, professor.
- Gündüz Əlizadə - karikatura və qrafika ustası.
- Təfsir Quliyev - dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı,Azərbaycan KP Dəvəçi RK-nın birinci katibi.
İstinadlar
redaktə- ↑ http://khatai-ih.gov.az/page/12.html.
- ↑ [1]
- ↑ "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.
- ↑ "Arxivlənmiş surət". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.
- ↑ "Arxivlənmiş surət". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.
- ↑ "Arxivlənmiş surət". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.
- ↑ https://musavat.com/news/seherin-icinde-1001-derdi-olan-kend-ehmedli_99643.html
- ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 3[ölü keçid]