Ehmed Zulfuqarov - Wikipedia
Əhməd Məmməd oğlu Zülfüqarov (22 iyun 1917, Nuxa – 16 yanvar 1984) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1970–1984).
Əhməd Zülfüqarov | |
---|---|
31 iyul 1970 – 16 yanvar 1984 | |
Əvvəlki | komitə təsis edilib |
Sonrakı | Nailə Bağırova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1984 (66 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Leytenant |
|
|
Təltifləri |
|
Həyatı
redaktəƏhməd Məmməd oğlu Zülfüqarov 1917-ci ildə anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycanın maliyyə orqanlarında işləməyə başlamışdır.[1]
1939-cu ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında olmuş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra Ə. Zülfüqarov Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində rayon maliyyə şöbəsinin müdiri, nazirliyin idarə rəisi, Bakı şəhər maliyyə şöbəsinin müdiri işləmişdir. 1961-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin maliyyə, qiymət və maya dəyəri şöbəsinin rəisi təyin edilmişdir. 1966-cı ildən Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Qiymət Komitəsinə (1970-ci ildən Azərbaycan SSR Dövlət Qiymət Komitəsi) başçılıq etmişdir.[1]
Əhməd Zülfüqarov 1942-ci ildən Sov.İKP üzvü olmuş, Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. 1-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.[1]
Əhməd Zülfüqarov 16 yanvar 1984-cü ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]
İstinadlar
redaktəXarici keçidlər
redaktə- "Зульфугаров Ахмед Мамедович" (rus). Память народа. İstifadə tarixi: 30 iyun 2022.
- "Зульфугаров Ахмед Мамедович" (rus). Подвиг народа. İstifadə tarixi: 30 iyun 2022.