Ehmed Emir Ehmedi - Wikipedia
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir.
Əhməd Əmir-Əhmədi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri |
|
Vəfat tarixi | 1965 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı.
O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi.
Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi. Məhəmmədtağı xan Püsyan öldürüləndə bacısı bu qohumluğu Rza şahdan gizlədə bildi.