Efser Sadiqov - Wikipedia
Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur.
Əfsər Sadıqov | |
---|---|
Sadıqov Əfsər İsa oğlu | |
Doğum tarixi | 8 mart 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İsa Sadıqov |
Elm sahəsi | Hüquq |
İş yeri | BDU |
Təhsili |
ADPU BDU |
Həyatı
redaktəSadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur.
AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür.
Evlidir, iki övladı var.[1]
Təhsili
redaktə1983-cü ildə ADPU-nun tarix və hüquq fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərlqlənmə diplomu ilə bitirmişdir.1999-cu ildə isə Fransanın Nitsa universitetində TASİS-TEMPUS proqramı çərəivəsində ixtisasartırma kursunda olmuşdur. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və ARDNŞ-in "Neft-qaz hasilatı və AR-in davamlı inkişafı" mövzusunda keçirdiyi Respublika müsabiqəsi1də 2-ci yer qazanmışdır. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının dissertanturasına daxil olmuş, 2003-cü ildə "AR-in beynəlxalq neft kontraktları beynəlxalq enerji hüququ sistemində" mövzusunda hüquq elmləri alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir.[2] Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 28 aprel 2009-cu il tarixli (protokol № 16-K) qərarı ilə Beynəlxalq Ümumi Hüquq kafedrasıdüzrə Dosent elmi adı verilmişdir. 2010-cu ildə isə "Qloballaşma dövründə enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri" mövzusunda hüquq elmləri alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 yanvar 2013-cü il tarixli (protokol № 02-Р) qərarı ilə ona "hüquq üzrə elmlər doktoru" alimlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 15 dekabr 2017-ci il tarixli (protokol № 21-R) qərarı ilə Beynəlxalq Ümumi Hüquq kafedrası üzrə professor elmi adı verilmişdir.
Fəaliyyəti
redaktə1990–1994-cü illərdə biznes strukturlarında hüquq müşaviri kimi çalışmış, 1994-cü ildən 1997-ci ilə kimi Ali Diplomatiya Kollecində hüquqşünas və müəllim vəzifəsində işləmişdir;
1997-ci ildən BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" (hazırda "Beynəlxalq ümumi hüquq") kafedrasında müəllim, 2007-ci ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərir.
Tədris etdiyi fənlər:
redaktə- Beynəlxalq ümumi hüquq
- Beynəlxalq iqtisadi hüquq
- Beynəlxalq enerji hüququ
Tədqiqat sahəsi:
redaktə- Beynəlxalq ümumi hüquq
- Beynəlxalq iqtisadi hüquq
- Beynəlxalq enerji (təhlükəsizliyi) hüququ: "Qloballaşma dövründə enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri"
Kitabları və seçilmiş əsərləri
redaktəSeçilmiş əsərlər
redaktə- Правовая природа нефтяных контрактов / Кечид дюврцндя АР-дя дювлят вя щцгуг гуруъулуьунун актуал проблемляри. Елми мягаляляр мяъмусу. 10-ъу бурахылыш. Бакы, 2004 с.542–551
- Формы (виды) нефтяных контрактов и проблема права собственности/ Азярбайъан щцгуг журналы, Бакы, 2004, № 4 с.157–165
- Транспортировка энергетических ресурсов и региональная безопасность/ Бейнялхалг щцгуг вя интеграсийа проблемляри, Бакы, 2005, № 1 с.124–129
- Davamlı inkişaf konsepsiyası və ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 2 s.183–189
- Avropa İttifaqının və üzv ölkələrin enerji təhlükəsizliyinin xüsusiyyətləri / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 3 s.160–168
- Beynəlxalq enerji administrasiyası sistemində BMT-nin rolu / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2006, № 4 s.169–177
- Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar zamanı üstünlük verəcəyi əsas məsələlər /"Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar: əməkdaşlığın formalaşması və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfrans. Bakı, 2006 s.178–180
- Beynəlxalq Arbitraj: beynəlxalq mübahisələrin hüquqi həlli vasitəsi kimi / Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar: əməkdaşlığın formalaşması və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfrans. Bakı, 2006 s.15–18
- Enerji Xartiyasına Müqavilə çərçivəsində enerji resurslarının nəqli problemi / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 1 s.185–193
- Avropa İttifaqının enerji təhlükəsizliyinin beynəlxalq hüquqi aspekti: tərəfdaşlıq və əməkdaşlıq sazişlərindən Enerji Xartiyasına Müqaviləyə doğru / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 2 s.133–141
- Beynəlxalq enerji təhlükəsizliyi: hüquq və diplomatiya / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 17-ci buraxılış, Bakı, 2007 s.491–496
- Tranzitin azadlığı beynəlxalq enerji təhlükəsizliyinin təminat mexanizmi kimi / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 19-cu buraxılış, Bakı, 2007 s.516–522
- Enerji təhlükəsizliyi: davamlı inkişaf və ekologiya (beynəlxalq hüquqi problemlər) / Bakı Universitetinin xəbərləri: sosial-siyasi elmlər seriyası Bakı, 2007, № 2 s.15–21
- Принцип государственного суверенитета над энергетическими ресурсами / Юридические науки, М. 2007, № 6 с.79–88
- Neft ixrac edən ölkələrin Təşkilatının enerji təhlükəsizliyi strategiyasının beynəlxalq hüquqi aspekti / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2007, № 3–4 s.105–110
- Elektroenergetika sahəsində dövlətlərarası əməkdaşlığın beynəlxalq hüquqi formaları / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2008, № 1–2 s.97–104
- Nüvə enerjisindən dəymiş zərərə görə hüquqi məsuliyyətin beynəlxalq rejimi / Bakı Universitetinin xəbərləri: sosial-siyasi elmlər seriyası Bakı, 2008, № 2 s.27–37
- Nüvə enerjisi sferasında beynəlxalq təhlükəsizlik standartları / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 20-ci buraxılış, Bakı. 2008, s.491–499
- Международно-правовые принципы ядерной энергетической безопасности / Юридические науки, М. 2008, № 2, с.133–139
- Современные международно-правовые аспекты сотрудничества в сфере безопасности ядерной энергетики / Вопросы гуманитарных наук, М.2008, № 3, с.187–193
- Двустороннее сотрудничество государств в сфере энергетической безопасности / Право и политология, Тбилиси. 2008, № 3, с. 33–37
- Tələbin təhlükəsizliyinin beynəlxalq institusional mexanizmi: Beynəlxalq Enerji Agentliyi/İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı / Bakı Universitetinin xəbərləri: sosial-siyasi elmlər seriyası Bakı, 2008, № 2, с.98–105
- Beynəlxalq və dövlətdaxili hüquqda enerji təhlükəsizliyinin humanitar aspekti / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2008, № 3, с.150–156
- Neft məhsullarından ətraf mühitə mənfi təsirin qarşısının alınmasında beynəlxalq hüquqi tədbirlər / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2008, № 4, с.143–146
- Qloballaşma və beynəlxalq hüquq / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2009, № 1, с.90–93
- Təhlükəsizliyin anlayışı, təsnifatı və təminatı / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2009, № 2, с.159–165
- Dünya Ticarət Təşkilatında mübahisələrin həlli və məsuliyyətin hüquqi təbiəti / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2009, № 3, с.61–66
- Qlobal enerji təhdidləri və onların həllinin beynəlxalq hüquqi konsepsiyası / Beynəlxalq hüquq və inteqrasiya problemləri, Bakı, 2009, № 4, с.63–67
- Enerji resurslarının beynəlxalq ticarətinin liberallaşdırılması prinsipi / AR-də dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmusu. 24-cü buraxılış. Bakı, 2009, с.454–459
- Qlobal enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri / Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Humanitar elmlər. 2009, с.272–274
- Становление международно-правового принципа "энергетическая эффективность и охрана окружающей среды" / Право и политология, Тбилиси. 2009, № 1, с.29–32
- Специальные нормы генерального соглашения по тарифам и торговле для нефтедобывающих стран / Право и политология, Тбилиси. 2009, № 6, с.14–17
- Особенности гарантии глобального энергетического сотрудничество в системе ГАТТ/ВТО / Вопросы гуманитарных наук, № 1, 2010, с.153–159
- Ermənistansayağı "özünütəyinetmə" beynəlxalq hüquqi məsuliyyətdir / Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf tendensiyaları" mövzusunda keçirilmiş Elmi-praktik Konfransın materialları. Bakı, 2010, с.137–140
- Международное энергетическое право: энергетическая перестройка и энергетическая безопасность/ Украинский журнал международного права, № 1–2/2009, с.48–52
- Uluslararası Hukuk Karşısında Ermənistan’ın "Kendi Kaderini Tayin Hakkı" Siyaseti / YOM Türk Dünyası Kültür Dergisi, № 19–20/2010, с.109–118
- Проблемы энергетической безопасности и международно-правовые пути их решения / Право и суспільство. Науковий журнал. № 1, 2011, с.257–260
- Müasir qloballaşmanın mahiyyəti və enerji təhlükəsizliyi problemi / Azərbaycan Respublikası müstəqilliyinin 20 illiyinə həsr edilmiş "Müasir beynəlxalq münasibətlərin formalaşmasının milli iqtisadiyyata təsir mexanizmləri" mövzusunda 25–26 oktyabr 2011-ci il tarixində keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2011, с.311–317
- Международно-правовые основы торговли энергоресурсами / Часопис Київського Університету права, 2011, № 1, с.321–324
- Xocalı soyqırımı cinayətindəki niyyətin ümumi plan və siyasət çərçivəsində həyata keçirilməsinin beynəlxalq hüquqi qiymətləndirilməsi / İnsan Hüquqları İnstitutunun 15 illiyinə həsr olunmuş Soyqırım və terror erməni ideologiyasının əsas amilləri kimi Beynəlxalq Konfransın Tezislər Toplusu. Bakı 2013, s.158 −162
- Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri / NATO-nun Yeni strateji konsepsiyası və Cənubi Qafqazda təhlükəsizlik çağırışları. Beynəlxalq konfransın məruzə və tezislər toplusu. Bakı 2013, s.19–22
- Enerji təhlükəsizliyi və insan hüquqları / Qloballaşma dövründə insan hüquqları. 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi-praktik konfransın (13–14 dekabr) materialları. I cild. Bakı: Bakı Universiteti nəşriyyatı 2013, s.167–171
- Xocalı soyqırım cinayəti: ümumi plan və siyasət çərçivəsində təzahür edən niyyət və beynəlxalq hüquq / Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi analitik və praktiki jurnal. Xüsusi buraxılış. № 1(37) 2014, s.93–100
- Şimali Atlantika müqaviləsi və regional təhlükəsizlik / NATO-nun UELS Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq. Beynəlxalq konfransın məruzə və tezislər toplusu. Bakı: "Elm və təhsil" 2015. s.34–46
- Human Aspect of Energy Security in International and Domestic Law / İstanbul Üniversitesi Hukuk Fakultesinde 24 Eylul 2012 tarihinde düzenlenen I Türkiye – Azerbaycan Hukuk Günleri Toplantısının Dergisi. Hazırlayan: Prof. Dr. Fethi Gedikli. İstanbul, Nisan 2015, s.13–23[3]
Dərslik və proqramlar
redaktə- Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008. 396s.
- Beynəlxalq iqtisadi hüquq kursunun proqramı Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2008, 34s.
- Beynəlxalq enerji hüququ kursunun proqramı Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2008, 13s.
- Qlobal enerji təhlükəsizliyi və beynəlxalq hüquq. Monoqrafiya, Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2008, 236 с.
- Enerji təhlükəsizliyinin beynəlxalq institutları (beynəlxalq hüquqi məsələlər) Monoqrafiya, Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2009, 202 с.
- Bələdiyyə hüququ. Dərs vəsaiti. Bakı, "Elm və təhsil", 2011, 144 с.
- Beynəlxalq enerji hüququ enerji təhlükəsizliyinin təminat sistemi kimi. Monoqrafiya, Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2012, 325 с.
- Beynəlxalq enerji hüququ. Dərslik. Bakı: "Adventa Qroup" MMC, 2013, 312s.[3]
İstinadlar
redaktə- ↑ "Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakultsəi". 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ "Hüquq və İnsan Haqları İnstitutunun elmlər doktorları". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ 1 2 Sadıqov Əfsər İsa oğlu — əsərləri [ölü keçid]