Efsar Temucin - Wikipedia
Əfşar Temuçin (31 avqust 1939, Akhisar[d], Manisa ili – 26 iyul 2024, İstanbul) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi.[1]
Əfşar Temuçin | |
---|---|
türk. Afşar Timuçin | |
Doğum tarixi | 31 avqust 1939 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 iyul 2024 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Elmi dərəcəsi | Professor |
Elmi adları | Kocaeli Universiteti, Fəlsəfə fakültəsi dekanı |
İş yeri | Kocaeli Universiteti |
Təhsili | İstanbul Universiteti, Montreal Universiteti |
Mükafatları |
Türkiyə Radio və Televiziya Qurumu 1970 Sənət Mükafatı Türk Dil Qurumu Tənqid mükafatı 1997 Troya Mədəniyyət və Sənət Mükafatı 2003 Kocaeli qəzeti ilin təhsilçisi mükafatı 2004 Homer Əmək Mükafatı 2015 PEN Türkiyə Şer Mükafatı |
Həyatı
redaktəƏfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir.[2] Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.
"Ataç", "Dönəm", "Millət Sənət", "Papirus", "Soyut", "Yazko", "Yelkən", "Yeni Ədəbiyyat", "Yeni Üfiqlər", "Varlıq" jurnallarında şerləri yayımlanmışdır.[1]
Əfşar Temuçin Tuncer Tuğçu ilə birlikdə hazırladıqları ilk sayı 1972-ci ilin oktyabrında çıxan "Fəlsəfə" jurnalının baş redaktorudur.[1]
26 iyul 2024-cü ildə vəfat etmişdir.[3]
Əsərləri
redaktəİncələmə və tədqiqat əsərləri
redaktə- Dekart (Dekartçı bilgi anlayışının təməlləndirilişi), doktarantura tezisi (1972)
- Aristotel fəlsəfəsi (1976)
- Nazim Hikmətin şeri (1978)
- Dekart fəlsəfəsinə giriş (1980)
- Nə üçün yaradılışçılıq deyil (1984)
- Nə üçün yaradılışçılıq deyil (1985)
- Estetika (1987)
- Düşüncə tarixi I/Realist düşüncənin qaynaqları (1994)
- Düşüncə tarixi I/Realist düşüncənin inkişafı (1994)
- Düşüncə tarixi I/Realist düşüncənin müasir görünüşü (1994)
- Fəlsəfə lüğəti (1978, inkişaf etdirilmiş nəsr 1992)
- Sevmək nə gözəl şeydir (1991)
- Realist düşüncə, realist sənət (1992)
- Fəlsəfə bir sevincdir (1995)
- Azad Prometey (1997)
- Sevginin dialektikası (2002)
- Ölüncəyə qədər sevmək (200))
- Yeni şerimin qısa romanı (200))
- Fəlsəfəyə giriş (2003)
- Demokratiya bilgisi (200))
- İçimizdəki zəlzələ (2005)
- Estetik baxış (2005)
- Erkən ölümlər (2005)
- Harada insan varsa, orada ümid vardir
- Gənclər üçün fəlsəfə tarixi (2011)
Şer kitabları
redaktə- Dastanlar (1969)
- Belə oxunmalı bizim türkümüz (1974)
- Döyüşçu türküləri (1980)
- Boş beşik (1981)
- Ey mənim gözəl sevdalım (1984)
- Bu sevda belə gedər (1992)
- Arınmalar (1993)
- Axşam türküləri (1996)
- Buludlar dəniz qoxar (2002)
Romanlar
redaktə- Sabaha başlamaq (1975)
- Gecə gələn köhnə dost (1980)
- Sahillər durunca (1983)
Tərcümələri
redaktə- Vyetnam şeri (1973)
- Fələstin şeri (1974)
- Portuqaliya müstəmləkələri şeri (1975)
- Dialektika ( Paul Faulquie,1975)
- Sosiologiya tarixi ( Qaston Byuthel, 1975)
- Tək boyutlu insan ( Herbert Markuze,1975)
- Eşq ( Pyerre Burney, 1976)
- Acı ( Andre de Riçauddan, 1976)
- Dumanlar limanı ( Pyerre Mak Orlan, 1976)
- Dialektik araşdırmalar ( Luziyen Qoldmanndan,1976)
- İnsan elmləri və fəlsəfə ( Luziyen Qoldmanndan,1977)
- Keşişin iti ( Dino Buzzatidən, 1981)
- Kant fəlsəfəsinə giriş ( Luziyen Qoldmanndan,1983)
- Qədim dövr materialistləri ( Paul Nizandan, 1998)
- Üsul barədə nitq ( Dekartdan, Yüksəl Temuçinlə birlikdə, 1998)
- Metafizika barədə nitq (Leybnizdən, 1999)
Xarici dildə yayımları (şer, nağıl və roman)
redaktə- Revista Atlantica n°19. sayı 1999
- Aujourd'ui POEMES n°16. sayı, 2000
- Encontros de Talabriga-Rosa Alice Branco 5 şer 2001
- Liberté 255. sayı, fevral 2002 (Monreal/Kanada Ədəbiyyat jurnalı)
Rusca yayımlanan kitabları
redaktə- Gecə gələn köhnə dost (1989)
- Türk şeir antologiyası (1989)
Mükafatları
redaktə- Türkiyə Radio və Televiziya Qurumu 1970 Sənət Mükafatı
- Türk Dil Qurumu Tənqid mükafatı
- 1997 Troya Mədəniyyət və Sənət Mükafatı
- 2003 Kocaeli qəzeti ilin təhsilçisi mükafatı
- 2004 Homer Əmək Mükafatı
- 2015 PEN Türkiyə Şer Mükafatı
İstinadlar
redaktə- ↑ 1 2 3 "Afşar TİMUÇİN". 2017-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
- ↑ Aydın, Ayhan. "AFŞAR TİMUÇİN – Sanat, Kültür, Şiir, Düşünce, Felsefe / Laiklik". PİR SULTAN ABDAL DERGİSİ, 15. SAYI. HAZİRAN/TEMMUZ 1995. 2015-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03. (#invalid_param_val)
- ↑ AA. "Afşar Timuçin hayatını kaybetti - Sözcü Gazetesi". www.sozcu.com.tr (türk). 2024-07-26. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-26.