Edalet Ziyadxanov - Wikipedia
Ədalət_Ziyadxanov - Haqqında Məlumat
Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor.
Ədalət Ziyadxanov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (72 yaşında) |
Fəaliyyəti |
Rejissor Aktyor |
IMDb | ID2932374 |
Həyatı
redaktəƏdalət Ziyadxanov 1946-cı ildə Bakıda — "Kubinka"da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[1] Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.[2]
12 sentyabr 2018-ci ildə vəfat etmişdir.[3]
Filmoqrafiya
redaktə- Mehmanxana sahibəsi (film, 1978)
- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) — rol: mirzə
- Hacı Qara (film, 2002)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polis nəfəri
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
- ↑ "Ədalət Ziyadxanovun böyük yaşına kiçik yazı". ANL.az. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-04.
- ↑ Qafqazinfo. "Ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi... - Bu gün vəfat etdi" (az.). Qafqazinfo.az. 23.01.2016. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-13.