Ebdicemil Nurpeysov - Wikipedia
Əbdicəmil Kərim oğlu Nurpeysov (qaz. Әbdіzhәmіl Kәrіmұly Nұrpeyіsov; 22 oktyabr 1924[1] – 5 fevral 2022[2], Almatı[2]) — Qazaxıstan-sovet yazıçısı, SSRİ Dövlət mükafatı laureatı (1974).
Əbdicəmil Nurpeysov | |
---|---|
Doğum tarixi | 22 oktyabr 1924[1] |
Vəfat tarixi | 5 fevral 2022[2] (97 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir |
Əsərlərinin dili | Qazax dili |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəƏbdicəmil Kərim oğlu Nurpeysov 22 oktyabr 1924-cü il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin Türkistan MSSR-nin Aralsk şəhərində (indiki Qazaxıstanın Qızılorda vilayətində yerləşir) anadan olmuşdur. Əslən Alimoğlu boyundandır.[3] İkinci Dünya müharibəsində iştirak etmişdir. O, 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.[4]
Yaradıcılığı
redaktəƏbdicəmil Nurpeysov "Kurlyandiya" (1950, ikinci redaksiyası "İntizarlı gün", 1958) romanı iştirakçısı olduğu İkinci Dünya müharibəsinə həsr edilmişdir. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi illərində Qazaxıstanda baş verən hadisələrdən bəhs edən tarixi-inqilabi "Qan və tər" (1961–1970) trilogiyasının müəllifidr. Müasir mövzuda "İri buz" (kitab 1, 1982) romanı, ədəbi-tənqidi məqalələri ("Düşüncələr" toplusu, 1972), tərcümələri var.[4]
Təltif və mükafatlar
redaktəƏbdicəmil Nurpeysovun layiq görüldüyü təltif və mükafatlar:
- "Qırmızı Ulduz" ordeni;
- "Qırmızı əmək bayrağı" ordeni;
- "Şərəf nişanı" ordeni;
- SSRİ Dövlət mükafatı;
- Qazaxıstan SSR xalq yazıçısı;
- "Vətən" ordeni.
İstinadlar
redaktə- ↑ 1 2 Нурпеисов Абдижамил Каримович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 https://www.interfax.ru/culture/820413.
- ↑ "Қазақ шежіресі. 2 том. Орта жүз-жан арыс, Теңізбай Үсенбаев," (kz). 25 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ 1 2 Нурпејсов Әбдиҹәмил Кәрим оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 304.
Ədəbiyyat
redaktə- Н. Анастасьев. "Небо в чашечке цветка": Абдижамил Нурпеисов и его книги в мировом литературном пейзаже. — Алма-Ата: "Олке", 2004.
- "Мир Нурпеисова" (сборник статей о нём), Международный клуб Абая, Алма-Ата, 2006.
- Виктор Никитин Когда слово берёт память. — журнал "Москва" № 4, 2007 г.