Ebdulvahab Yurdsever - Wikipedia
Əbdülvahab Yurdsevər və ya Əbdülvahab Məmmədzadə (17 iyul 1898, Bakı – 28 yanvar 1976, Ankara) — azərbaycanlı siyasətçi, ədəbiyyatşünas, publisist.
Əbdülvahab Yurdsevər | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1976 (77 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | yazıçı, siyasətçi, publisist, ədəbiyyatşünas |
Azərbaycan Milli hərəkatının fəal üzvlərindən biri, Gizli Müsavat təşkilatının sədr müavini, mühacir.
Həyatı və təhsili
redaktəƏbdülvahab Məmmədzadə 1898-ci ildə Bakı şəhərində anadan olub.[1] 1905-ci ildə rus-tatar məktəbinə qəbul olub. Əbdülvahab Yurdsevər 1911-ci ildə rus litseyinə qəbul edilmiş, 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyinə qəbul olub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib.[2][3]
Fəaliyyəti
redaktəAzərbaycanda
redaktə1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyə üzv olub. 1917-ci ildə Müsavat partiyasına üzv olub.
1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularındandır. O, bu təşkilatın Bakı komitəsinin sədri[4] və və Milli Müqavimət Komitəsinin üzvü olub.[5].
1923-cü il iyunun 15-də həbs edilərək, əvvəlcə Şimali Qafqaza Vladiqafqaz şəhərinə sürgün edilib[6]. Cəza müddəti bitdikdən sonra 1926-cı ildə Bakıya qayıdıb. Çox keçməmiş yenidən həbs olunaraq Yaroslavl və Saratovda on bir il sürgün həyatı yaşayıb. Sürgündən sonra Ə. Yurdsevər bir müddət Daşkənddə qız məktəbində müəllimlik edib. Daha sonra İrana keçmək məqsədilə Aşqabada gedib.[1]
Mühacirətdə
redaktəAşqabaddan İrana keçdikdən sonra bir müddət Tehranda hərbi məktəbdə alman dili müəllimi kimi fəaliyyət göstərib. Burada o dövrdə Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə saxlayır. 1936-cı ildə Rəsuzladənin dəvəti ilə Varşavaya gedir. Burada Müsavat partiyasının III qurultayında iştirak edir. Burada 1939-cu ilə qədər Rəsulzadə ilə birlikdə fəaliyyət göstərir. Polşa işğal olunduqdan sonra 1939-cu ildə Türkiyəyə köçür. Burada Baş Nəşriyyat İdarəsində işləməyə başlayır.[7]
1952-ci ilin aprelindən başlayaraq, "Azərbaycan Kültür Dərnəyi" tərəfindən Ankarada aylıq "Azərbaycan" jurnalı nəşr olunur. Ə. Yurdsevər bu jurnalda əsasən Azərbaycan ədəbiyyatının görkəmli simaları və Aprel işğalından sonra Azərbaycanda sovet işğalına qarşı mübarizə aparan şəxslər və təşkilatlar haqqında "Azərbaycan istiqlal savaşından səhnələr" silsilə yazılarını yazıb[8].
Ana dili ilə yanaşı, rus, alman. ərəb və fars dillərini də mükəmməl bilirdi.[7] Bir müddət Ankara radiosunda farsca siyasi xəbərlər proqramının başçısı olmuşdur.
Mirzə Bala Məmmədzadə dünyasını dəyişdikdən sonra 1959-cu ildən 1976-cı ilə kimi mərkəzi İstanbulda olan Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib[9]. Siyasi mübarizə ilə yanaşı, ədəbi fəaliyyətlə də məşğul olmuşdur, Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin içində yaxından iştirak etmiş, Azərbaycan ədəbiyyatına dair silsilə əsərlər ["Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri" (Ankara, 1950), "Azərbaycan dram ədəbiyyatı" (Ankara, 1951; B.. 2003), "Sabirin Azərbaycan ədəbiyyatındakı yeri" (Ankara, 1951), "Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı" (Ankara, 1952)] yazmışdır[5].
1976-cı il oktyabrın 7-də Ankarada vəfat edib[10].
Kitabları
redaktə- Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri (Ankara, 1950)
- Azərbaycan dram ədəbiyyatı (Ankara, 1951; Bakı, 2003)
- Sabirin Azərbaycan ədəbiyyatındakı yeri (Ankara, 1951; Bakı, 2014)
- Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı (Ankara, 1952)
- Azərbaycan istiqlal savaşından səhnələr (Ankara, 2020; Bakı, 2020)
İstinadlar
redaktə- ↑ 1 2 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 118. ISBN 978-9952-5661-5-4.
- ↑ Dilqəm Əhməd. "Yaralı adamı duzlu su ilə dolu boçkaya saldılar" – Çekistlərin törətdiyi dəhşətlər" (az.). teleqraf.com. 2021-06-13. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ Əbdülvahab Yurdsevər. Azerbaycan İstiklal Savaşından Sahneler. Ankara: Gece Kitaplığı. 2020. səh. 15. ISBN 9786257904827. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: ADPU nəşriyyatı. 2012. səh. 68. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 440. ISBN 9952-417-44-4.
- ↑ Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 272. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
- ↑ 1 2 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 120. ISBN 978-9952-5661-5-4.
- ↑ "Yurdunun vurğunu – Əbdülvahab Yurdsevər" (az.). azadliq.info. 2012-03-06. 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ Bədirxan Əhmədli. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 271. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 87. ISBN 978-9952-36-521-4.