Ebdulmalik Ibn Hasim - Wikipedia
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir.[1]
I Əbdülmalik | |
---|---|
Dərbəndin IV əmiri | |
4 yanvar 915 – 24 fevral 939 | |
Əvvəlki | Məhəmməd ibn Haşim |
Sonrakı | Əhməd ibn Əbdülmalik |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | I Haşim ibn Suraka |
Uşağı | Əhməd ibn Əbdülmalik |
Hakimiyyəti
redaktəQardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi. 24 fevral 939-cu ildə vəfat etdi.
İstinadlar
redaktə- ↑ V.Minorski -Şirvan və Dərbənd tarixi