Ebdul Fateh El Burhan - Wikipedia
Əbdül Fəttah əl-Burhan Əbdülrəhman əl-Burhan (11 iyul 1960) — Keçid Suverenlik Şurasının sədri (2021-ci ildən), Sudan Ordusunun Baş Qərargah rəisi (2018-ci ilin fevralında), Sudan ordusunun Generalı, Sudan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
Əbdül Fateh Əl-Burhan | |
---|---|
ərəb. عبد الفتاح عبد الرحمن البرهان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1960 (64 yaş) |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, dövlət qulluqçusu, siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sudan |
Döyüşlər | |
Rütbəsi | general, general-leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyat və təhsili
redaktəƏbdül Fəttah əl-Burhan 1961-ci ildə Sudanın şimalındakı Qandatu kəndində sufi ailəsində anadan olmuşdur. Əl-Burhan kənd məktəbində ibtidai və orta səviyyəli təhsil almış və daha sonra 31-ci dəstə arasında Sudan Hərbi Kollecinə qatılmadan əvvəl təhsilini başa çatdırmaq üçün Şendiyə köçmüşdür.[1]
Hərbi karyera
redaktəHərbi Akademiyanı bitirdikdən sonra əl-Burhan Sudan ordusunun tərkibində Xartumda xidmət etmiş, Darfur müharibəsində və Cənubi Sudanda və digər regionlarda, həmçinin İkinci Sudan vətəndaş vüharibəsində müxtəlif döyüş cəbhələrində iştirak etmişdir. O, Darfurda regional komandir olub.[2] Daha sonra 2018-ci ildə ordunun quru qoşunlarının komandanı təyin olunana qədər hərbi sahədə təlim kursları keçmək üçün Misirə, daha sonra isə İordaniyaya səfər etmişdir.[3] Əl-Burhan, Sərhəd Mühafizə Qüvvələrində əsgər kimi başladığı və 2018-ci ilin fevralında Quru Qoşunları Əməliyyatları Baş Qərargah rəisinin müavini və daha sonra Sudan Ordusunun Baş Qərargah rəisi olana qədər bu qüvvələrin bir sıra vəzifələrdə fəaliyyət göstərmişdir.[4] 26 fevral 2019-cu ildə ölkəni bürüyən və Ömər Bəşir rejiminin devrilməsini tələb edən kütləvi etirazlar zamanı əl-Burhan general-leytenant rütbəsinə yüksəlmişdir.
Keçid Hərbi Şurasının sədri (2019)
redaktəTəyinatından qısa müddət sonra əl-Burhan televiziya müraciətində sələfi Ömər Bəşir tərəfindən tutulan bütün məhbusların sərbəst buraxılması əmrini vermişdir.[5]
Xartum qətliamı
2019-cu ilin iyun ayının əvvəlində, əl-Burhan və Hemedtinin Misir, BƏƏ və Səudiyyə liderlərinə səfərlərindən sonra, Sudan Təhlükəsizlik Qüvvələri və Çevik Dəstək Qüvvələri, o cümlədən əl-Burhan və onun müavininin başçılıq etdiyi Cəncavid silahlıları Sudanda başlayan dinc etirazları dağıtmışdırlar.[6][7] İnsan haqları qrupları dinc nümayişçilərin öldürüldüyünü və 40-a yaxın cəsədin Nil çayına atıldığını, yüzlərlə insanın Xartum küçələrində işgəncələrə, zorakılığa məruz qaldığını və zorlandığını bildirmişdirlər.[6][8]
İyad əl-Bağdadi, əl-Burhanın rəhbərliyi altında TMC-nin qərar verməsini Səudiyyə, BƏƏ və Misir liderlərinin demokratik hərəkatlardan qorxmalarının ümumi kontekstindən güclü şəkildə təsirləndiyi kimi şərh etmişdir.[9] Xartum Universitetini bitirmiş bir siyasi fəal və həkim Mahmud Elmutasim də eyni şəkildə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yaxın Şərqdə demokratiyaların mövcudluğuna qarşı olduqlarını, çünki "demokratiya ideyasının özü nə vaxtsa Yaxın Şərqdə kök atacaq və ya geniş yayılacaqsa", bu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dövlət sistemləri üçün bir təhlükə olacağını ifadə etmişdir.[10]
İnternetin bağlanması
Human Rights Watch (HRW) daxil olmaqla bir sıra insan haqları təşkilatları əl-Burhanın rəhbərlik etdiyi TMC-ni 2019-cu ilin iyununda interneti bağladığına görə qınamışdır.[11] TMC-nin rəsmisi Şəmseldin Kabbaşı bildirib ki, internet milli təhlükəsizliyə təhdid olduğu üçün uzun müddət bağlanacaq.[12][13] HRW bu addımı "insan hüquqlarının kobud şəkildə pozulması" kimi qiymətləndirmişdir. Beynəlxalq media bunu diktatura əlaməti kimi qiymətləndirərək bu əməli pisləmişdir.[14] Bir çoxları bunu əl-Burhanın müttəfiqi, Cəncavid kimi tanınan milislərin Xartumda etdiklərini gizlətmək və 3 iyun 2019-cu ildə və ondan sonrakı günlərdə baş verən pozuntulara dair dəlillərin yayımlanmasını təxirə salmaq cəhdi kimi qiymətləndirmişdir.[15]
Keçid Suverenlik Şurasının sədri (2021-indiki)
redaktə25 oktyabr 2021-ci ildə əl-Burhan, Baş nazir Abdullah Həmdokun mülki hökumətini devirmək məqsədi ilə 2021-ci ilin oktyabrında Sudan dövlət çevrilişinə rəhbərlik etmişdir.[16][17] 21 noyabr 2021-ci ildə bütün siyasi məhbuslar azad edilmiş və mülki siyasi partiyalarla razılaşma çərçivəsində Abdalla Həmdok baş nazir vəzifəsinə bərpa edilmişdir.[18] Həmdoka da keçid hökumətinə rəhbərlik etməyə icazə verilmişdir.
4 dekabr 2021-ci ildə əl-Burhan Reuters agentliyinə verdiyi müsahibədə Sudan ordusunun 2023-cü ilin iyuluna planlaşdırılan seçkilərdən sonra "siyasətdən çıxacağını" söyləmişdir: "hökumət seçiləndə ordunun, Silahlı Qüvvələrin və ya hər hansı bir təhlükəsizlik qüvvəsinin siyasətə qarışacağını düşünmürəm. Bu, razılaşdığımız bir şeydir və təbii bir vəziyyətdir."[19]
9 dekabr 2021-ci ildə əl-Burhan, Sudan ordusuna qarşı təhrik etdikləri üçün xarici diplomatik nümayəndəliklərə qarşı mümkün tədbirlər barədə xəbərdarlıq etmişdir. O, həmçinin 2021-ci ilin noyabrında Baş nazir Hamdok ilə bağlanmış siyasi razılaşmaya sadiqliyini bir daha təkrar etmişdir.[20] 20 dekabr 2021-ci ildə əl-Burhan Həmdoka dəstəyini ifadə edərək, son təyinatların onunla baş nazir arasında koordinasiya nəticəsində və 21 noyabr 2021-ci il tarixli siyasi razılaşmaya müvafiq olaraq edildiyini əlavə etmişdir.[21][22] 31 dekabr 2021-ci ildə bir çıxışında əl-Burhan, 2023-cü ilin iyul ayında "bütün keçid hökumət orqanlarını qurmağa və təyin olunmuş vaxtda azad, ədalətli və şəffaf seçkilər keçirməyə" sadiq olduğunu bildirmişdir.[23]
Həm əl-Burhan, həm də Hemedti Rusiyadakı Vladimir Putin hökuməti ilə əlaqələrə malik idi. Business Insider-in yazdığına görə, "bu iki general Rusiya prezidenti Vladimir Putinə Sudanın qızıl ehtiyatlarından istifadə edərək Qərb sanksiyalarına qarşı mübarizədə Rusiya maliyyəsini gücləndirməyə və Ukraynadakı müharibəsini maliyyələşdirməyə kömək ediblər".[24] 9 fevral 2023-cü ildə əl-Burhan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmüşdür.[25]
2 yanvar 2022-ci ildə Abdullah Həmdok baş nazir vəzifəsindən istefa vermiş və Osman Hüseyn baş nazirin səlahiyyətlərini icra etməyə başlamışdır. 4 iyul 2022-ci ildə Əl-Burhanın ordunun davam edən siyasi danışıqlardan geri çəkiləcəyini və siyasi və inqilabçı qruplara keçid mülki hökuməti qurmağa icazə verəcəyini qeyd etdiyi bildirilmişdir. Bu açıqlama 117 nəfərin öldürüldüyü son demokratiya tərəfdarı etirazlardan sonra verilmişdir.[26][27]
10 noyabr 2023-cü ildə əl-Burhan İsrail–Həmas müharibəsi zamanı İsrailin Qəzza zolağındakı hərəkətlərini qınayaraq, "Fələstin xalqı ilə tam həmrəy olduğumuzu və 1967-ci il sərhədləri daxilində qanuni dövlət qurmaq hüququnu elan edirik" demişdir.[28]
İstinadlar
redaktə- ↑ "Abdel Fattah al-Burhan, the general who leads Sudan". France 24. 25 October 2021. Archived from the original on 28 October 2021. Retrieved 28 October 2021.
- ↑ Walsh, Declan; Dahir, Abdi Latif (16 April 2023). "What Happened on the Second Day of Fighting in Sudan" Arxivləşdirilib 2023-04-29 at the Wayback Machine. The New York Times. ISSN 0362-4331 Arxivləşdirilib 2024-04-20 at the Wayback Machine. Archived from the original on 29 April 2023. Retrieved 1 May 2023.
- ↑ "Who is new head of Sudan's transitional council". Anadolu Agency. 13 April 2019. Archived from the original on 10 October 2018. Retrieved 13 April 2019.
- ↑ "Who is Abdel Fattah al-Burhan". Alhurra. Archived from the original on 13 April 2019. Retrieved 12 April 2019.
- ↑ "Civilian government to be established in Sudan: new head of military council". Reuters. 13 April 2019. Archived from the original on 17 June 2019. Retrieved 8 June 2019.
- ↑ 1 2 "Bodies pulled from Nile' after Sudan crackdown". 5 June 2019. Archived from the original on 6 June 2019. Retrieved 5 June 2019.
- ↑ correspondent, Jason Burke Africa; Salih, and Zeinab Mohammed (5 June 2019). "Sudan paramilitaries threw dead protesters into Nile, doctors say" Arxivləşdirilib 2019-12-26 at the Wayback Machine. The Guardian. ISSN 0261-3077 Arxivləşdirilib 2024-04-28 at the Wayback Machine. Archived from the original on 26 December 2019. Retrieved 5 June 2019.
- ↑ "Sudan military offers talks after allegedly killing 100 protesters". CBS News. 5 June 2019. Archived from the original on 15 July 2019. Retrieved 5 June 2019.
- ↑ "The Princes Who Want to Destroy Any Hope for Arab Democracy". The New York Times. Archived from the original on 28 August 2019. Retrieved 11 June 2019.
- ↑ "Chaos reigns in Sudan as military clings to power amid information blackout". TRT World. 11 June 2019. Archived from the original on 11 June 2019. Retrieved 11 June 2019.
- ↑ "Sudan crisis: Internet restored – but only for lawyer". BBC News. 24 June 2019. Archived from the original on 28 October 2021. Retrieved 28 October 2021.
- ↑ "Sudan generals 'will not restore' internet because it poses a threat" Arxivləşdirilib 2024-08-30 at the Wayback Machine. Al Araby. 12 June 2019. Archived from the original on 8 October 2019. Retrieved 16 June 2019.
- ↑ Mitchell, Charlotte (11 June 2019). "Internet blackouts: The rise of government-imposed shutdowns" Arxivləşdirilib 2020-02-03 at the Wayback Machine. Al Jazeera. Archived from the original on 3 February 2020. Retrieved 16 June 2019.
- ↑ "Sudan: End Network Shutdown Immediately". Human Rights Watch. 12 June 2019. Archived from the original on 29 October 2019. Retrieved 16 June 2019.
- ↑ "To end mass protests, Sudan has cut off Internet access nationwide. Here's why". The Washington Post. 16 June 2019. Archived from the original on 8 November 2019. Retrieved 16 June 2019.
- ↑ "Sudan's Burhan declares state of emergency, dissolves government" Arxivləşdirilib 2022-11-23 at the Wayback Machine. Reuters. 25 October 2021. Archived from the original on 25 October 2021. Retrieved 25 October 2021.
- ↑ "Sudan coup 2021: Live updates". Middle East Eye. Archived from the original on 13 November 2021. Retrieved 21 December 2021.
- ↑ "Sudan's Hamdok reinstated as PM after political agreement signed". Al Jazeera. Archived from the original on 21 November 2021. Retrieved 21 November 2021.
- ↑ "Sudan's Burhan says military will exit politics after 2023 elections". Reuters. 5 December 2021. Archived from the original on 5 December 2021. Retrieved 5 December 2021.
- ↑ "Burhan Warns Diplomats Not to Interfere in Sudan's Internal Affairs". Asharq AL-awsat. Archived from the original on 9 December 2021. Retrieved 9 December 2021.
- ↑ "Sudan army chief says he supports PM Hamdok". Middle East Monitor. 21 December 2021. Archived from the original on 21 December 2021. Retrieved 21 December 2021.
- ↑ "Ousted Sudanese Premier Hamdok to restore his post: Sources". Middle East Monitor. 21 November 2021. Archived from the original on 21 December 2021. Retrieved 21 December 2021.
- ↑ "Sudan general promises free elections as protest death toll rises" Arxivləşdirilib 2024-08-30 at the Wayback Machine. Al Araby. 1 January 2022. Archived from the original on 1 January 2022. Retrieved 1 January 2022.
- ↑ "The two generals fighting in Sudan helped Putin plunder the country's gold to fund Russia's war in Ukraine". 15 April 2023. Archived from the original on 1 May 2023. Retrieved 29 April 2023.
- ↑ "Lavrov pledges support for Sudan's efforts to lift UN sanctions". Sudan Tribune. 9 February 2023. Archived from the original on 21 March 2023. Retrieved 29 April 2023.
- ↑ "Sudan's General al-Burhan says army stepping back from government". Al Jazeera. Archived from the original on 26 April 2023. Retrieved 10 July 2022.
- ↑ Nashed, Mat. "Sudan coup leader bids to co-opt pro-democracy movement". Al Jazeera. Archived from the original on 26 April 2023. Retrieved 1 May 2023.
- ↑ "Sudan's Al-Burhan calls for end to Israeli 'aggression' against Gaza" Arxivləşdirilib 2024-02-05 at the Wayback Machine. Anadolu agentliyi. 10 November 2023.