Esref Elimirzeyev - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966).[1]
Əşrəf Əlimirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 fevral 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 1982 (71 yaşında) |
Vəfat yeri | |
Partiya | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəƏlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır.
1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır.
1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir.
1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir.
Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür.
İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir.
Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir. Kəndin mənzərəli guşəsində tikilmiş "Alimlər evi" yaradıcı elm adamlarının ixtiyarına verilmiş, həmçinin kəndə yol çəkilmiş, bir neçə çayın üzərində körpü qurulmuşdur.
Mirzəbəyli kəndində də öz işinə sadiq qalaraq məktəb binası, xəstəxana, müəllimlər üçün yaşayış evi, hamam tikdirmiş və yol çəkdirmişdir.
Əməyi həmişə yüksək qiymətləndirilmiş, göstərdiyi xidmətlərə görə Dövlətimiz tərəfindən dəfələrlə fəxri fərman, bir çox orden və medallara layiq görülmüşdür.
İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.
Ə.O.Əlimirzəyev 13 yanvar 1982-ci il tarixdə vəfat etmişdir.
- Prоfеssоr Xalid Əlimirzəyevin qardaşıdır. Vətən müharibəsinin şəhidi İqbal Babayevin babasıdır (ana xətti ilə).
İstinadlar
redaktə- ↑ "Əlimirzəyev Əşrəf Oruc oğlu (1910–1981)". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.