Suxov Qullesi - Wikipedia
Şuxov qülləsi (rus. Шуховская башня) və ya Şabolovka qülləsi (rus. Шаболовская башня) — Rusiyanın paytaxtı Moskvada yerləşən, Vladimir Şuxov tərəfindən hazırlanmış teleradio qülləsi. 160 metr hündürlüyündə olan bu diaqrid struktur Rusiya vətəndaş müharibəsi illərində — 1920–1922-ci illərdə poladdan hazırlanmışdır.
Şuxov qülləsi | |
---|---|
rus. Шуховская башня | |
55°43′01″ şm. e. 37°36′41″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşir | Moskva[1] |
Layihə müəllifi | Vladimir Şuxov |
Memar | Vladimir Şuxov |
Tikilmə tarixi | 1920—1922 |
Üslubu | Hay-tek |
Hündürlüyü | 160 m |
Material | polad |
Vəziyyəti | istifadə olunur |
Rəsmi sayt | shukhov.ru |
Rəsmi adı: Радио-Башня | |
Tipi | Memarlıq abidəsi |
İstinad nöm. | 7701271000 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Struktur
redaktəŞuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru).
Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi.[2] Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir.[2]
Yer
redaktəŞuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir.
Sökülməsi
redaktə2014-cü ilin əvvəllərində qüllənin Rusiya Telelviziya və Radio Yayımı üzrə Dövlət Komitəsi tərəfindən sökülməsi planlaşdırılmışdır,[3] amma daha sonra onun bərpası üçün müraciətlər olmuşdur.[4] Qüllənin qorunması üçün keçirilmiş kampaniyadan sonra 2014-cü ilin sentyabrında Moskva Şəhər Şurası qüllənin təhlükəsizliyini təmin etmək məqsədi ilə onu qorumağa aldığını açıqlamışdır.[5][6] Amma hələ də nəzərdə tutulmuş bərpa işləri üçün heç bir iş görülməyib.[6]
Modellər
redaktəŞuxov qülləsinin Londonda yerləşən Elmlər muzeyinin İnformasiyalar dövrü qalereyasında bir modeli nümayiş etdirilir. Model 1:30 miqyasındadır və 2014-cü ilin oktyabrında qalereyada quraşdırılmışdır.[7]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Stevens, Susannah. "Shukhov Tower: The Eiffel of the East". BBCNews. BBC. 9 April 2014. 25 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2014.
- ↑ campaign to save Shukhov Tower Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine: http://www.guardian.co.uk/world/2010/apr/15/radio-tower-campaign-russia-foster Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine
- ↑ Kimmelman, Michael. "Broadcasting a Plea to Save a Historic Tower". The New York Times. March 16, 2014. October 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015. (#apostrophe_markup)
- ↑ Penny Sarchet. "Soviet-era hyperboloid tower saved from destruction". New Scientist. 2 September 2014. 31 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2015.
- ↑ 1 2 "Moscow Puts Iconic Shukhov Tower on Protected Landmark List". The Moscow Times. Aug 18, 2014. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
- ↑ "Arxivlənmiş surət". 2015-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-15.
Xarici keçidlər
redaktə- Qüllənin 3D modeli Arxivləşdirilib 2007-05-19 at the Wayback Machine
- Hiperbolid qüllənin mənzərərləri Arxivləşdirilib 2011-07-09 at the Wayback Machine
- Şuxov Qüllə Fondu