Sulqan Das Qorugu - Wikipedia
Şulqan Daş qoruğu — Baçşqırdıstan əazisində yerləşən dövlət təbiəıt qoruğu. DFederal statusa sahibdir. Cənubi Uralın qərb ətəklərində, dağ-meşə zonasında, bütünlüklə Böryən rayonu ərsazisində yerləşir. Qoruğun sahəsi 22 531 ha-dır (225 km²). Qoruğun adı başqırdca «şulqan» («yoxa çıxmış») və «taş» («daş») sözlərinin birləşməsindən meydana gəlmişdir.
Şulqan Daş qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 22 531 hektar |
Yaradılma tarixi | 1958 |
Yerləşməsi | |
52°02′00″ şm. e. 57°03′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Rayon | Böryən |
shulgan-tash.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Altın-Solok yasaqlığı ilə birlikdə Başqır Uralı adı altında YUNESKO-nun Rusiyada yerləşən Dünya İrsi siyahısına namizəddir[1].
Qoruq 1958-ci il Başqırd qoruğunun bir filialı olaraq təşkil edilmişdir. 16 yanvar 1986-cı ildən isə müstəqil qoruğa çevrilmişdir.Qoruq yerli yaban arılarının mühafizə altına alındığı qoruqdur[2].
Qoruqda orta ayılq temperatur −16° С, iyun və iyul ayları isə +16° С təşkil edir. İqlimi mülayim kontinentaldır. İl ərzində 270 – 750 mm yağıntı düşür. Relyefi alçaq dağlıqdır. Əsasən enli və iynə yarpaq meşələrlə örtülmüşdür. Ərazisinin 92 % meşə ilə örtülmüşdür.
Qoruq təbiət qoruyuçu, elmi tədqiqat və ekoloji əhəmiyyət daşıyır. Qoruqda 90 nəfər işləyir. Onlardan 3 elmlər namizədi, 2-si aspirat, 5 isə elmi işçidir.
Qoruq ərazisində 138 arı ailəsi vardır. Bölgəyə gəlmiş və ya gətirilmiş arı cinsləri yerin genefonda böyük zərər vurur. Bu səbəbdən yerli arıların qorunması olduqca vacibdir. «Böryən» arı populyasiyasını qorumaq məqsədi ilə 1997-ci ildə Altın-Solok yasaqlığı təşkil olunmuşdur. [[Fayl:Музей пчеловодства.jpg|thumb|Arıçılıq muzeyi (qoruğa gedən yolda).
Flora və fauna
redaktəQoruq ərazisində müşahidə edilir: balıqlar — 30 növ, suda-quruda yaşayan — 5, sürünən — 6, quş — 206, məməli — 61 növ. Onurğasızlardan 1700 növ həşərata rastlanılır. Bunlardan 378 növü kəpənək, 458 növü isə böcəkdir. Canlılar aləmindən 31 növü RF, 67 növü isə Başqırdıstanın qırmızı kitabına daxildir
Qoruq ərazisi həm də zəngin bitki örtüyünə sahibdir. 2009-cu ildə burada 816 növ borulu bitki, 184 növ mamır, 233 növ şibyə, 117 növ göbələk, 202 növ yosun qeydə alınmışdır. 14 növ bitki Rusiya Federasiyasının, 57 növ isə Başqırdıstanın qırmızı kitbına daxil edilmişdir.
Özəllikləri
redaktəQoruğun ərazisi başqırd eposu olan Ural Batırda qeyd olunur.
Qoruq ərazisində unikal Şulqan Daş mağarası yerləşir. Uzunluğu 2,9 km-dən çox, hündürlüyü 165 metr olan bu mağara üç mərtəbəli bir sistemdən ibarət olub və çox az şaxəlidir. Mağaradan yeraltı Şulqan çayı axır. Çay mağaranı şəkilləndirir.
1959-cu ildə qoruğun ziiloqu A. V Ryumin Şulqan Daş mağarasıni kəşf etmişdir. Burada paleolit dövrünə aid təsvirlər vardır. Bu təsvirlər oxra ilə çəkilmişdir. Təsvirlərin 18 min il yaşının olması qeyd edilir. Burada mamontlar, atlar və digər heyvanlar, qəliz işarələr vardır. kökürlə işlənmiş bəzi təsvirlər də vardır.
İstinadlar
redaktə- ↑ UNESCO World Heritage Centre. "Bashkir Ural - UNESCO World Heritage Centre" (ingilis). whc.unesco.org. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-17.
- ↑ Башкирский заповедник // Заповедники европейской части РСФСР. II — С. 234.
Ədəbiyyat
redaktə- Э. П. Позднякова, А. В. Лоскутов, Н. Н. Скокова. Башкирский заповедник // Заповедники европейской части РСФСР. II / Под ред. В. В. Соколова, Е. Е. Сыроечковского. — М.: Мысль, 1989. — С. 234—263.