Suhey Uetsuka - Wikipedia
Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey?, 12 iyul 1876, Kumamoto – 6 iyul 1935) – Braziliyada yapon icmasının lideri.[1] O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur.[1]
Şuhey Uetsuka | |
---|---|
Doğum tarixi | 12 iyul 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 1935 (58 yaşında) |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır.[1] 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur.[2] O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur.[1] 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.[2]
Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur.[1] 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur.[3]
Xatirəsi
redaktə1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan
- ↑ 1 2 "Shuhei Uetsuka standing in front of the monument commemorating ten years of reclamation". National Diet Library. 22 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.
- ↑ 1 2 "Associação Kumamoto lança campanha para recolocação de estátua de Shuhei Uetsuka". Nippon Ja (portuqal). 19 may 2022. 17 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2022.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 130. ISBN 0-87011-628-2. İstifadə tarixi: 17 noyabr 2022.