Sua Seyxov - Wikipedia
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).
Şua Şeyxov | |
---|---|
Şua Nəsrulla oğlu Şeyxov | |
Doğum tarixi | 7 noyabr 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1970 (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşaqları | Natəvan Şeyxova, Ramiz Şeyxov |
Fəaliyyəti | teatr rejissoru, kinorejissor, aktyor, ssenarist |
Mükafatları |
Həyatı
redaktəŞua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.[1]
Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev[rus.]" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib.[1] 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.[2]
Rejissor 1970-ci ildə Bakıda vəfat edib.
Ailəsi
redaktəSəs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
Teatr səhnəsindəki işləri
redaktə- Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar
Tamaşa | Müəllif |
---|---|
Çətin dərə | Səttar Axundov |
Tərlan | Cəlal Məmmədov, Mirpaşa Miriyev |
Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov |
Gənc partizan | Nadejda Filippova |
Ardı var | Brunşteyn |
- Füzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar
Eşq və intiqam | Süleyman Sani Axundov |
Tamahkar | Süleyman Sani Axundov |
Hacı Qəmbər | Nəcəf bəy Vəzirov |
Almaz | Cəfər Cabbarlı |
Sevil | Cəfər Cabbarlı |
Filmoqrafiya
redaktə- Ordenli Azərbaycan (film, 1938)
- Xalq şairi (film, 1947)
- Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
- Əməyə eşq olsun (film, 1950)
- Sağlamlığın düşmənləri (film, 1950)
- Neft kəşfiyyatçıları (film, 1950)
- Doğma xalqıma (film, 1954)
- Qabaqcıl sovxozda (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Kölgələr sürünür (film, 1958)
- Qəribə əhvalat (film, 1960)
- Paltar fabriki (film, 1962)
- Sabahın xeyir, Bakı! (film, 1964)
- Xalq istedadları (film, 1967)
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, İ. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. 2017. səh. 281–282.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.