Stefan Banic - Wikipedia
Ştefan Baniç (slovak. Štefan Banič, d. 23 noyabr 1870 Smolenitse - ö. 2 yanvar 1941 Smolenitse) — erkən bir paraşüt dizaynına patent alan Slovakiya ixtiraçısı.[1]
Ştefan Baniç | |
---|---|
slovak. Štefan Banič | |
Doğum tarixi | |
Doğum yeri | Smolenitse, Avstriya-Macarıstan (indiki Slovakiya) |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Smolenitse, Slovak Respublikası (indiki Slovakiya) |
Milliyyəti | Slovak |
İxtisası | Paraşüt |
Fəaliyyəti | İxtiraçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAvstriya-Macarıstanın (indiki Smolenitse, Slovakiya) Neştiç (mac. Jánostelek) kəndində anadan olan Baniç, Amerika Birləşmiş Ştatlarına köçdü və Qrinvil, Pensilvaniyada bir kömür mədənçisi olaraq işlədi. 1912-ci ildə bir təyyarə qəzasına şahid olduqdan sonra, Baniç 1913-ci ildə bir paraşüt prototipini hazırlamış və 1,108,484 Nömrəli ABŞ patentini almışdır.[2]
Digərlərindən radikal olaraq fərqli olan bu dizayn ilə (bədənə iliştirilmiş bir çətirə bənzəyirdi), Vaşinqtonda 15 mərtəbəli bir binadan və daha sonra 1914-cü ildə bir təyyarədən tullanaraq müvəffəqiyyətlə sınadığını iddia edirdi[3][4]. Patentini ABŞ ordusuna ianə etdi, ancaq indiyə qədər istifadə edildiyinə aid bir dəlil yoxdur.
Birinci Dünya Müharibəsindən sonra Baniç, Çexoslovakiyaya geri döndü. Baniç məmləkəti Smolenitseyə yaxın Kiçik Karpat Dağlarının ətəklərindəki Drini Karst Mağarasını kəşf etməyə kömək etdi.[4]
İrsi
redaktə1997-ci ildə ABŞ paraşütçüsü olan Slavo Mulik (Həmçinin bir Slovak olan) Ştefan Baniç Paraşüt Fondu-u qurdu[5]. Ştefan Baniç Paraşüt Fondu, Baniçin xatirəsinə, paraşütçü fəaliyyətlərində, promosyonlarından və ya qeyd etmələrində iştirak edən şəxslərə bürünc, gümüş və qızıl medallar təltif edir.[6]
2006-ci ildə Slovakiya hərbi paraşütçülərin, Smolenitsedəki doğum yerinə bir xatirə lövhəsi yerləşdirdilər.[7]
Smolenitse yaxınlarındakı Trinava — Boleraz Aeroportu, Baniçin adını daşıyır.
Xarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Məşhur Slovaklar - Ştefan Baniç" Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine. Heartofeurope.co.uk. 2009. Alındı 2014-02-09.
- ↑ "Patent US1108484 - Paraşüt". Google Patents. Google.com.au. 1914-06-03. Alındı 2014-02-09.
- ↑ "100 il əvvəl Baniç, paraşütü ilə əlaqədar bir patent aldı" ("Pred 100 rokmi získal Štefan Banič patenti na svoj Pada") Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine, 24.08.2014, cas.sk (Slovak dilində)
- ↑ 1 2 "Ştefan Baniç, Dizayner, İxtiraçı" Arxivləşdirilib 2016-03-21 at the Wayback Machine (Slovak dilində). Slovakiya Elmlər Akedemiyası, nekroloq. Alındı 2010-10-21.
- ↑ "Radoslav "Slavo" Mulik Arxivləşdirilib 2016-10-04 at the Wayback Machine, nekroloq.
- ↑ ""11-ci illik Baniç Xatirə Buqi seti" Arxivləşdirilib 2020-10-03 at the Wayback Machine, 27 İyun, 2002.
- ↑ "Baniç: Praşütün İxtiraçısı" Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine, osobnosti.sk (Slovak dilində)