Sprengel Muzeyi - Wikipedia
Şprengel muzeyi (alman dilində:Sprengelmuseum) — Almaniyanın Hannover şəhərində müasir bədii incəsənət muzeyi.
Şprengel muzeyi | |
---|---|
Əsası qoyulub | 1972 |
Açılış tarixi | 1979 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Hannover, Almaniya |
Telefon | +49 511 16843875[1] |
52°21′46″ şm. e. 9°44′24″ ş. u.HGYO | |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞprengel muzeyi 1972-ci ildə təşkil olunmuşdur. Muzeydə 1992-ci ildə yenidənqurma işləri aparılmışdır. Şprengel muzeyində 1900-1930-cu illər incəsənəti Pikassonun, Paul Kleenin, Kazimir Maleviçin, Mass Ernestin, Fernan Lejenin, Maks Bekmannın və arxivi 1993-cü ildən Şprengel muzeyində mühafizə və nümayiş olunan Hannover rəssamı Kurt Şvitersin əsərləri ilə təmsil olunur. Sürrealizm, dadizm və ekspressionizm ənənələrini əks etdirən əsərlər muzeydə mühüm yer tutur.
Şprengel muzeyinin eksponatlarının əsasını Bernard Şprengelin 1969-cu ildə Hannover şəhərinə hədiyyə etdiyi müasir incəsənət əsərlərindən ibarət kolleksiya təşkil edir. Bundan başqa, Bernard Şprengel muzey binasının tikintisinə də köməklik göstərmişdir.
Mənbə
redaktə- Dietmar Elger, Ulrich Krempel (Hrsg.): Sprengel Museum Hannover. Malerei und Plastik. Band 1: Text, Band 2: Bestandsverzeichnis, Hannover 2003,
- Vanessa-Maria Voigt: Kunsthändler und Sammler der Moderne im Nationalsozialismus. Die Sammlung Sprengel 1934 bis 1945. Reimer, Berlin 2007,
- Angela Kriesel (Hrsg. für das Sprengel Museum mit Unterstützung des Vereins der Freunde des Sprengel Museum Hannover): Ein Geschenk. Die Sammlung Sprengel, Wallstein, Göttingen 2010,