Sotland Sallaqqulaq Pisiyi - Wikipedia
Şotland sallaqqulaq pişiyi və ya skottiş – fold (ing. Scottish Fold) — məxsusi qulaq quruluşu olan (qulaqlar önə və aşağı əyilmiş) pişik cinsi. Bu pişiklərin qeyri – adi xarici görünüşünün səbəbi genetik mutasiyadır.
Mənşəyi | |
---|---|
Ölkə | Böyük Britaniya, Şotlandiya |
İl | 1961 |
Şotland sallaqqulaq pişiyi Vikianbarda | |
Tarixi
redaktəÖz yaranmasına görə bu pişiklər 1961 – ci ildə Şotlandiyanın Petşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş – foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını – Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez – tez təmizləmə lazımdır.
Sağlamlığı
redaktəSkottiş – foldları bir – birilə cütləşdirmək olmaz, belə ki bu sümük problemlərinə səbəb ola bilər. Onların partnyorlarının skottiş – strayt (qulaqları düz olan şotland pişikləri) cinsindən olması arzuolunandır.
Xarici görünüşü
redaktəOrta ölçülü, möhkəm, harmonik bədən quruluşuna malik. Tükləri qısa, qalın, elastik və yumşaqdır. Rəngi müxtəlif cür ola bilər. Qulaqlar enlidir və yuxarı hissəsi qulaq dəliyini örtür. Gözləri iri, dairəvi, açıq və genişdir. Gözləri müxtəlif rəngdə ola bilər, adətən tüklərin rənginə uyğun olur. Bəzən müxtəlif rəngli gözləri olan pişiklərə də rast gəlinir. Bədəni uzunsov və zərifdir. Çiyinləri və budlarının ni eynidir, sinəsi həcmli və genişdir. Ayaqları orta və uzun, möhkəm olur. Quyruğu orta və uzun, başlanğıcı qalın və getdikcə nazikləşən olur.
Davranışı
redaktəŞotland sallaqqulaq pişiyi sakit xarakterə malikdir, evə, insanlara bağlılığı ilə seçilir. Adi pişiklərdən fərqli olaraq səsi daha ciyiltilidir. Digər bir xüsusiyyəti isə heç bir kömək olmadan arxa ayaqları üstə dura bilməsidir. Bəzən arxası üstə yatırlar. Bu pişik cinsi oynaqdır, öyrətmək asandır, bu səbəbdən də onları tez-tez sərgilərdə görmək olar. Bəzən televizora da baxırlar. Uşaqlarla çox yaxşı yola gedirlər lakin çox səs – küylü ortamda qorxa bilərlər.
Şəkilləri
redaktə-
Nadir rəngli sallaqqulaq
-
Mavi rəngli