Sokoladci Qiz - Wikipedia
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib.
Şokoladçı qız | ||
---|---|---|
| ||
Rəssam | Jan Etyen Liotar | |
Tarixi | 1743-1745 | |
Üslubu | portret[2] | |
Ölçüləri | 82,5 sm[1] × 52,5 sm[1] | |
Materialı | pastel, Perqament | |
Saxlanıldığı yer | Köhnə ustaların qalereyası | |
Saytı | wga.hu/html/l/liotard/ch… | |
İnventar nömrəsi | Gal.-Nr. P 161 | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma tarixi
redaktəŞəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir. Hər-halda modelin kimliyi dəqiq bilinmir. Vyananı tərk etdikdən sonra Venesiyaya gələn Liotar şəkili Polşa kralı III Avqustun və Prussiya kralı II Fridrixin kolleksiyasına nəzarət edən Françesko Alqarottiyə satmışdır. 1765-ci ildən əsər Drezden qalereyasında saxlanılır. İkinci dünya müharibəsi zamanı Keniqşteyn qalasına köçürülüb , sonradan isə Sovet əsgərləri tərəfindən aşkar edilmişdir.
Təsviri
redaktəSüjet çox sadədir- Ağ önlüklü qız əlində isti şokoladın və su stəkanının olduğu məcməyi aparır. Bu əsər o dövrdə avropaya yenicə gəlmiş Meyney farforunun işləndiyi ilk əsər hesab olunur. Su ilə dolu stəkandakı işıq ,rəssamın arxasından düşən işığı əks elətdirir. Şəklin çox yüngül atmosferi rəssamı Şarden və Vermeyer səviyyəsinə qaldırır. Liotarın müasirləri üçün bu əsər şedevr hesab olunur.
Kütləvi incəsənətdə
redaktəŞəkil Drezden qalereyasında nümayiş olunan vaxt onu şokolad alveri ilə məşğul olan Henri L. Pirs görmüşdür. 1862-ci ildə isə "Baker"s Chocolate" öz loqosunda işlətmək hüququna yiyələnməklə dünyada və ABŞda ən qədim satış markalarından birinə çevrilməyi bacarmışdır. Şəklin digər bir sürəti isə Baker kompaniyasının Massaçusets ştatındakı ev-muzeyində saxlanılır.