Sirvan Ati - Wikipedia
Şirvan atı — Azərbaycanda şöhrət tapan at cinslərindən biri.
Ümumi məlumat
redaktəAzərbaycanda şöhrət tapan at cinslərindən biri də Şirvan atıdır. Lakin bu atın mənşəyi, yayılma arealı, iş keyfiyyəti və eksteryeri haqqında məlumat son dərəcə azlıq təşkil edir. "Şirvan atı da Azərbaycanın yerli at cinslərindən biri olmuşdur". Yəqin ki Şirvan atına Qarabağ və Quba atlarının təsiri olmuşdur.
Alman tədqiqatçısı K.Freytaq Şirvan atı haqqında yazır: "şirvan atları quruluşu və yaraşığına görə öz əcdadlarına az oxşayır. Lakin bir qayda olaraq onlardan sürəti, davamlı və çevikliyilə seçilir. Bu atları rus süvariləri, xüsusilə yüksək rütbəli zabitlər böyük həvəslə götürürdülər". 1891-ci il siyahıyaalınmaya görə Ərəş və Göyçay qəzalarında beş yüz baş Şirvan atı olmuşdur.
Mənbə
redaktə- Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 456. ISBN 978-9952-34-152-2