Sirin Xalmuratova - Wikipedia
Şirin Xalmuratova (qaraqalpaqca:Shirin Xalmuratova; 11 oktyabr 1949, Daşkənd – 6 mart 2013) — Qaraqalpaq şairi və publisisti
Şirin Uteşovna Xalmuratova | |
---|---|
Təxəllüsü | Şirin Xalmuratova |
Doğum tarixi | 11 oktyabr 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 6 mart 2013 (63 yaşında) |
Vətəndaşlığı | Özbəkistan |
Milliyyəti | qaraqalpaq türkü |
Təhsili | Nukus Dövlət İnstitutu |
Fəaliyyəti | şair, jurnalist |
Fəaliyyət illəri | 1969-cu ildən |
Əsərlərinin dili | qaraqalpaq dili |
Janrlar | şeir,poema |
Həyatı
redaktəŞirin Uteşovna Xalmuratova 11 oktyabr 1949-cu ildə Özbəkistan SSR-in Daşkənd şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nukus Dövlət İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. "Bilik", "Kniqolyubov" cəmiyyətlərində çalışmışdır. Uzun illər "Sovet Karakalpakstanı" qəzetinin xüsusi müxbiri olmuşdur.[1]
Ailəsi
redaktəŞirin Xalmuratova yazıçı, şair və tərcüməçi Uzakbay Pirjanovun həyat yoldaşı olmuşdur. Bu nikahdan onların Lira Pirjanova, Gözəl Pirjanova, Erpolat Pirjanov, Aysultan Pirjanova və Muxtar Pirjanov adlı övladları dünyaya gəlmişdir.
Vəfatı
redaktəŞirin Xalmuratova 6 mart 2013-cü ildə vəfat etmişdir.
Yaradıcılığı
redaktəŞirin Xalmuratova bədii yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin sağlığında "On səkkizinci bahar", "Sevimli insanlar" kimi kitabları nəşr olunmuşdur. Onun şeirləri həmçinin 1974-cü ildə "Karakalpakstan" nəşriyyatı tərəfindən nəşr olunan qaraqalpaq şairlərinin poetik axtarışlarından ibarət "Amu nəğmələri" məcmuəsinə daxil edilmişdir.
Kitabları
redaktə- Эзийз адамлар: [Косыклар], Нокис: Каракалпакстан, 1984, 76 s.
- Бүлбил сести таңда оятар мени, Тошкент: Zilol buloq, 2020, 212 s.
Ədəbiyyat
redaktə- Напевы Аму: Сборник стихов молодых поэтов Каракалпакии: [Перевод]. - Нукус: Каракалпакстан, 1974. - 131 с.
- Karakalpak Türkleri Edebiyatı. Denizli, Özcan Ofset, 1999, 220 s.
- Қарақалпақстан Республикасы жазыўшылары: библиографиялық мағлыўмат, Ташкент : Extremum press, 2011, 240 s.
- Nizami Tağısoy. Qaraqalpak ədəbiyyatı, Bakı: Elm və təhsil, 2015, 449 s.