Sirin Ebadi - Wikipedia
Şirin Ebadi (fars. شیرین عبادی; 21 iyun 1947[1][2][…], Həmədan) — İran hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı.
Şirin Ebadi | |
---|---|
fars. شیر | |
Doğum tarixi | |
Doğum yeri | Həmədan, İran |
Təhsili | |
Fəaliyyəti | hakim, yazıçı, insan hüquqları fəalı, sülh aktivisti, vəkil, qadın hüquqları fəalı[d], siyasətçi, hüquqşünas |
Mükafatları | Nobel sülh mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur.
Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir.
Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb.
Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib[3].
Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.
Norveçin XİN-yi İran səfirinə bununla bağlı nota təqdim edib[4].
2012-ci ilin oktyabr ayında vəkil, hüquq müdafiəçisi, məhbus xanım Nəsrin Setude (məhbus rejissor Cəfər Pənahi ilə birqə) İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdikləri fəaliyyətə görə, Avropa Parlamenenti tərəfindən Andrey Saxarov adına "Düşüncə azadlığına görə" mükafatı ilə təltif olunmuşdur. 2012-ci il dekabrın 12-də Nəsrin Setude yığıncaqda iştirak edə bilmədiyindən mükafat Şirin Ebadiyə təqdim olunmuşdur.
İstinadlar
redaktə- ↑ Schirin Ebadi // FemBio database (alm.).
- ↑ Schirin Ebadi // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Azərbaycanlı Nobel mükafatçısının diplomu və medalı əlindən alınıb [ölü keçid]
- ↑ "Şirin Ebadidən Nobel mükafatı müsadirə olunub". 2009-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-27.