Simal Gonlucesi - Wikipedia
Şimal gönlücəsi (lat. Eptesicus nilssonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü.
Şimal gönlücəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şimal gönlücəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici görünüşü
redaktəOrta ölçülü növdür (kütləsi 8,0 – 14,5 q, bədəninin uzunluğu 50-60 mm, quyruğun uzunluğu 39-47 mm, qulaqların uzunluğu 12-15 mm, bazusu 37,5-43,0 mm-dir). Qulaqları nazik dərilidir. Qulağın qısa dəri çıxıntısının orta hissəsi enlidir. Qanadları nazik, ucları isə itidir. Xəzi sıx, nisbətən uzun və yumşaqdır. Bədənin üst hissəsində ikirəngli (qızılı çalarlı tünd qonur) alt hissəsidə noxudu bozdur.
Yayılması
redaktəBütün Şimali Avroasiyada yayılmışdır. Arealın cənubunda hər yerdə nadirdir. Azərbaycanda şimal yarasasına Masallı rayonunun Viləşçay ətrafında təsadüf edilmişdir.
Yaşayış yeri və həyat tərzi
redaktəBiologiyası kifayət qədər öyrənilməmişdir. Tikililərin müxtəlif hissələri, az hallarda qaya və ağac koğuşlarının yarıqları onların yay sığınacaqları hesab olunur. Kiçik koloniyalar halında erkəklərdən ayrı yaşayan dişilər iyun-iyul əvvəlində iki bala verirlər. Ova çox tez, günəş batan kimi çıxırlar. Uçuşları sürətli və cəlddir. Uçuş zamanı tez-tez qanadlarını vurur və sərt dönüşlər edir.
Mağaralar, zirzəmilər, binaların müxtəlif hissələri, qayadakı dərin yarıqları onların qış sığınacaqları hesab olunur. Soyuğa yüksək dərəcədə davamlılığı sayəsində payızın axırına qədər fəal olur və başqa yarasalar üçün yararlı olmayan soyuq sığınacaqlarda belə qışlayırlar.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Smith A. T., Xie Y., Lunde D. P., Wilson D. E., Wozencraft W. C., Hoffmann R. S., Sung W., MacKinnon J. R. A Guide to the Mammals of China. (ing.). / A. T. Smith, Y. Xie Princeton: Princeton University Press, 2008. P. 357.