Simal Torpagi - Wikipedia
Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) — Şimal Buzlu okeanda yerləşən arxipelaq. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi 37,000 km² təşkil edir. Yaşayışı olmayan adadır.
Şimal Torpağı | |
---|---|
rus. Северная Земля | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Kotelnı (ada) |
Ümumi sahəsi | 37000 km² |
Hündür nöqtəsi | 965 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
80°00′00″ şm. e. 100°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.
Tarixi
redaktəArxipelaq ilk dıfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan esprdisiya zamanı aşkarlanmışdır. İlk əvvəl espedisiua üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin № 14 qərarı ilə «İmorator II Nikolay Torpağı» adlandırılır[1]. Bu adı verilməsində müxtəlif fikirlər vardır[2][3]. İl əvvəl elə düşünülürdü ki, arxipelaq bir adadan ibarətdir.
11 yanvar 1926-ci ildə SSRİ hökuməti tərəfindən verilən №186 sənədə əsasən adalar "İmorator II Nikolay Torpağı" adı "Şimal Torpağı" olaraq dəyişdirilir. Arxipelaqa daxil olan Malıy Taymır və Starodomski adaları adlandırılır. Sonradan 1931—1933 illərdə aparılan son ekspedisiya zamanı arxipelaqa daxil olan adalar sovet adları ilə adlandırılır: Piover, Komsomoleç, Bolşevik, Oktyabr İnqilabı, Şmitd. 1 dekabr 2006-ci ildə Taymır muxtar diyarının mərkəzi orqanı tərəfindən Şimal Torpağı arxipelaqının əvvəlki adların bərpası haqqında qərar qəbul edilir. Şimal Torpağı-İmorator II Nikolay Torpağı, Malıy Taymır-Aliksey Sesareviç, Oktyabr İnqilabı Müqəddəs Aleksandr, Bolşevik adası-Müqəddəs Olqa, Komsomoles adası-Müqəddəs Marii, Pioner adası -Müqəddəs Tatyana və Domaşnıy adası-Müqəddəs-Anastasiya[4].
Bir müddət sonra Krasnoyarsk diyarı ilə Taymır muxtar dairəsinin birləşməsindən sonra diyarın qanunverici orqanı bu layihəni qəbul etmədilər.
Yerləşməsi
redaktəŞimal Topağı Şimal Buzlu okeanın mərkəzində yerləşir. Qərvfən onun sahillərini Kara dənizi, şərqdən isə Laptevlər dənizi yuyur. Arxipelaq materikdən Vilkiç boğazı vastəsi ilə ayrılır. Boğazın uzunluğu 130 km təşkil edir.
Relyefi
redaktə47 % (17,5 min km²) ərasisi buzla örtülüdür. 14 % ərazidə xüsus ilə sahil xətti buzlaqlarla əhatələnib. Bu buzlaqların hündürlüyü 30 metri keçir[5]. Bütün arxioekaqda cəmi 20 iri buzlaq vardır. Arxipelaqın ən hündür nöqtəsi Oktyabr İnqilabı adasında 965 m, Bolşevik adasında 935 m, Komsomoles adasında 781 m, Pioner adasında 382 m vı Şmidt adasında 315 m təşkil edir. Aysberqləri elədə böyük olmasada 1953-ci ildə uzunluğu 12 km, eni 4 km aysberq aşkarlanmışdır.
Arxipelaqda geniş göl və çay şəbəkəsi vardır. Burada doqquz çayın uzunluğu 20 km keçir. Ozernaya 64 km, Uşakov isə 58 km uzunluğuna malikdir (Komsomoles). Bolşevik adasında isə Tora çayı 50 km, Skalistıy çayı 45 km təşkil edir. Çaylatın fərinliyi 1 metr olur. Sentyabrdan iyul ayına qədər çaylar buzla örtülü olur.
Göllərinin çoxu 3 km² ərazidən böyük olmur. Bolşevik adasında isə Spartakov gölü 60 km²-dir.
İqlimi
redaktəİqlimi arktikdir. Ota illik temoeraturu −14 °C[6]. Ən aşağı temperatur −47 °S təşkil etmişdir. Güçlü küləklərin güçü 40 m/s olmuşdur[7]. Yayda teperaturu +6,2 °S, orta temperatur yanvarda −28 dən −30 °S, iyulda isə 0 dən 2 °S[8]. İl ərzində 200–500 mm yağıntı düşür. 15 dərinlikdə çox illiik qrunt buzlağı yerləşir.
Flora və faunası
redaktəİlin böyük qismi buzla örtülü olan adalarda bitki örtüyü zəif inkişaf etmişdir. Bolşevik adasında ərazinin cəmi 10 % tundradır. Burada nadir hallarda Mamırlar və Şibyələr, Çiçəkli bitkilər — Tülküquyruq, Qütb laləsi, Daşdələn, Yastıqotu
Heyvanlar aləmi baxımından nisbətən zəngindir. Quşlardan qütb bayquşu, çovdarçıkimilər, adi şimal sərçəsi, ağ qağayı[9], çəhrayı qağayı, moryanka və susüpürənlər, qaqa, qaqar ağ kəklik, gümüşü qağayı və şanaquyruq qağayı rast gəlinir. Məməlilərdən ağ ayı, şimal maralı, tülkü, canavar, lemminq və başqaları yaşayır. Sahillərində halqaşəkilli suiti, Qrenlandiya suitisi, ağ balina, morj, Laptev morju (Odobenus rosmarus laptevi)) və adi saqqallı suiti.
İri adaları
redaktəİstinadlar
redaktə- ↑ По праву истории Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine // Московский журнал, 2001.
- ↑ Острова раздора Arxivləşdirilib 2009-02-06 at the Wayback Machine.
- ↑ Tayvay — İmorator II Nikolay Torpağı Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine.
- ↑ "Taymır deputataları Şimal Torpağını II Nikolay Torpağı adlandırılması qərarını vermişlər". 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ Kapustin-Arctica Antarctica philatelia.
- ↑ Şimal Torpağı. II Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine.
- ↑ Куропатка полярная — сайт о жизни на арх-ге Северная Земля[ölü keçid].
- ↑ Şimal Torpağı Arxivləşdirilib 2010-11-05 at the Wayback Machine.
- ↑ Волков А. Е., Придатко В. И. Материалы по биологии белой чайки (Pagophila eburnea) на Архипелаге Северная Земля / Арктические тундры Таймыра и островов Карского моря. — М.: РАН/ИПЭЭ, 1994. — Т. 1. — С. 207—222.
Ədəbiyyat
redaktə- Саватюгин Л.М., Дорожкина М.В. Архипелаг Северная Земля: История, имена и названия. — СПб.: Наука, 2010. — ISBN 978-5-02-025389-6
Mənbə
redaktə- Şimal Torpağı
- Сайт о жизни на Северной Земле 1993г. Arxivləşdirilib 2015-12-22 at the Wayback Machine