Seyx Serdar Hacihesenli - Wikipedia
Şeyx Sərdar Hacıhəsənli (tam və əsil adı: Sərdar Akif oğlu Babayev; 12 mart 1974, Masallı rayonu) — Azərbaycanlı ilahiyyatçı-alim, din xadimi[1], İslam elmləri üzrə ekspert və tədqiqatçı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü[2], Maide. Az saytının təsisçisi və baş redaktoru[2]
Şeyx Sərdar Hacıhəsənli | |
---|---|
Sərdar Akif oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Masallı rayonu |
Vətəndaşlığı | Azərbaycan SSR --> Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Akif Babayev |
Elm sahələri | Dinşünaslıq, İslamşünaslıq, İlahiyyat |
Elmi adları | İslam elmləri üzrə ekspert və tədqiqatçı |
Təhsili | "Əl-Mustafa (s)" Beynəlxalq İslam Universiteti |
Tanınır | Şeyx Sərdar |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Sərdar Hacıhəsənli ilk dəfə 2017-ci ilin fevralında camaat şəklində cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı.
Haqqında
redaktəSərdar Akif oğlu Babayev 1974-cü ilin mart ayının 12-də Azərbaycan SSR-in Masallı rayonunda dünyaya gəlib.[3]
Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Sərdar 7 yaşında məktəbə getmiş və SSRİ dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhsilini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15–16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi.[3]
Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir. Molla Bəyləri həqiqi ustad və mənəvi ata, göstərişini isə özü üçün fərman qəbul edən Sərdar dini təhslini ali dərəcədə davam etdirmək məqsədilə İslam elmləri mərkəzi müqəddəs Qum şəhərinə yola düşür.[3]
Şeyx Sərdar 1992-ci ildə artıq Qum hövzəsində çox dəyərli alimlərin hüzurunda dini elmlərə yiyələnməkdə idi. Şeyx tanınmış tədqiqatçılar, müəllimlər və müctəhidlərdən təlim alır və ruhun tərbiyəsi ilə məşğul olurdu. Hövzənin məzunu Quran elmləri və təfsirdə Ayətullah Cavad Amulinin, nəzəri əxlaqda Ayətullah Məzahiri və mərhum Ayətullah Meşkininin, praktiki əxlaqda isə ustad mərhum Ayətullah Əhmədi Miyanəcinin dərslərində iştirak etməklə yanaşı, zaman-zaman məşhur alim və arif Ayətullah əl-üzma mərhum Şeyx Məhəmməd Təqi Behcətdən mənəvi qida almışdır.[3]
Höccətül-İslam Şeyx Sərdar 10 il uğurlu təzkiyyə və təhsildən sonra 2000-ci ildə Bişkek şəhərində yerləşən İran-Qırğızıstan İslam Universitetinə müəllim kimi dəvət alaraq beynəlxalq səviyyədə elmi fəaliyyətə başlayır.[3]
XX əsrin birinci yarısında Qazaxıstan və Qırğızıstana sürgün olunmuş həmvətənlərimizin taleyinə biganə qalmayan Şeyx, Qazaxıstanın Xarici Dillər Universitetində tədris etməklə yanaşı Almatı, digər şəhər və kəndlərdə xalqın dini ehtiyaclarını ödəməyə çalışır və İslam dinini təbliğ edir. 8 il fəaliyyəti dövründə Orta Asiyada diqqət və məhəbbət qazanmış Şeyx Sərdarı dindarlar Rusiyanın bir çox şəhərlərinə dəvət edir və hörmətlə qarşılayırlar. Keçmiş SSRİ məkanında müstəqil düşüncələri və sağlam dini baxışları ilə toplumlarda tanınan alim və xətib 2008-ci ildən etibarən, Azərbaycanda xalqa xidmət etmək qərarı verir və nəhayət, uzun illər mühacirətdən sonra Şeyx Sərdar vətənə dönür.[3]
Masallıda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi və qazisinin dəvəti ilə Masallı şəhər Cümə məscidində cümə xətibi kimi fəaliyyətə başlayır. Əhli-Beyt və Quran maarifini müsəlmanlara əlverişli forma və müasir üslubda çatdırmaq məqsədilə, Şeyx Sərdar 2014-cü ildə[4] bir qrup alim və din xadiminin elmi əməkdaşlığı ilə Maide.Az portalını təsis edir.[3]
Ömrünü İslama vəqf, həyatını müsəlman Azərbaycan xalqının dini maarifləndirməsinə həsr etmiş Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü Şeyx Sərdar təzyiqlərə baxmayaraq, hər zaman ümumxalq maraqlarını diqqət mərkəzində saxlamışdır. Şeyx cümə namazı tribunası və digər fürsətlərdən istifadə edib xalqın ümumi bəlası sayılan narkomaniya, israfçılıq, intihar, savadsızlıq, irqçilik, radikalizm, dinlər və məzhəblər arası ixtilaf, rüşvətxorluq, islamofobiya, haqsızlıq, ədalətsizlik, məsuliyyətsizlik, məmur özbaşınalığı və s. ictimai fəsadlarla hər zaman mübarizə aparır, milli və mənəvi dəyərlərin cəmiyyət arasında dirçəlməsinə çalışır.[3]
Şeyx Sərdar İslamın müdafiəsində heç bir sərhəd tanımır. Daxildə və xaricdə İslam və İslam atributlarına qarşı təbkilər, zorakılıq və qeyri-qanuni addımlara heç zaman göz yummur və din əleyhinə bütün çirkin plan və xoşagəlməz qərarları qınayır, gündəmdə saxlayır, məntiq və müzakirə ilə neqativ halların qarşısını almağa üstünlük verir.[3]
Ailəlidir və 3 övlad atasıdır.[3]
2009-cu ildə Həccdə olmuş və bir neçə dəfə İraqda məsum imamlar və imamzadələri ziyarət etmişdir.[3]
Həbsləri və məhkəmələri
redaktəİlk
redaktə2017-ci il fevralın 22-də Masallı rayon məhkəməsi ruhani Şeyx Sərdar barəsində 1 ay 7 gün həbs qətimkan tədbiri seçib.[5][6][7] Vəkil məhkəmə iclasında iştirak edə bilməyib. Sərdar Babayevə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında saxlanılıb və ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma ittihamı irəli sürülüb.[3] 3 iyul 2017-ci ildə Masallı məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.[2][8]
2017-ci ilin iyulunda Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillər Bakıda məhkəmənin müvəkkillərinə qarşı qərarından apelyasiya şikayəti veriblər. Ş. S. Hacıhəsənlinin vəkillərindən biri Cavad Cavadov bu xəbəri bildirərək deyib: "Şikayətdə Sərdar Babayevin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi tələb edilib." Vəkil Cavadov əlavə edib: "Eyni zamanda bu həftə məhkəmə iclas protokolu ilə tanış olaraq qeydlər vermək niyyətindəyik."[9] 6 aprel 2017-ci ildə Şirvan Apelyasiya Məhkəməsində Ş. S. Hacıhəsənlinin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair Masallı rayon məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb. Vəkil Cavad Cavadov qeyd edib ki, məhkəməyə gedən yol yenidən polis tərəfindən bağlandığından narazılıq edənlər olub: "Polis məni məhkəməyə aparan maşını yenidən buraxmaq istəmirdi. Vəkil olmadan məhkəmənin baş tutmayacağını anladıqdan sonra buraxdılar. Məhkəmə öncəki qərarı qüvvədə saxladı və Şeyx Sərdar Babayevin həbsdə qalmasına qərar verdi".[10]
13 fevral 2018-ci ildə[11] Ali Məhkəmədə Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti üzrə məhkəmə baş tutub. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Ş. S. Hacıhəsənli, vəkil Cavad Cavadov, həmçinin media nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib. Vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb. Prosesdə Hacı Sərdar çıxış edərək günahsız olduğunu və həbsdə saxlanmasının hüquqa zidd olduğunu vurğulayıb: "Həbs edildiyimdən bu günə qədər keçirilən bütün məhkəmə proseslərində vəkillərin tərəfindən verilən haqlı vəsatətlərin heç biri təmin edilməyib. İstintaq orqanından həbsimin səbəbini soruşduqda mənə dedilər ki, cümə namazı qıldığım və xütbə söylədiyimə görə həbs edilmişəm. Əvvəlkilər kimi bu məhkəmədən də xüsusi bir gözləntim yoxdur. Çünki, həbs edilməyimin səbəbini hələ də başa düşə bilmirəm. Gah cümə namazı, gah xütbə, gah da xaricdə oxuduğumu əsas gətiriblər. Yəqin ki, İslam əxlaqını deyil, ateistliyi, bütpərəstliyi yaxud əxlaqsızlığı təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər." Hacıhəsənli istintaq və məhkəmə proseslərinin hüquq normalarına uyğun aparılmadığını vurğulayıb. "Təsəvvür edin məhkəmədə şahidlərin dediyi ilə istintaqa verdiyi ifadələr bir-birini təkzib edir. Ancaq məhkəmə bunu nəinki nəzərə almır, hətta şahidlərə istiqamət verməkdən belə çəkinmir". Hakim Şeyx Sərdarın çıxışını yarımçıq kəsib. Müşavirədən sonra hakim Şirvan Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.[12]
2018-ci ilin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Şeyx Sərdar Hacıhəsənlinin şikayəti üzrə prosesə start verilib.[13] Məhkəmə kommunikasiyaya prosesinə başlayıb. AİHM Azərbaycan hökumətinə Ş. S. Hacıhəsənlinin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) pozulmuş maddələri ilə bağlı suallar ünvanlayıb. Belə ki, AİHM AİHK-nın 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrinin pozulmasını əsas gətirərək hökumətdən bununla bağlı açıqlama tələb edib.[14]
Azərbaycan ruhaniləri[15][16], Azərbaycan Ruhanilər Məclisi[17][18], "Qələm" Yazarlar Birliyi[19], Azərbaycan İslam Partiyası[20], Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM)[21][22], Ümumdünya Əhli-beyt (ə) Assambleyası[23], Azərbaycanın ictimaiyyət təmsilçiləri[24][25] və s. təşkilat və şəxslər Şeyx Sərdarın həbsinə qarşı çıxmış və məhkəmənin qərarını qanunsuz adlandırıblar.[26]
2020-ci il fevralında azadlığa buraxılıb.[27][28]
İkinci
redaktə19 oktyabr 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və 21 oktyabrda Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 6 ay həbs qətimkan tədbiri seçilib. İttihamı qəbul etməyib, özünü təqsirli bilməyib.[29][30] Həmin ilin 27 oktyabrında barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayəti təmin edilməyib.[31]
2022-ci ilin aprel ayının 14-də Səbail rayon məhkəməsinin qərarıyla ruhani Sərdar Babayevin (Hacıhəsənli) istintaq dövründə həbsdə saxlanma müddəti daha 5 ay, həmin ilin sentyabr ayının 19-na qədər uzadılıb.
Həmin ilin sentyabr ayının 16-da haqqındakı həbs qətimkan tədbirinin müddəti daha bir dəfə 6 ay – 2023-cü ilin mart ayının 19-na qədər uzadılıb.
2023-cü ilin mart ayının 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ilk açıq məhkəmə iclası keçirilib.[32] Aprelin 27-dən etibarən 18 may, 1 iyun, 22 iyun, 22 iyul, 10 avqust, 7 sentyabr, 21 sentyabr olmaqla daha 8 qapalı məhkəmə iclası keçirilib.
Sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi Sərdar Babayevin bu cinayət işi üzrə həbsilə bağlı şikayətini təmin edib. AİHM Babayevin 5-ci maddə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) üzrə hüquqlarının pozulduğunu etiraf edib və ona 5 min avro məbləğində təzminat ödənilməsinə qərar verib.[33]
27 sentyabr 2023-cü il tarixində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilmiş məhkəmə iclasında Şeyx Sərdar Hacıhəsənliyə 17 il həbs cəzası verilib.[34][35]
O, A.R. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Ancaq ruhani özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Şeyx Sərdar Hacıhəsənli özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir. İttihamları qətiyyən qəbul etmir. İstintaq zamanı və məhkəmə iclasları zamanı ifadə verməkdən də imtina edib.[36]
Məqalələri
redaktə- "`Yenə Həmin Xətdir, Həmin Koordinat`" ( (az.)). maide.az. 2013-06-07. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- "Bizi öz ünvanımızla mühakimə edin!" ( (az.)). maide.az. 2013-06-07. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- "Silahımız əqidəmiz, dayağımız Rəbbimizdir!" ( (az.)). maide.az. 2013-06-07. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- "Quran və Ziyalı" ( (az.)). maide.az. 2013-06-07. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
İstinadlar
redaktə- ↑ "Hacı İlqar və Hacı Sərdar mərcəyi-təqlidlərinin qonağı oldu" ( (az.)). deyerler.org. 2016-12-07. 2018-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ 1 2 3 "Şeyx Sərdar 3 il azadlıqdan məhrum edildi" ( (az.)). azeri.sahartv.ir. 2017-07-03. 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Şeyx Sərdar Hacıhəsənli kimdir?" ( (az.)). islamazeri.com. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-30.
- ↑ "HAQQIMIZDA" ( (az.)). maide.az. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-30.
- ↑ Oktay Quliyev. "Ruhani Şeyx Sərdar Hacıhəsənli polis tərəfindən saxlanılıb" ( (az.)). interaztv.com. 2017-02-22. 2017-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ ""Şeyx Sərdar Hacıhəsənlinin barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib"" ( (az.)). azeri.sahartv.ir. 2017-02-24. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ Kənan. "Masallıda tanınmış Şeyxin müəmmalı həbsi" ( (az.)). musavat.com. 2017-02-24. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Sərdar Babayev azadlıqdan məhrum edildi" ( (az.)). meydan.tv. 2017-07-03. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ "Şeyx Sərdar haqda qərardan apelyasiya şikayəti verilib" ( (az.)). azeri.sahartv.ir. 2017-07-26. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "Şirvan Apelyasiya məhkəməsi Şeyx Sərdar Hacıhəsənlini həbsdə saxladı" ( (az.)). islaminsesi.info. 2017-04-06. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb" ( (az.)). azeri.sahartv.ir. 2018-01-30. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "Şeyx Sərdar Hacıhəsənli: İnsanlara əxlaqı təbliğ etdiyim üçün həbs edilmişəm" ( (az.)). deyerler.org. 2018-02-13. 2018-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "Sardar Akif oglu BABAYEV against Azerbaijan and 2 other applications" ( (ing.)). hudoc.echr.coe.int. 2018-09-04. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Avropa Məhkəməsi Şeyx Sərdarın işinə start verdi" ( (az.)). maide.az. 2018-09-24. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Azərbaycan ruhaniləri Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır" ( (az.)). maide.az. 2017-02-27. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Azərbaycan ruhaniləri Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır" ( (az.)). İnterpress.az. 2017-02-27. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "ARM ŞEYX SƏRDAR BARƏSİNDƏ ÇIXARILAN MƏHKƏMƏ QƏRARINA ETİRAZ ETDİ" ( (az.)). azeri.sahartv.ir. 2017-07-04. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "ARM Şeyx Sərdar barəsində çıxarılan məhkəmə qərarına etiraz etdi" ( (az.)). azeri.sahartv.ir. 2017-07-04. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ ""Qələm" Yazarlar Birliyi Sərdar Hacıhəsənlinin azadlığını tələb edir" ( (az.)). azeri.sahartv.ir. 2017-07-06. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "AİP Şeyx Sərdar Hacıhəsənli barəsində çıxarılan məhkəmə hökmünə etiraz etdi" ( (az.)). azeri.sahartv.ir. 2017-07-03. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- ↑ "DEVAMM Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının pozulması kimi qiymətləndirir" ( (az.)). maide.az. 2017-02-23. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
- ↑ "DEVAMM Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının pozulması kimi qiymətləndirir" ( (az.)). birlik.az. 2017-02-23. 2019-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Ümumdünya Əhli-beyt (ə) Assambleyası Şeyx Sərdarın həbsini pislədi" ( (az.)). maide.az. 2017-03-04. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "İctimaiyyət təmsilçiləri Hacı Sərdar Hacıhəsənlinin azadlığa buraxılması üçün müraciət etdi" ( (az.)). maide.az. 2017-03-31. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Известные представители азербайджанской общественности обратились по поводу освобождения гаджи Сардара Гаджигасанлы" ( (rus.)). maide.az. 2017-03-31. 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
- ↑ "Qazağıstsanda yaşayan azərbaycanlılar Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb" ( (az.)). maide.az. 2017-02-28. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- ↑ "Baş redaktor Şeyx Sərdar Hacıhəsənli azadlığa buraxıldı". bakupost.az. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
- ↑ "Baş redaktor Şeyx Sərdar Hacıhəsənli AZADLIĞA ÇIXDI". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
- ↑ "İlahiyyatçı dövlətə xəyanətdə ittiham edilir". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ "Sərdar Babayev həbsini Azərbaycanın İranla münasibətlərinə bağladı". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ "Sərdar Babayevin şikayəti təmin edilmədi". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ Bizimxeber.az. ""Şeyx Sərdar həbsdə ola-ola həmin cinayətləri törədə bilməzdi"". Bizimxeber (ingilis). 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ "İlahiyyatçı Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib". Amerikanın səsi (az.). 2023-09-28. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ "Şeyx Sərdara 17 il həbs cəzası verildi". Qafqazinfo (az.). 2023-09-28. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ "Şeyx Sərdar 17 il azadlıqdan məhrum edilib". Toplum TV (az.). 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ "Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib". www.operativtv.com (az.). 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Maide.az. "Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli kimdir?" ( (az.)). YouTube. 2017-03-02. İstifadə tarixi: 2018-12-27.
- "Şeyx Sərdarın hüququnu müdafiə edən vəkillər iclas keçirib" ( (az.)). azeri.sahartv.ir. 2017-07-17. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-27.
- "Vəkili de Şeyx Sərdar Hacıhəsənli vindemon kardəşe" ( (talış.)). Pars Today. 2017-03-05. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.
- Aida Həsənova. "Şeyx Sərdarın gizli saxlanılan günahları bəlli oldu-İNANILMAZ İTTİHAM" ( (az.)). vetenugrunda.az. 2017-03-24. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.