Seyx Mehemmed Mescidi - Wikipedia
Şeyx Məhəmməd məscidi — XVI əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşir.
Şeyx Məhəmməd məscidi | |
---|---|
40°45′22″ şm. e. 48°23′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | İsmayıllı |
Yerləşir | Basqal |
Tikilmə tarixi | 1531 |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəŞeyx Məhəmməd məscidi Sufi Dərviş Əlinin oğlu Pir Məhəmmədin əmri ilə 1531-ci ildə tikilib.[1] Məscid Basqalın Kələküçə məhəlləsində yerləşir.[2][3] Məscidin həyətində mədrəsə fəaliyyət göstərib.[4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Şeyx Məhəmməd məscidi bu dövrdə ibadətə bağlanıb. Məscidin həyətindəki iyirmiyə yaxın daş kitabə məhv edilib, qoşa minarələri isə sökülüb.[8] Məscidin binasından klub kimi istifadə olunub.[9][10] 1975-ci ildə elektrik şəbəkəsində baş verən qısaqapanma nəticəsində məscidin binası tamamilə yanıb.[8] 1980-ci illərdə yerli camaat tərəfindən məsciddə təmir işləri aparılıb.[11] Bu işləri görərkən yerli sakinlər burada məscidin yanında əkilmiş Pir Çinar haqqında kitabə tapıblar.[12] Kitabədə Pir Çinarın 1568-ci ildə Şeyx Səfayi tərəfindən əkildiyi qeyd olunub.[13] 1989-cu ildə məscidin də daxil olduğu ərazidə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.[14][15]
Arxeoloji qazıntılar
redaktə2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sifarişi ilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnsitutunun ekspedisiyası Prof. Dr. Qafar Cəbiyevin başçılığı ilə Şeyx Məhəmməd məscidinin daxilində və həyətində arxeoloji tədqiqat aparıb.[9] Məscidin içərisində daha kiçik, kvadratformalı və Şirvanşahlar dövrü İslam memarlığı üslubunda məscidin qalıqları üzə çıxıb.[16] Qazıntı zamanı ərazidən bir neçə kitabə də aşkar edilib.[9]
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Əliyeva, Həbibə; Xəlilli, Fariz. Basqal epiqrafikası. I kitab-albom (az.). I. Bakı: Elm və təhsil nəşriyyatı. 2019. 16. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 140. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 146. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 141. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi – South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ 1 2 Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 141. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ 1 2 3 Ağayev, Adil. "Basqalda arxeoloji tədqiqatlar davam edir". Azərtac. 2019-11-03. İstifadə tarixi: 2024-09-09.
- ↑ Cəbiyev, Qafar. "Basqalın tarixinə dair yeni arxeoloji tapıntılar". Xalq qəzeti. 2019-11-16. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Babayev, Tofiq; Şahbazov, Tahir. Basqal: tarixi-etnoqrafik tədqiqat (az.). Bakı: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu. 2017. 142. ISBN 978-9952-516-04-3. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Əliyeva, Həbibə; Xəlilli, Fariz. Basqal epiqrafikası. I kitab-albom (az.). I. Bakı: Elm və təhsil nəşriyyatı. 2019. 12. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ "500 ildən artıq yaşı və dünyada kitabəsi olan yeganə tarixi çinar ağacı". shimal.news. 2023-12-17. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna mediatur təşkil edilib". medeniyyet.az (az.). 2022-08-14. 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ ""Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu". www.heritage.org.az (ingilis). 2024-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
- ↑ Əliyeva, Həbibə; Xəlilli, Fariz. Basqal epiqrafikası. I kitab-albom (az.). I. Bakı: Elm və təhsil nəşriyyatı. 2019. 4. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.