Seyx Hemdullah - Wikipedia
Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur.
Şeyx Həmdullah | |
---|---|
Doğum tarixi | 1436[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1520[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | xəttat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir.
Təhsili
redaktəHəmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir.
İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır. O, 6 xətt növünü Yaqut əl-Mustəsiminin ardıcılı və Abdallah Səyrafinin gözbəbəyi Xeyrəddin Maraşidən öyrənmiş və ən böyük təcrübəyə də məhz Yaqut əl-Mustəsiminin və Abdallah Səyrafinin yazılarının üzərində yiyələnmişdir.
Şeyx Həmdullah xətti və özünəməxsus üslubu ilə ‘Qiblətül Küttab’ deyə yad edilir. Yazı onun əlində o qədər inkişaf edib gözəlləşib ki, dövrünün xəttatları, hətta sonraki xəttatlar da ona bənzəməyə çalışırdılar. Beləliklə, onun üslubundan təxminən 150 il istifadə edilmişdir.
Son illəri və ölümü
redaktəII. Bayəzidin vəfatından sonra oğlu Sultan Səlim zamanında səkkiz il tamamilə inzivaya çəkilmişdir. Qanuni Sultan Süleyman Xanın taxta çıxması ilə təkrar işinə davam etmişdir. 1526-cı ildə, doxsandan çox yaşı olan Şeyx Həmdullah İstanbulda vəfat etmişdir. Qəbri Qaracaəhməd Qəbiristanlığındadır. Cəli sülüs xətti ilə yazılmış başdaşı kitabəsində "Rəisül-xəttatın Həmdullah əl-maruf bi-ibni-Şeyx rəhmətullahi əleyh Hicri 927/Miladi 1521" yazılıb.
Əsərləri
redaktəDoxsan ildən çox yaşayan, elm və sənət dünyasında böyük nailiyyətlər əldə edən xəttat özündən sonra 47 Mushaf-ı Şərif, Məşarik və Məsahib-i Şərif, 50 Ənam-ı Şərif və cüz, 121 mürəqqə və qitə, 8 elmi əsər, 6 dua məcmuası, minə yaxın Ənam, Kəhf, Nəbə surələri nümunələri qoymuşdur. Memarlıqda xüsusi yeri olan cəli yazılarla az məşğul olsa da, İstanbulun Firuz Ağa Məscidi, Davud Paşa Məscidi, Bayəzid Məscidi kitabələri ilə Ədirnə Bayazid Məscidi kitabələri də onun əsərləridir. Eləcə də, XV əsrdə onun tərəfindən Qurani-Kərimin də nüsxəsi hazırlanmışdır.