Seyx Berqi - Wikipedia
Əbu Cəfər Əhməd ibn Əbu Abdullah Muhəmməd ibn Xalid ibn Əbdürrəhman ibn Muhəmməd ibn Əli əl-Bərqi Kufi (vəfatı 280 h.q.) — şiə alimi və Kufəli hədisçi, İmam Təqi, İmam Nəqi və İmam Həsən əl-Əskərinin müasiri. Daha çox rical və hədis kitabları ilə tanınan mühəddis.
Həyatı
redaktəMüəllifin doğum tarixi heç bir ensiklopediya və ya rical kitablarında qeyd edilməmişdir. Onun vəfat tarixi isə, Nəcaşinin söylədiyinə əsasən, hicrətin 274-cü ili, Muhəmməd ibn Malicilaveyhin söylədiyinə əsasən də, hicrətin 280-ci ilidir. Yaşam müddəti isə bəzi rical və ensiklopediya alimlərinin söylədiyinə görə hicrətin 220-ci ilində vəfat etmiş İmam Cavadın, hicrətin 254-cü ilində vəfat etmiş İmam Hadinin zamanına, hətta hicrətin 260-cı ilində vəfat etmiş İmam Həsən Əskərinin vəfatından 24 il sonraya qədər gedib çatmışdır. Beləliklə də o, 80 ilə yaxın ömür sürmüşdür.[1]
Şeyx Bərqinin şərəfli məzarı bu günə qədər məlum deyildir. Yalnız çoxlu sayda mühəddis və fəzilət sahiblərinin dəfn edildiyi Qum çəhərində dəfn olunduğu məlumdur.[2]
Şeyx Bərqinin əsli İraqın Kufə şəhərindəndir. O zamanlar İraqın Kufə vilayətinin valisi Yusif ibn Ömər, İmam Zeynülabidinin oğlu Zeydi qətlə yetirdikdən sonra müəllifin babasının babası olan Muhəmməd ibn Əlini də həbs etmiş, daha sonra onu da qətlə yetirmişdir. Müəllifin babas Xalid kiçik yaşlarında ikən atası Əbdürrəhmanla birgə İranın Qum vilayətindəki "Hənak" vadisi yaxınlığında yerləşən "Bərq Ruz" kəndinə hicrət etmiş və elə orada da məskunlaşmışlar.[3]
Ailəsi
redaktəƏllamə Təbatəbai özünün "ər-Rical" kitabında belə yazır: "Müəllifin babası Xalid ibn Əbdürrəhman, Əbu Həsən Əşərinin müavilərindən(tərəfdarlarından) olmuşdur. Digər rəyə əsasən də, Cərir ibn Abdullahın müavilələrindən olmuşdur.
Xalidin 3 övladı olmuşdur: Əbu Abdullah Muhəmməd, Əbu Əli Həsən və ya Hüseyn və Əbu Qasim Fəzl. Abdullah Muhəmmədin oğlu Əhməd(yəni, müəllif) 2 ləqəblə tanınmışdır: "Əbu Cəfər Əhməd" və "Əhməd ibn Əbu Abdullah".
Abdullahın, Muhəmmədin nəvəsi Əhməd ibn Abdullah Əhməd ibn Əbu Abdullahın(yəni, müəllifin) qızınının oğlu olması ehtimal olunur. Belə ki, Şeyx Tusi, Əhməd ibn Əbu Abdullahın kitablarını qızının oğlu Əhməd ibn Abdullahdan nəql etmişdir, lakin Şeyx Nəcaşi Muhəmməd ibn Xalidin kitablarını Əhməd ibn Əbu Abdullahın(yəni, müəllifin) oğlu Əhməd ibn Abdullahdan nəql etmişdir. Beləliklə, Şeyx Tusi və Şeyx Nəcaşinin sözlərini bir araya topladıqda ortaya 2 Abdullahın varlığı çıxmaqdadır. Onlardan biri Əhmədin oğlu, digəri isə onun kürəkənidir( və ya yeznəsidir). Əhməd ibn Abdullahın kürəkəni Muhəmməd ibn Əbu Qasim Macilaveyhdir. Belə ki o, Qum seyyidlərindən, siqə, alim, ədib, şair və lüğət alimidir ki, Əhməd ibn Əbu Abdullahdan(yəni, müəllifdən) dərs almışdır. Əhməd ibn Əbu Abdullahın qardaşı oğlu Əli ibn Əla ibn Fəzl ibn Xaliddir."[4]
"Ravzat" kitabının müəllifi belə yazır: "Əhməd ibn Əbu Abdullahın(yəni müəllifin) rəvayət nəql edən saleh övlad və nəvələri olmuşdur. Belə ki, ustadımız Şeyx Səduq Əli ibn Əhməd ibn Abdullah ibn Əhməd ibn Əbu Abdullahdan(yəni, müəllifdən) razılıq etmiş və ondan rəvayətlər nəql etmişdir."[5]
Şəxsiyyəti
redaktəŞiə alimlərinin hamısı Şeyx Bərqini ədalətli, siqə (düz danışan) kimi tanımış və onun şəxsiyyətini yüksək qiymətləndirmişlər:[6]
- Nəcaşi öz kitabında yazır: O, özlüyündə siqə ravidir. Zəif ravilərə, habelə mürsəl rəvayətlərə etimad göstərmişdir.
- Şeyx Tusi "əl-Fihrist" kitabında belə yazır: O, özlüyündə siqədir, lakin zəif ravilərdən daha çox rəvayət nəql etmiş və mürsəl rəvayətlərə etimad göstərmişdir. Çoxlu sayda kitabın müəllifidir.
- Şeyx Tusi "ər-Rical" kitabında müəllifin adını bəzən Əhməd ibn Muhəmməd ibn Xalid kimi qeyd edərək, onun İmam Cavadın tərəfdarlarından olduğunu, bəzən isə Əhməd ibn Əbu Abdullah Bərqi kimi qeyd edərək, onun İmam Hadinin tərəfdarlarından olduğunu söyləmişdir.
- İbn Davud "ər-Rical" kitabında yazır: O, özlüyündə siqə ravidir. Zəif ravilərdən nəql etmiş və mürsəl rəvayətlərə istinada etimad göstərmişdir. buna görə də, onu zəflər(zəif ravilər) bölməsində qeyd etmişəm.
- Əllamə Hilli "əl-Xulasə" kitabında belə yazır: O, Kufədəndir, siqədir. Zəif ravilərdən daha çox rəvayət nəql etmiş və mürsəl rəvayətlərə etimad göstərmişdir.
- Əllamə Məclisi "Biharul-Ənvar" kitabında belə yazır: Əhməd ibn Muhəmməd ibn Xalid kamil siqədir.
- Mühəqqiq Bəhrani "əl-Bulğə" kitabında belə yazır: Əhməd ibn Muhəmməd ibn Xalid Bərqi siqədir.
- "Mən la yəhzuruhul-fəqih" kitabına şərh yazan Əllamə Mövla Muhəmməd Təqi Məclisi özünün "Ravzatul-muttəqin" kitabında belə yazır Əhməd ibn Əbu Abdullah Muhəmməd ibn Xaliq Qum şəhərinin Bərq Ruz kəndindəndir. Özlüyündə siqədir. Zəif ravilərdən nəql etmiş və mürsəl rəvayətlərə istinad etmişdir.
- Mühəqqiq Sülyman Məhuzi Bəhrani "əş-Şərifu məaricu əhlil-kəmal ilə mərifətir-rical" kitabında Şeyx Tusinin "əl-Fihrist" kitabındakı rəyini qeyd etdikdən sonra belə yazır: Şeyx Tusi Əhməd ibn Muhəmməd ibn Xalidin açıq-aşkar ədalətli və siqə ravi olduğunu demişdir. Nəcaşinin söylədikləri də bu mənaya yaxındır.
Müəllifin adının qeyd olunduğu digər rical və ensiklopediya kitabları
redaktə- Əbdünnəbi ibn Şeyx Səd Cəzairi əl-Hairinin "Havil-əqval" kitabı;
- Mirzə Muhəmməd Əstərabadinin "Mənhəcul-məqal" kitabı;
- Əllamə Vəhid Bəhbəhaninin "ər-Rical əl-kəbir" kitabının şərhi;
- Əbu Əli Hairinin "Muhtəhul-amal" kitabı;
- Molla Əli Əlyari Təbrizinin "Bəhcətul-amal fi şərhi Zubdətul-məqal" kitabı;
- Əllamə Muhəmməd ibn Əli Ərdəbili Ğərəvinin "Camiur-ruvat" kitabı;
- Əllamə Seyyid Hüseyn Sədrin "Təsisuş-şiə" kitabı;
- Həsən ibn Muhəmməd ibn Həsən Qumminin "Tarixu Qum" kitabı;
- Əllamə Xoyi Nəcəfinin "Muləxxisul-məqal" kitabı;
- Əllamə Seyyid Muhsin Əminin "Əyanuş-şiə" kitabı;
- Əllamə Muhəmməd İsmail Xəvacuinin "Fəvaidur-ricaliyyə və rəsailuhul-fiqhiyyə" kitabı;
- Əllamə Xunsarinin "Ravzatul-cənnət" kitabı;
- Əllamə ibn Şəhraşub Mazandaraninin "Məalimul-uləma" kitabı;
- "İbn Nədim" adı ilə tanınan Muhəmməd ibn İshaqın "əl-Fihrist" kitabı;
- Məsudinin "Murucuz-zəhəb" kitabı;
- İbn Həcər Əsqəlaninin "Lisanul-ərəb" kitabı;
- Yaqut Həməvinin "Mucəmul-buldan" kitabı.
Müəllifin Kitabları
redaktəMüəllifin kitablarda 123 kitabının adı qeyd edilmişdir:[7]
"əl-Əcnəs vəl-həyəvan"; "Əhadisil-cinni vəl-İblis"; "əl-İhticac"; "Əhkamul-ənbiya vər-rusul"; "Əxbarul-uməm"; "Əxassul-əmal"; "əl-İxvan"; "Ədəbul-muəşəra"; "Adabun-nəfs"; "əl-Arazin"; "əl-Əzahir"; "əl-Əşkal val-qərain"; "əl-Asfiya"; "Əfazilul-əmal"; "əl-Əfanin"; "əl-Əmsal"; "Məasir val-ənsab"; "əl-Əvail"; "əl-Əvamir vaz-məsahə"; "ət-Tarix"; "ət-Təbsira"; "ət-Təbliğ var-risalə"; "ət-Təhzir"; "ət-Təhrif"; "ət-Tərahum vat-təatuf"; "ət-Təsliyə"; "ət-Təazi"; "Təbirur-ruya";
"Təfsirul-hədis"; "ət-Təhani"; "ət-Təhzib"; "əs-Səvad"; "Cədavilul-hikmə"; "əl-Cəməl"; "əl-Həqaiq"; "əl-Həyat"; "əl-Xəsais"; "əd-Dua"; "əd-Dəvacin vər-rəvacin"; "Zikrul-kəbə"; "ər-Rical"; "ər-Rəfahiyyə"; "ər-Ruvayə"; "ər-Riyaz"; "əz-Zəcr vəl-fal"; "əz-Zəyy"; "əz-Zinə"; "əs-Səfər"; "əs-Səma"; "əş-Şer vaş-şuəra"; "əs-Səfva"; "Səvmul-əyyam"; "əs-Siyanə"; "ət-Tibb"; "ət-Təbəqat"; "ət-Tib"; "əl-Əcaib"; "əl-İqab"; "əl-Uqubat"; "İləlil-hədis"; "əl-Əvis"; "əl-Ğəraib"; "əl-Fərasə"; "əl-Furuq"; "Fəzlul-Quran"; "əl-Lətaif"; "Mə xatəbə Allahu bihi xalqəhu"; "əl-Məakil"; "əl-Məhbubat"; "Məzamul-əxlaq"; "Məzamul-əfal"; "əl-Məraşid"; "əl-Məqafiq"; "Məsacidul-ərbəə"; "əl-Məşarib"; "Məsabihuz-zulm"; "əl-Məsalih"; "Məanil-hədis vət-təhrif"; "əl-Məişə"; "əl-Məğazi"; "Məkarimul-əxlaq"; "Məkarimul-əfal"; "əl-Məkruhat"; "əl-Mənafi"; "əl-Məvaiz"; "əl-Məvahib"; "ən-Nəcabə"; "ən-Nucum"; "ən-Nəhvu"; "Ən-nisa";
"ən-Nəvadir"; "əl-Hidayə"; "İftilaul-hədis"; "əl-Ərkan"; "əl-İmtihan"; "Ənsabul-uməm"; "Bidu xəlqil-İblis vəl-cinn"; "Bənatun-Nəbi(ə) və əzvəcuhu"; "ət-Təvil"; "ət-Tibyan"; "ət-Təhrif"; "ət-Tərğib"; "ət-Təfsir"; "Səvabul-Quran"; "Xalqus-səmavati vəl-ərzi"; "əd-Duabəti vəl-məzah"; "ər-Ruya"; "əz-Zuhdu vəl-məvaiz"; "əz-Zəvacir"; "əs-Sum"; "əş-Şəvahid min kitəbi Allah Əzzə va Cəll"; "Kitabul-əqli"; "əl-Afiyə vəl-Qiyamə"; "əl-Əyn"; "əl-Ğərib"; "ət-Tayr"; "əl-Fəhm"; "əl-Məhasin"; "əl-Məariz"; "əl-Məkasib"; "əl-Muntəxəbat"; "ən-Nur vər-rahmə".
Şeyxləri
redaktəƏhməd atasından başqa bəzi böyük şiə alimlərinin hüzurunda təhsil almışdır, məsələn:
- Müaviyə bin Vəhhab
- Harun bin Cəhm
- Əli bin Hukm
- Həməd bin İsa
- Məhəmməd bin Sinan
- Yunus bin Əbdül Rəhman
- Həsən bin Məhbub
- Məhəmməd bin Əbi Umeyr
- Hüseyn bin Səid Əhvazi
Tələbələri
redaktə- İbrahim bin Haşim Qomi
- Əli bin İbrahim Qomi
- Səfər Qomi
- Məhəmməd bin Yəhya Attar
- Saad bin Abdullah Ashari
- Məhəmməd bin Əli bin Məhbub
- İbn Vəlid
- Məhəmməd bin Əhməd bin Yəhya
- Abdullah bin Cəfər Hamiri
- Səhl bin Ziyad
- Hüseyn bin Səid
- Bo Əli Əşəri
İstinadlar
redaktə- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.6, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.6, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.6, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.6-7, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.7, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.7-8, ƏhliBeyt Maarifi Nəşrləri
- ↑ Şeyx Bərqi, əl-Məhasin(Gözəlliklər) kitabı,səh.10-13, ƏhliBeyt Maarifi Nəşrləri