Sair Memmedhuseyn - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair.
Şair Məmmədhüseyn | |
---|---|
Məmmədhüseyn Həsən oğlu Novruzov | |
Doğum tarixi | 1800 |
Doğum yeri | |
Vəfat tarixi | 1880 |
Vəfat yeri | |
Vəfat səbəbi | İlan vurması |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Şair Məmmədhüseyn Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNovruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.
Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. Deyilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçiliklə, maldarlıqla məşğul olub.
Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[1]
Yaradıcılığı
redaktəOnun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır. Divani şəklində yazdığı şeirləri də çox məşhur olan Məmməd Hüseyn o dövrdə yüksək mənsəb tutanlara həcvlər yazdığı üçün daim təqib edilmişdir. Şair Məmmədhüseynin çoxlu dini şeirləri, mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanalar tərəfindən oxunur. "Xəbər al deyim" qoşması demək olar ki, Azərbaycanın hər yerində hamının dillər əzbəridir. Şeirlərində bəxtindən, sevgilisindən və zəmanəsindən şikayət edən Hüseyn yazdığı dördlüklərdən birində deyir:
İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxdi,
Məmməd Hüseynin bəxdi,
Yatıb, oyanmaz, oyanmaz.
Şair Məmmədhüseyn XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. Haqqında bir çox kitablarda, eləcə də dərsliklərdə şeirləri çap olunmuşdur. Şair haqqında ilk yazılı məlumat F.Qasımzadənin 1956-cı ildə çap olunan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında rast gəlinir. Şair haqqında Əhliman Axundovun 1961-ci ildə nəşr olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" adlı kitabında "XIX əsrdə yetişən görkəmli aşıqlar" sərlövhəli məqaləsində də verilmişdir. Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında da şair haqqında geniş məlumat və bir neçə şeirləri çap olunmuşdur (səh.28-37). Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (2006) kitabında şairin şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir (səh.173-301). Şair Məmmədhüseynin seçilmiş şeirlərindən ibarət "Yatıb oyanmaz, oyanmaz" (2005), "Xəbər al deyim" (2006), "Nur çeşməsi" (2018) adlı kitabları çap olunub.
İstinadlar
redaktə- ↑ Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
Mənbə
redaktə- Telli Saz Ustadları, Bakı, 1964, səh. 48-50.
- Azərbaycan Aşıqları və El Şairləri I, Bakı, 1983, səh. 193-195.
- İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. səh.28-37.
- Qara Namazov. "Aşıqlar" (I kitab), Bakı, "Səda", 2004.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, Nurlan-2008
Xarici keçidlər
redaktə- Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5. səh.251-261
- Qara Namazov. “El çələngi” (xalq şeirindən seçmələr), Bakı, 2004. səh.255-256. Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine
- Şair Memmed Hüseyin (Göyçe, 1800 - Göyçe, 1880)
- Avtoreferatlar: Dadaşova Arzu Fikrət qızı[ölü keçid]
- DAŞKƏNDLI ŞAIR MƏMMƏDHÜSEYN Arxivləşdirilib 2011-06-03 at the Wayback Machine
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.